Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın son Qarabağ açıqlaması - Əsas məqsəd nədir?

Paşinyanın masa üzərindəki sazişin detallarını niyə indi açıqlayır və burada əsas məqsəd nədir?..

Politoloq: “Əgər Paşinyan müasir düşüncə sahibirsə, yeni dünya düzəninin qaydalarına uyğun olaraq bildirməli idi ki, Sarkisyan belə hərəkət edib və biz də bu cür hərəkət etməliyik”.

“İşğalçı dövlətin başqa dövlətin ərazisini işğal edib, sonra da onun bir hissəsini qaytarmağı “miras” hesab etməsi beynəlxalq prinsiplərin pozulması deməkdir”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənsitanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ haqqında son dediklərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Paşinyan Sarkisyan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onlara “ağır miras” qoyduğunu açıqlayıb.

Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, KəlbəcərLaçın rayonları Azərbaycana qaytarılırdı, lakin Qarabağla Ermənistan arasında dəhlizin olması da şərt kimi sazişə daxil idi. Tərəflər ATƏT, yaxud BMT-nin bayrağı altında referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən etməli idi. Həmin referendumun nəticəsi məcburi hüquqi önəmə malik olmalı və bütün beynəlxlaq prinsiplərə riayət etməli idi. Qarabağ ətrafındakı 5 rayondan erməni qoşunları çıxarılandan sonra bölgəyə beynəlxalq sülhməramlılar daxil olur, bundan sonra azərbaycanlılar geri qayıdırlar. Digər müddəa Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər keçid status almasında idi”, - bunları qeyd edən erməni baş nazir keçmiş Sarkisyan hakimiyyətini, bugünkü rəbiqlərini ictimai linçə məruz qoydu.

Paşinyanın masa üzərindəki sazişin detallarını niyə indi açıqlayır və burada əsas məqsəd nədir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.

Qabil Hüseynli: “İşğalçı dövlətin başqa dövlətin ərazisini işğal edib, sonra da onun bir hissəsini qaytarmağı “miras” hesab etməsi beynəlxalq prinsiplərin pozulması deməkdir”.

Ermənistanın Laçın rayonunun tam deyil, bir hissəsinin azad edilməsini və Kəlbəcəri də keçid dövrü üçün əlində əsir kimi saxlamaq istəməsini xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, belə olan halda bunun nəyi məsələnin həlli olur:

Ermənistan baş naziri Nikol Paşinyanın bu cür açıqlamaları bizim üçün yeni deyil. Paşinyanın bu dedikləri, yəni Azərbaycanın 7 rayonunun qaytarılması “Madrid prinsip”lərində, “Kazan görüş”lərində öz əksini tapıb.

Qeyd edim ki, işğalçı dövlətin başqa dövlətin ərazisini işğal edib, sonra da onun bir hissəsini qaytarmağı “miras” hesab etməsi beynəlxalq prinsiplərin pozulması deməkdir və təcavüzkar təfəkkür ilə düşünməkdir. Ermənistan Azərbaycanın ərazi bütövlüyün pozub onun torpaqlarını işğal edib, sonra da beynəlxaq ictimaiyyətin müəyyən qədər təzyiqi altında Dağlıq Qarabağ ərtafı rayonlarının Azərbaycan qaytarılmasını “ağır miras” hesab edir.

Qabil Hüseynli: “Paşinyanın söylədikləri tam cəfəngiyat və işğalçı təfəkkürün təzahüründən başqa bir şey deyil”.

Həmçinin də Ermənistan Laçın rayonunun tam deyil, bir hissəsinin azad edilməsini və Kəlbəcəri də keçid dövrü üçün əlində əsir kimi saxlamaq istəyir. Belə olan halda bunun nəyi məsələnin həlli olur və yaxud da Ermənistan bu prosesi niyə “ağır miras” adlandırır?

Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması beynəlxalq hüquqların normalarına daxildir. Amma ermənilər işğal etdikləri torpaqların qaytarılmasını öz xəstə təfəkküləri ilə “ağır miras” adlandırırlar. Əgər Paşinyan müasir düşüncə sahibirsə, yeni dünya düzəninin qaydalarına uyğun olaraq bildirməli idi ki, Sarkisyan belə hərəkət edib və biz də bu cür hərəkət etməliyik. Bu da olardı problemin tam həlli. Bu cür olmadığına görə də Paşinyanın söylədikləri tam cəfəngiyat və işğalçı təfəkkürün təzahüründən başqa bir şey deyil”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar