Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pay torpaqları olan işsizlərə yardım veriləcəkmi? – Deputat izah etdi

"Mülkiyyətində kiçik pay torpaqları olan və sahibkar kimi fəaliyyəti olmayan bütün vətəndaşlara birdəfəlik yardım edilməlidir"...

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan vətəndaşların birdəfəlik yardım paketindən kənar qalmasından danışarkən deyib. Deputat qeyd edib ki, bu məsələ tez bir zamanda müzakirə olunmalıdır: "Mülkiyyətində kənd təsərrüfatı torpaqları olan vətəndaşlarımız məşğul hesab olunur və bu baxımdan da nazirlik əslində qanunvericiliyə istinad edərək yardım ala bilməyənlərin siyahısını hazırlayıb. Orada ən diqqət çəkən məqamlardan biri pay torpağı olanların müraciət hüququnun olmamasıdır.

Düşünürəm ki, bu məsələ müzakirə oluna bilər. Nəticə etibari ilə, xüsusən də bölgələrdə yaşayanların müəyyən qədər pay torpaqları var. Bəzi hallarda pay torpağının sahəsi böyük deyil və nəticə etibari ilə güclü gəlir əldə edə bilmirlər. Bunu nəzərə alaraq qanunvericiliyin uyğunlaşdırılmasına ehtiyac var. Hər halda bu istiqamətdə konkret meyarların müəyyənləşdirilməsi müzakirə oluna bilər. Nisbətən az torpaq payı olanlara yardım edilməsi məqsədəuyğundur. Çünki onların gəlirləri azdır. Böyük pay torpağı olanlar və ondan fermer kimi istifadə edərək gəlir əldə edənlər sahibkar kimi fəaliyyət göstərir".

Vüqar Bayramovun fikirincə, VÖEN-i olmayan və sahibkar kimi fəaliyyət göstərməyən, sadəcə kiçik pay torpaqlarına sahib olan vətəndaşlarımızın da müraciəti nəzərə alınmalıdır:

Növbəti mərhələdə bu məsələnin müzakirə olunmas mümkündür".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarla əlaqədar açıqlama yayıb. Qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər. (Qaynarinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar