Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Payız depressiyasından çıxmağın ən optimal yolu

İnsanın psixoloji vəziyyəti qidaların tərkibindəki faydalı amin turşularından asılıdır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, amin turşuları bədəndə serotonin və endorfin hormonlarının ifraz olunmasına birbaşa təsir edir.

Diyetoloq Marqarita Koroleva payız depressiyasından qorunmağın yollarından danışıb:

"Payızda bir qayda olaraq depressiv əhval-ruhiyyə hakim kəsilir, günlər qısalır və bədəndə yayda olduğu qədər serotonin ifraz olunmur. D vitamini də artıq isti günlərdə olduğu qədər istehsal olunmur. Belə olan halda əhvalınızı yüngül səhər yeməyi ilə qaldırın, rasiona yalnız taxıl məhsulları deyil, meyvələr də daxil ola bilər".

Diyetoloq səhər qəhvəsini bitki çayları ilə əvəz etməyi, alma cemi ilə qara çörək yeməyi tövsiyə edir.

M.Koroleva günortadan sonra giləmeyvə mürəbbəsi ilə balqabaqlı pankek və ya balqabaq yeməyi, naharda isə göbələk və ya tərəvəzli şorba yeməyi məsləhət görür. Həkim əsas yeməyə tərəvəz qarniri əlavə etməyi, yaxud da çuğundur, yerkökü, kərəviz və xiyar ilə ət salatı hazırlamağı təklif edir. Mütəxəssis həmçinin qeyd edir ki, payızda şəkərsiz isti kompotlar, giləmeyvə cövhərləri və ya təmiz su içmək daha yaxşıdır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar