Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın sərsəmləmələri və yaxud erməni baş nazirin “üfüqü fəth etmək” xəyalı...

Blokada şəraitində Ermənistan ÜDM-ni 15 dəfə necə artıracaq? Paşinyan erməni xalqı ilə məzələnir...

Azər Qaramanlı yazır

Ermənistanın Baş naziri Nikol Paşinyan inqilab dönəmində erməni xalqına verdiyi pouıist vədlərin yerinə yetirilməsi üçün çabalamağa başlayıb. Və hazırkı durumda Vovanın oğlu bataqlıqda boğulan və çıxmaq üçün çabalayan adamı xatırlayır. Nə qədər çox çabalayacaqsa, bir o dər də tez batması təbii qanunauyğunluqdur...

Qeyd edək ki, Paşinyan ötən ay “Ermənistan 2050 – İnkişaf Strategiyası” sərsəm bir proqram açıqlayıb ki, bu proqramın da reallaşması imkansızlığın hüdudunda görünür. İndi də Ermənistan əhli Paşinyanın bu sərsəm proqramını qızğın müzakirə etməyə başlayıblar.

Bəs nə var Paşinyanın möcüzəvi iqtisadi proqramında? İlk məqamda ən çox diqqət çəkən məsələ 2050-ci ilə qədər Ermənistanda Ümum Daxili Məhsulun 15 dəfə artırması ilə bağlı strategiyadır. Səhv oxumadınız. Məhz 15 dəfə.

Maraqlıdır ki, Paşinyan demoqoqcasına bu hədəfini erməni xalqının birbaşa çiyninə yükləyib və bu inqilabın lideri tərəfindən milli məsələ olaraq ortaya qoyulub. Yəni ermənilər pəpə yeyəndən məmə yeyənə qədər hamısı Paşinyanın populizminin reallaşması üçün bir nəfər olaraq çalışmalıdırlar. Paşinyanın ermənilərdən tələbi belədir.

Bəc bu necə olacaq? Ermənistanın ÜDM-si 30 il müddətində 15 dəfə necə artacaq?

Nəzərə alsaq ki, torpaqlarımızı işğal etdiyinə görə Ermənistan 80 faiz iqtusadi blokada da yaşamaqda davam edir, onda Paşinyanın populizminin onun başından böyük qələti boyda olduğu özü-özünə ortaya çıxır. Ermənistanın hazırda ancaq İranla iqtisadi sərhədləri açıqdır və İranın da vəziyyəti məlumdur. ABŞ-ın sanksiyaları qarşısında çökən İran öz hayına belə qala bilmir. Ermənistanın əsas havadarı Rusiya isə Ermənistanla ancaq hava rabitəsinə malikdur.

Paşinyanın sərsəm strategiyasından belə görünür ki, o, daha çox populizm və daha çox demoqoqiya yürütməklə vəziyyəti idarə etmək istəyir. Amma hara qədər? Bu sualın cavabını özü bilirmi? Sabah bir gün inqilab qapıya bir daha dirənəndə Paşinyanın bu populizmi və demoqoqiyası onu hara aparaqcaq? Edam kötüyünəmi?..

Bəs Paşinyanın populizmi və demoqoqiyası Beynəlxalq araşdırmaçıların gözündə necə görünür?

Beynəlxalq və yerli ekspertlərin fikirlərincə, bu, birmənalı şəkildə olduqca şişirdilmiş və heç bir perspektivi olmayan hədəfdir. Beynəlxalq təşkilatların verdiyi proqnozlara əsaslanmayan inkişaf konsepsiyası qısa müddətli dövrə hədəflənmiş populist addım hesab edilir. Belə ki, sənəddə göstərilən hədəflərlə BVF-nin proqnozları arasında ciddi fərqlər var. Strateji sənəddə 2024-cü ildə ÜDM-nin ümumi həcminin 22 milyard dollar, adambaşına düşən miqdarı isə təxminən 6,6 min dollar olacağı qeyd edilsə də, BVF-nin proqnozlarına əsasən, ÜDM-nin həcmi 17 milyard dollar, adambaşına düşən miqdarı isə 5,7 min dollar təşkil edəcək.

İqtisadiyyatın inkişafında digər həlledici indikator hesab edilən ixrac həcminin də gələcəyi sual atındadır. Çünki BVF-nin proqnozlarına əsasən, bu günədək ticarət əməliyyatlarında idxalın ixracdan üstün olması tendensiyası hələ uzun müddət artaraq davam edəcək. Bu proses ölkədən xarici valyutanın çıxması, sosial-iqtisadi vəziyyətin inkişafını əngəlləyən başlıca faktordur.

Bundan başqa, strateji sənəddə təbii resurlardan asılılığın azaldılması istiqamətində görülməsi gərəkən işlər qeyd olunsa da, bunun reallığa çevrilməsi mümkünsüz görünür. Çünki 2018-ci ildə Ermənistanın ixrac strukturunun özəyini dağ-mədən sənayesinin xam və yarım-fabrikat malları (23 %), təbii daş-qaş və digər metallar (12,8 %), tütün məmulatları (11,2 %) və içkilər (9,63 %) təşkil edib ki, bu da ölkə iqtisadiyyatının primitiv iqtisadi modelə sahib olduğunu təsdiq edir. Bu tendensiya uzun müddətdir ki, davam edir və 2016-2018-ci illər ərzində də qeyd edilən məhsulların ümumi ixracda payı 50 %-dan çox olub.

Ermənistan hökumətinin açıqladığı hədəflər içərisində turizm sektorunun inkişafına diqqət ayrılması da qeyd edilib. Bunun üçün ölkədə bir sıra idman yarışlarının keçirilməsi və turizm sektoruna investisiya yatırılması ilə 2050-ci ildə ölkəyə 15 milyon turistin gəlməsi hədəflənməkdədir. Lakin Ermənstanın İqtisadiyyat və Qiymətləndirmələr Araşdırma Mərkəzi-nin təhlilinə əsasən, xarici turist olaraq ölkəyə səfər edən qonaqların 62 %-i dünyanın müxtəlif yerlərində yaşayan etnik ermənilərdir. Bu tendensiyanın davamlı olma ehtimalı və ölkənin Cənubi Qafqaz regionunda qonşularına nisbətən cəlbediciliyinin olduqca aşağı olması, verilən vədlərin reallaşmasını mümkünsüz edir.

BVF-nin araşdırma mərkəzinin hazırladığı hesabata əsasən deyə bilərik ki, hökumət digər məsələlərdə olduğu kimi, turizm sektorunda da ən yüksək proqnoza köklənərək real vəziyyəti anlamaq istəmir. Nikol Paşinyan iqtidarı ölkənin düşdüyü acınacaqlı durumun baiskarının keçmiş rəhbərlik olduğunu desə də, Ermənistanın yerləşdiyi coğrafi mövqe və apardığı işğalçı xarici siyasət ölkənin sosial-iqtisadi həyatına mənfi təsir etməkdədir və bugünədək heç bir ciddi nailiyyət əldə edilməməsinin əsil səbəbi budur.

Yəni Paşinyanın sərsəm strategiyasının bütün əsası populizm və demoqoyiya üzərində formalaşıb ki, bu populizm və demoqoyiya nə Paşinyanın nə də Ermənistan əhlinin gələcəyinə yaxşı heç nə vəd etmir. Lap elə Paşinyan bütün Ermənistanı bir nəfər kimi səfərbər edə bilsə belə, onun hədəfləri üfüqə çatmaq və üfüqü ötmək kimi imkansız bir fəlsəfəyə dayanıb.

Qeyd edim ki, Paşinyanın bu “üfüqü fəth etmək” xəyalı Ermənistanda da utopiya kimi qarşılanır. Erməni KİV-lərində gedən müzakirələdən də görünür ki, Paşinyana olan inam və etimad artıq sıfır nöqtəsinə dayanıb. Bu Rusiyanın aparıcı media qurumlarından olan “Kommersant” qəzetinin geniş analizində də açıqca qeyd olunur.

Həmin məqalədən də görünür ki, Paşinyan üçün “əcəl zəngi”nin çalınması sadəcə zaman məsələsidir və Ermənistana möcüzə vəd edən inqilabçı baş nazirin əlindəki “möcüzə yaradan çubuğ”un da ancaq populist vədlərə yaradığı da ermənilərə artıq aydındır.

İndi Ermənistan yeni bir seçim qarşısındadır. Ya xalq yeni inqilab edib Ermənistanı daha böyük bataqlığa sürükləməlidir, ya da Paşinyanın “yalanları” ilə qarnını doyurmağa çalışmalıdır.

Amma bir yol daha var. Ermənilər gələcəkləri üçün Azərbaycanın geosiyasi və geoiqtisadi önəmini qəbul etməli və işğal etdikləri torpaqları geri qaytarıb Azərbaycanla normal qonşuluq siyasətini formalaşdırmalıdırlar. Ancaq bu seçim Paşinyanın deyil, həqiqtəlrin gözünə dik baxmağı bacarıb utopiyalardan imtina etməyi başaran Ermənistan xalqının olmalıdır...

Orijinal: Yenicag.az

Azər QARAMANLI
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar