Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Payız allergiyalarının səbəbi

Həkim-allerqoloqdan məsləhətlər...

Mövsüm dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Havalar soyuduqca rast gəlinən xəstəliklər sırasında mövsümi allergiyalar da çoxalır. İmmun sistemi zəifdirsə, onda müxtəlif xəstəliklərə tutulma ehtimalı da yüksəlir. Yuxarı tənəffüs yolları sistemi dəyişən havaya qarşı daha həssas olur və bu zaman allergik xəstəliklərdən əziyyət çəkənlərdə ciddi problemlər yaranır.

PİA.az bildirir ki, həkim-allerqoloq Pərvanə Hüseynova AZƏRTAC-a deyib: "Allergenlər hər mövsümə uyğun olaraq müxtəlifdir. Orqanizmdə hər hansı reaksiyaya səbəb olan amillər allergenlər hesab olunur. Payız allergenlərinin əsas səbəblərindən biri də çiçəkləmə dövründə olan bitkilərin tozcuqları və kif göbələklərinin sporlarının çoxalmasıdır. Həmin allergenlər daha çox allergik rinit və bronxial astma xəstəliklərinə səbəb olur.

Kif göbələkləri əsasən qapalı şəraitdə inkişaf edir. Rütubəti çox sevdiklərindən evdə, xüsusilə hamam otağında onların çoxalması üçün münbit şərait olur. Otaq şəraitində becərilən dibçək gülləri də allergenlərə səbəb ola bilir".

Allerqoloq daha sonra əlavə edib: "Bitki tozcuqları və kif göbələklərinin sporları əsasən külək vasitəsilə yayılır. Hətta çox uzaq məsafədə bitən bitkinin tozcuğu da külək vasitəsilə yaşadığımız məkana gələ bilər. Ona görə də mövsümü allergiyadan qorunmaq üçün xüsusilə açıq havada olduğu müddətdə uşaqların ağzını tənzif-maskalarla bağlamaq lazımdır".

Mütəxəssislər bildirilər ki, çiyələk, fındıq, yumurta və balıq yeyilməsi də allergiyaya səbəb olan amillər sırasındadır.

pia.az


Etiket: Allergiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar