Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyanın “vəfat"ı yaxınlaşır” – Azərbaycanlı professor

Dünən prezident İlham Əliyev Balakəndə “Asan xidmət” mərkəzinin açılışında iştirak edib. O, nitqində bir sıra vacib məsələlərə toxunub. Prezident, həmçinin Ermənistanın Tovuz təəxribatı haqqında danışaraq bildirib ki, Paşinyan hakimiyyəti ciddi səhvlərə yol verir. Düşmən dövlət bütün regional layihələrdən təcrid olunub və artıq beynəlxalq aləmdə acınaqlı duruma düşüb. Deməli, Ermənistanın gələcəyi sual altındadır. Ermənistandakı daxili vəziyyəti “Sherg.az”a təhlil edən professor, politoloq Əlimusa İbrahimovun fikrincə, Paşinyan hakimiyyətə necə gəlibsə, elə də gedəcək: “Paşinyanın heç normal ali təhsili də yoxdur. O, hakimiyyətinin ilk vaxtlarında idarəçilikdə bağlı heç nə bilmirdi. Guya Paşinyanı xalq hakimiyyətə gətirib. Əslində kütləyə belə adamlar sərf edir. Çünki tələblərini dilə gətirə bilirlər. Ancaq Paşinyan verdiyi vədlərin heç birinə əməl etmədi. Əksinə, vəziyyəti daha da pisləşdirdi. Ona görə də bir vaxtlar onu hakimiyyətə gətirənlər indi devrilməyini arzulayırlar. Onu da deyim ki, Paşinyan Soros fondunun nəzarəti altında fəaliyyət göstərir. Bu, faktdır. Özü də danılmaz fakt. Bu yaxınlarda adı çəkiləm qurumun Paşinyan hakimiyyətinə külli miqdarda maddi yardımı da dediyimiz həqiqəti bir daha təsdiq edir. Amma bunların heç biri nəticə verməyəcək. Paşinyanın siyasi hakimiyyəti ən yaxşı halda, bir neçə ay uzana bilər. Lakin o, yaxın gələcəkdə xalqın tələbi ilə hakimiyyətdən gedəcək. Hər ötən gün onu siyasi “vəfat"ına daha da yaxınlaşdırır.”

Ə.İbrahimovun sözlərinə görə, Ermənistanın işıqlı gələcəyə apara biləcək bircə yolu var:

“Paşinyan irəli sürdüyü yeddi tələbi kimə istiqamətləndirdiyini heç özü də bilmir. Gah Azərbaycanı, gah Rusiyanı, gah da Qərbi hədəf almağa çalışır. Guya bütün dünyaya meydan oxuyur.

Onun bu hərəkəti suda boğulanın saman çöpündən yapışmasına bənzəyir. Dövlət başçımızın da dediyi kimi, biz onun qarşısında bir şərt qoyuruq: qoşunlarını Dağlıq Qarabağdan çıxarmaq. Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxmadığı müddətcə Paşinyanın ümidləri alt-üst olmaqda davam edəcək.

Dediyim kimi, koronavirus pandemiyası vəziyyəti daha da gərginləşdirdi. Tovuz təxribatı isə bumeranq effekti verdi. Ermənistan qurduğu tələyə özü düşdü. İndi o, Rusiyaya da bel bağlaya bilmir. Avropaya meyillənməyə çalışsa da, heç bir Qərb dövləti Ermənistanı qəbul etməyəcək.

Bütün politoloqlar düşünürlər ki, pandemiyadan sonra dünyanın siyasi xəritəsi dəyişəcək. Və mən əminliklə deyirəm: o vaxta kimi Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Ermənistanın həmin xəritədə yeri olmayacaq”.(pravda.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar