Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın və Ermənistan parlamentinin Qarabağın statusu məsələsini həll etmək hüququ yoxdur

Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın statusu məsələsini həll etmək üçün heç bir hüququ yoxdur.

Bunu Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.

Ermənistan parlamentarilərinin Qarabağ sakinlərinə nə aidiyyəti var? Paşinyanın Ermənistan parlamentinə “Azərbaycanın Qarabağa Azərbaycan Respublikasının tərkibində muxtariyyət verəcəyi şərti ilə döyüşləri dayandırmağa razıdırlarmı?” müraciətinin heç bir mənası yoxdur” - deyə o qeyd edib.

A.Ağacanovun sözlərinə görə, Paşinyan “Qarabağ xalqı” söz birləşməsini işlədərkən azərbaycanlıların da rəyini nəzərə almalıdır:

“Qarabağ erməniləri Qarabağ azərbaycanlıları ilə birlikdə beynəlxalq müşahidəçilərin iştirakı ilə referendumda necə yaşayacaqlarını şəffaf formada özləri həll edəcəklər. Bu, həqiqətən də daha Ermənistan parlamentinin işi deyil”.

Azərbaycanın Dağlıq Qarabağ sakinlərinə qarşı vuruşmadığını diqqətə çatdıran Ağacanov deyib:

“Dağlıq Qarabağın sadə sakinləri başa düşməlidirlər ki, Azərbaycan onlara qarşı müharibə aparmır. Azərbaycan Ermənistanda və Qarabağda hakimiyyətdə olan və sadə insanların azərbaycanlılarla dinc yanaşı yaşamasına mane olan şəxslərə qarşı müharibə aparır”.(oxu.az)

pia.az


Etiket: Artur Ağacanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar