Bazar, 24 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Paşinyanın yerinə müxalifətin namizədi - O, xalqımızın soyırımında iştirak edib...

Azərbaycan torpaqlarında etnik təmizləmə apararaq işğal siyasətini həyata keçirən erməni rəhbərlərdən biri olan Manukyanın hakimiyyətə gəlməsi Ermənistana, o cümlədən Azərbaycana nə vəd edir?.

Politoloq: “İnanmıram ki, Vazgen Manukyan Ermənistanda hakimiyyətə gələ. Çünki Manukyanın hakimiyyətə gəlməsi o qədər də asan məsələ olmayacaq”.

“Hesab edirəm ki, “Qarabağ klanı”ndan olan birinin hakimiyyətə gətirilməsi yerli ermənilər tərəfindən qəbul edilməyəcək”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanda Nikol Paşinyanın yerinə Vazgen Manukyanın namizədliyinin irəli sürülməsini və mümkün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın 17 partiyası baş naziri Nikol Paşinyanın yerinə müxalifətin vahid namizədi olaraq ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan irəli sürüb.

“İnterfaks”ın Ermənistanın müxalifət dairələrindəki qaynaqları da bu familiyanı çəkiblər: “Vazgen Manukyan Ermənistan keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq”, deyə Rusiya nəşrinin həmsöhbəti bildirib.

Bilirik ki, Vazgen Manukyan Dağlıq Qarabağda separatçı hərəkatı başlayan “Qarabağ Komitəsi”nin liderlərindən biri olub və faktiki olaraq Azərbaycan xalqının soyırımında iştirak edib.

1990-cı ilin avqustundan 1991-ci ilin noyabrına qədər Vazgen Manukyan Ermənistan hökumətinə başçılıq edib. 1992-1993-cü illərdə isə ölkənin müdafiə naziri səlahiyyətlərini icra edib.

Məhz onun nazir olduğu dövrdə işğalçı Ermənistan ordusu Azərbaycan ərazilərinə genişmiqyaslı təcavüz həyata keçirib.

Manukyan 1990-cı illərinə əvvəllərində “Milli Demokratik Qüvvələr” adlı partiya yaradıb. 1995-2007-ci illərdə dəfələrlə ölkə parlamentinə üzv seçilib. 1996-cı ildə prezident seçkiləri zamanı Levon Ter-Petrosyanın əsas rəqibi olub. Seçkilərdə qalib gəldiyini elan edən Manukyan Yerevanda aksuyalar keçirmişdi. Həmin aksiyalar polis və ordu qüvvələrinin köməyi ilə yatırılmışdı. 2009-cu ilin martında prezident Serj Sarkisyanın yaratdığı İctimai Şuranın sədri olub. 2019-cu ilin dekabrında Şuranı tərk edərək “Vernatun” adlı ictimai-siyasi klub yaradıb.

Qeyd edək ki, Ermənistan Azərbaycanın qarşısında kaputulyasiya etdikdən sonra Vazgen Manukyan Dağlıq Qarabağda vəziyyətin ağırlaşması ilə əlaqədar Paşinyan hökumətini istefaya getməyə və hakimiyyəti orduya təhvil verməyə çağırmışdı.

Azərbaycan torpaqlarında etnik təmizləmə apararaq işğal siyasətini həyata keçirən erməni rəhbərlərdən biri olan Manukyanın hakimiyyətə gəlməsi Ermənistana, o cümlədən Azərbaycana nə vəd edir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Ermənistanda və orduda baş verənlərə görə bütün günahı Paşinyanın üstünə atmaq düzgün deyil”.

Paşinyanın öz missiyasını axıra qədər yerinə yetirəcəyini proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin də bununla bağlı açıqlama verdi:

“İnanmıram ki, Vazgen Manukyan Ermənistanda hakimiyyətə gələ. Çünki Manukyanın hakimiyyətə gəlməsi o qədər də asan məsələ olmayacaq. Həmçinin də Rusiya artıq indiki baş nazir Nikol Paşinyanı dəstəkləyir. Paşinyan hələ missiyasını yerinə yetirməyib və o, Qarabağla bağlı yeni problemlərlə üzləşməmək üçün Rusiyaya lazımdır. Ermənistanda və orduda baş verənlərə görə bütün günahı da Paşinyanın üstünə atmaq düzgün deyil. O, Köçəryan və Sarkisyandan çox ağır miras alıb. Xüsusən ordu quruculuğu sahəsində.

Paşinyan 2 ildən bir az çoxdur ki, baş nazir olub. Ordunu da 2 il müddətində Paşinyan qurmamışdı. Ordunu quranlar Köçəryan, Sərkisyan və onların dövründə işləyən “Qarabağ klanı”nın digər üzvləri idi. Hesab edirəm ki, indiki yaranmış şəraitdə “Qarabağ klanı”ndan olan birinin hakimiyyətə gətirilməsi yerli ermənilər tərəfindən qəbul edilməyəcək. Çünki ermənilər heç vaxt “Qarabağ klanı”nından olan bir şəxsin Ermənistana rəhbərlik etməsini istəməyiblər. Hazırda isə Ermənistanda müharibədə verdikləri böyük itkilərə görə yerli ermənilərin Qarabağ ermənilərinə böyük nifrəti yaranıb və erməni cəmiyyətində parçalanma açıq şəkildə özünü biruzə verir.

Qabil Hüseynli: “Paşinyan bir yolla hakimiyyətdən gedə bilər. O yol da budur ki, ölkədə növbədənkənar parlament seçkiləri elan edilə bilər. Bu isə hələlik mümkün görünmür”.

Düşünürəm ki, Paşinyan öz missiyasını axıra qədər yerinə yetirəcək. Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin də bununla bağlı açıqlama verdi. Buna görə də Ermənistanda müxalifət mitinqlərinin və küncə yolu ilə etiraz göstərmələrinin heç bir əhəmiyyəti yoxdur.

Paşinyan bir yolla hakimiyyətdən gedə bilər. O yol da budur ki, ölkədə növbədənkənar parlament seçkiləri elan edilə bilər. Bu isə hələlik mümkün görünmür. Ermənistan konstitutsiyasına görə parlament seçkilərində də xalq hansı partiyalara səs verərsə, yaxud da hər hansı partiya səslərin çoxunu qazanarsa, o partiyaların koalisiyası, ya da partiya da baş nazir vəzifəsinə öz namizədlini irəli sürə bilər”.

Xatırladaq ki, Ermənistan müxalifəti müharibədəki ağır məğlubiyyətə görə hazırkı baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Dekabrın 2-də müxalifətin Yerevanın mərkəzində keçirdiyi son yürüşdə “Daşnaksutyun”, “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarının üzvləri iştirak ediblər. Etirazçılar “Xain Paşinyan” şüarları səsləndirib, bir daha baş nazirin istefasını tələb ediblər.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rövnəq Abdullayev SOCAR-ın prezidenti vəzifəsindən alınır? - Prezidentin sərəncamında adı keçmir...

“Bəylər Əyyubov stəkan yuyurdu, bizə çay süzürdü” – Bağında işləyən dülgər qadın

SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib - Siyahı 

Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” - Video 

Nazirin səhhətinin ağırlaşdığı təsdiqləndi - Müalicə nəticə verməyib...

Oqtay Əsədovun həyat yoldaşının Moskvadakı qalmaqallı “Kapriz”i əsaslı təmir olunub - Foto

600 ailə Hadruta köçmək istəyir – Prezidentə müraciət edildi

Polad Bülbüloğlu atasının Şuşadakı evində “Gəl, ey səhər” oxudu - Video

Putin Navalnını azad etsə… – “Nyu-York Tayms”

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir

Ən çox oxunanalar