Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Payızın gecikməsi düzgün deyilmiş

Yer kürəsindəki isinmə nəticəsində payız fəslinin getdikcə daha gec gəlməsi barədə geniş yayılmış mülahizə təkzib olunub.

PİA.az xəbər verir ki, bir qrup almaniyalı və isveçrəli tədqiqatçıların “Science” nəşrində dərc olunmuş araşdırmasına görə, bu əsrin sonunda payız indikindən iki-üç həftə gec yox, əksinə, 6 gün tez başlaya bilər. Bu qənaət ağacların karbon qazı istehlakı həcmi, yarpaq tökülməsi dövrü üzərində müşahidələrə söykənir.

“On illər ərzində ağacların böyümə dövrünün uzanmasını, yarpaq tökülməsinin daha gec baş verməsini zənn etmişik. Yeni tədqiqat isə ağacların daha sürətlə böyüməsi nəticəsində yarpaqların da tez töküldüyünü ortaya çıxardı”, - deyə Sürix Universitetinin professoru Tomas Krouter bildirib.

Müəlliflərin fikrincə, bu tədqiqat sayəsində Yer kürəsindəki isinməyə başqa tərəfdən baxaraq fəsadlarına qarşı yeni mübarizə üsulları hazırlamaq mümkün olacaq.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar