Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Patriarx Türkiyəyə necə tələ qurmaq istəyir?

Zərrə qədər vicdanınız varsa, soydaş və dindaşlarınızın Xocalıda Azərbaycan Türklərinə qarşı törətidiyi soyqırımı qınayın, sonra Türkiyə dövlətinə təklif verərsiniz...

İqtisadi vəziyyət ağırlaşan kimi AKP dini duyğuları tədavülə daxil edir. Kilsə kimi yaradılan, Fatih Sultan Mehmetin İstanbulu tutmasından sonra məscid kimi istifadə edilən, 1934-cü ildə isə Mustafa Kamal Atatürkün qərarı ilə muzeyə çevrilən Ayasofyaya yenidən məscid statusu verilməsi söhbəti təkrar qızışdı. Ayasofyanın muzey statusunun ləğv edilərək yenidən məscidə çevrilməsi üçün məhkəməyə müraciət edilib. Məhkəmənin hökmünü gözləmədən müxalifətdəki İYİ Partiya “Ayasofyanın məscidə çevrilməsi”ylə bağlı Türkiyə parlamentinə qanun layihəsi versə də, iqtidardakı AKP-nin rədd, iqtidarı qeydsiz-şərtsiz dəstəkləyən MHP-nin isə bitərəf səsləriylə layihə qəbul edilmədi.

İqtidar partiyası burada iki yol izləyir: 1. Dünyadan gələcək reaksiyaların qabağını almaq üçün Ayasofyanı məhkəmə qərarıyla məscidə çevirmək istəyir; 2. İqtisadiyyatın çətinləşən vəziyyəti qarşısında tərəfdarlarını növbəti dəfə konsolidasiya edib öz yanında saxlamağa çalışır (ikinci ehtimal daha güclüdür). Hər ikisi taktiki addımlardır. İqtidar partiyası bu taktiki addımlar ətrafında manevrlər edərkən İstanbulun erməni patriarxı öz həmləsini edir: “Ayasofya ibadətə açılsın, xristianlara da ibadət yeri ayrılsın... Yeni bir xaç - aypara qovğasına girə bilmərik. Dünyanın xilası xaç və ayparanın ittifaqındadır. Dünyaya belə bir sülhü hədiyyə vermək şərəfi Türkiyə Cümhuriyyətinə yaraşır”.

Erməni patriarxının Türkiyəyə necə tələ qurduğuna baxaq: Ayasofya muzeyinin xristianların ibadətinə açılmasını başda Yunanıstan olmaqla, xristian dünyasının hamısı illərdən bəri istəyir. Ancaq Türkiyəni idarə edənlər “Ayasofya Fatih Sultan Mehmetin İstanbulu fəth etməsinin qılınc payıdır”- deyərək, bu təklifləri həmişə rədd ediblər. 1970-ci illərdə Alparslan Türkeşin “bozqurdları”, 2000-ci illərdən üzü bəri isə Muhsin Yazıcıoğlunun “alp ərənləri” öz varlıqlarını isbat etmək üçün “Ayasofyada namaz” nəqəratını təkrarlayıblar. 18 ildən bəri isə AKP “Ayasofyanın məscidə çevrilməsi” dərisindən özünə kürk çıxarmağa çalışır. Son günlərdə yenidən gündəmə gələn müzakirələrdə ən bic təklifi erməni patriarxı yuxarıda sitat verdiyimiz sözlərlə gündəmə gətidir. Sahak Maşalyanın bu təklifi, əslində Türkiyə Cümhuriyyətinə qurulmuş tələdir. Erməni patriarxı guya burada xristianlarla müsəlmanları “şad etmək” istəyərkən, əslində, iki dinin mənsubları arasında təfriqə yaratmağa çalışır. Bir anlığa gözünüzün qabağına gətirin ki, Ayasofyada həm xristianlara, həm də müsəlmanlara ibadət icazəsi verildi. 99%-i xaricdən turist kimi gələcək olan xristian möminlərin Ayasofya binasının bir tərəfində ibadət etmələrinə binanın o biri tərəfində namaz qılan müsəlmanların icazə verməyəcəyini sorğu-suala çəksəniz, görəcəksiniz ki, Maşalyanın özü də inanmır buna.

Təklifə 180 dərəcə əks tərəfindən baxsaq: xristianların ən müqəddəs məbədlərindən biri sayılan Ayasofyada namaz qılınmasına icazə verilsə, xristian dünyası bunu xoş qarşılayacaqmı? Bunun davamında başqa bir sual gəlir: Ayasofyanın məscidə çevriləcəyi təqdirdə, başda Yunanıstan olmaqla, hansı xristian ölkəsində olan-qalan məscidlər qapadılmayacaq və ya açıq qalsa belə, o məscidlərdə ibadətlər riskli vəziyyətə gəlməyəcək?

Başda Ayasofya olmaq üzrə, Türkiyənin müxtəlif bölgələrindəki qədim xristian abidələri dünyanın hər yerindən ölkəyə turist axını gəlməsində başlıca rol oynayan sənət yadigarları olub, iqtisadiyyata əhəmiyyətli dərəcədə maddi dəstəkləri vardır. Dünyada fundamentalizmin təsirinin bu qədər yüksəldiyi vaxtda müsəlmanlar Ayasofyada namaz qılarkən xristianların nəinki ibadət üçün, turist kimi belə, oraya yaxınlaşacağını kim təsəvvür edə bilir? Ona görə İstanbulun 85-ci erməni patriarxının Türkiyə dövlətinə verdiyi təklifin heç bir realist tərəfi yoxdur, mövcud şəraitdə vəziyyəti kəskinləşdirib Türkiyədə və dünyada “müsəlman-xristian” qarşıdurmasının sobasına “Ayasofyada hər iki dinin mənsubları ibadət etsinlər”- sözləriylə odun daşımaqdan başqa heç nəyə yaramaz.

Erməni bölücülüyünün, terrorunun əsas ideoloji mənbəyi Eçmiədzinlə üzvi əlaqəsi olan İstanbuldakı erməni patriarxiyasının başındakı adamdan soruşmaq lazımdır: işğalçı Ermənistan mono etnik hala gətirilib orada tək Türk qalmadığı halda, Türkiyəyə belə bir təklifi necə və nə üçün edə bilirsiniz? İşğalçı ölkədəki nəinki müsəlman məscidlərinin, hətta qəbiristanlarının belə, yerlə bir edildiyini hamı bilir, İstanbul patriarxiyası bu günə qədər o mənzərələrə tək kəlməyələ etiraz etdimi?

Türkiyəyə “birləşdirici” olmağı təklif etdiyiniz halda, niyə Qarabağdakı separatçılıq, işğal, terror və Xocalı soyqırımı barədə heç bir dini qurumunuzdan tək kəlmə də etiraz səsi yüksəlməyib? “Ayasofya müsəlmanların və xristianların ibadətinə açılsın” təklifini hansı məntiq və matematikanıza əsasən irəli sürdünüz? Zərrə qədər vicdanınız varsa, soydaş və dindaşlarınızın Xocalıda Azərbaycan Türklərinə qarşı törətidiyi soyqırımı qınayın, sonra Türkiyə dövlətinə təklif verərsiniz. Bunu etmirsinizsə, başqa qapıya..
Marş,marş...

Mayis Əlizadə(dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar