Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Saakyanla “yorğan davası”: “Yorğan” kimdə qalacaq?

Paşinyan Rusiyanın birbaşa yardımı ilə Ermənistanın formalaşdırdığı oyuncaq Dağlıq Qarabağ rejimini Ermənistanın tərkib hissəsi olaraq görmür...

Politoloq: “Paşinyanın Saakyana qarşı çıxışı Vaşinqtonun Rusiyaya xəbərdarlığı sayıla bilər”

““Qarabağ klanı” və Bako Saakyan Moskvanın əlində Paşinyana ən təsirli təzyiq vasitəsidir və Rusiya onu əlindən verə bilməz. Bu, Moskvanın könüllü şəkildə Ermənistana uduzmağına səbəb olardı”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Qarabağ separatçılarını hədələməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən günlərdə Azərbaycanla həmsərhəd (Gədəbəy rayonu) Çəmbərək şəhərində seçiciləri ilə görüşü zamanı Dağlıq Qarabağdakı qondarma rejimi sərt tənqid edib və hədələyib.

Nikol Paşinyanı hiddətləndirən Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin Ermənistandakı siyasi proseslər barədə tez-tez şərhlər verməsidir. Paşinyan qondarma "dqr prezidentinin mətbuat katibi" David Babayanı hədəf alıb. Onu hiddətləndirən isə Babayanın Paşinyanın öz oğlunu Qarabağa hərbi xidmətə göndərdiyini xatırlatmasını "spekuluasiya" adlandırmasıdır.

“Mən Dağlıq Qarabağ nümayəndələrinin fəallığını başa düşmürəm. Onlar niyə fəallaşıblar və nəyə görə Ermənistandakı parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasında öz iştiraklarını bu cür büruzə verirlər?” - Paşinyan deyib.

Daha sonra Ermənistan baş naziri David Babayanın özünü “qeyri-korrekt” apardığını və səlahiyyətlərini aşdığını bildirib. Paşinyan Saakyana ismatıc göndərməyi də unutmayıb:

“Cənab Bako Saakyan, sizi nazirlər kabinetinizin nümayəndələrini özlərini abırlı aparmağa dəvət etməyə və onları işə göndərməyə çağırıram. Nəyə görə Qarabağın "prezidentinin" mətbuat katibi mənim açıqlamalarımı şərh etməlidir? Mənim mətbuat katibim Qarabağdakı məlum olan və olmayan hadisələri şərh etsə nə olacaq? Bunun nəticələrini təsəvvür edirsiniz? Özünüzə gəlin və öz işinizlə məşğul olun”, deyə Paşinyan qondarma rejimin başını hədələyib.

Demək olar ki, Ermənistanın müstəqilliyi dövründə ölkə rəhbərliyi Qarabağ separatçıları ilə ilk dəfədir belə açıq şəkildə və hədələyici tonda danışır. Paşinyanın qondarma tejimin rəhbırliyinə qəzəbində isə maraqlı bir ştrix diqqəti cəlb edir. Ermənistanın baş naziri Rusiyanln birbaşa yardımı ilə Ermənistanln formalaşdırdığı oyuncaq Dağlıq Qarabağ rejimini Ermınistanın tərkib hissəsi olaraq görmür. Paşinyan açıq bir şəkildə qondarma DQR-i yad bir ünsür olaraq kənarda görür və Saakyanın özünü Ermənistanln bir hissəsi olaraq gprməsi baş naziri pzündən çıxarır.

PaşinyanınTer-Petrosyandan, Köçəryan və Sarkisyandan fərqli olaraq Dağlıq Qarabağı Ermənistanln tərkib hissəsi kimi görməməsi və Paşinyanla Dağlıq Qarabağın seperatçı rejimi arasında qarşıdurma münaqişənin həllinə necə təsir edə bilər? Xüsusilə Paşinyan Dağlıq Qarabağda hazırkı Saakyan rejimini devirə bilməsə, hadisələr necə inkişaf edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

Nəzakət Məmmədova: “Qarabağ erməniləri, diaspora erməniləri və Ermənistandakı ermənilər arasında faktiki parçalanma baş verib”.

Paşinyanın Saakyana qarşı çıxışını Vaşinqtonun Rusiyaya xəbərdarlığı kimi qiymətləndirən politoloq fikrini belə əsaslandırıb ki, nə Paşinyan, nə də Saakyan müstəqil şəxslər deyillər, Moskva və Vaşinqotonun bölgədəki əlaltılarıdır. Onların bir-biri ilə qarşıdurması da ABŞ-Rusiya qarşıdurmasının təzahürlərdir:

“Paşinyanın hədələyici tonda danışması onu göstərir ki, Bako Saakyanın ABŞ və Fransaya “qastrol səfəri” uğursuz olub. Heç təsadüf deyil ki, Saakyan ən son səfəri Moskvaya etdi. Görünür, Moskvada ona mövqeyindən geri çəkilməmək, Paşinyana parlament seçkilərində dəstək verməmək tapşırığı verilib.

Çünki Ermənistanın hazırda baş nazir vəzifəsinin icraçısı ABŞ və Fransada yaşayan ermənilərin Bako Saakyanı seçkilərdə məhz Nikol Paşinyana dəstək verməyə inandıracağına ümid edirdi. Lakin, Paşinyanın Saakyanı tənqid etməsi onu göstərir ki, onun güvəndiyi diaspora və xarici güc mərkəzləri ilə Saakyan arasında razılaşma əldə edilməyib və Saakyan Moskvanın təlimatından kənara çıxa bilmir.

Yaxud, Bako Saakyan özü diaspora ilə kontakta can atıb onlarla razılaşmaya çalışsa da, bu, baş tutmayıb. “Qarabağ klanı” və Bako Saakyan Moskvanın əlində Paşinyana ən təsirli təzyiq vasitəsidir və Rusiya onu əlindən verə bilməz. Bu, Moskvanın könüllü şəkildə Ermənistana uduzmağına səbəb olardı.

Nəzakət Məmmədova: “Paşinyanın hədələyici tonda danışması onu göstərir ki, Bako Saakyanın ABŞ və Fransaya “qastrol səfəri” uğursuz olub”.

Gürcüstanda seçkilərdə Rusiyapərəst İvanaşvilinin rus siyasi texnoloqlarının köməyilə seçicilərə təsir və təzyiq göstərməklə seçkilərdə qalib gəlməsi onu göstərir ki, Rusiya ABŞ-a qarşı Cənubi Qafqazda əks-həmləyə keçib və mövqelərini qoruyub-saxlamaqda israrlıdır.

Ukrayna gəmilərinin içərisindəki heyətlə birgə Rusiya tərəfindən saxlanılması da onu göstərir ki, Rusiya Ermənistan, Gürcüstan və Ukraynada mövqelərini ABŞ-a vermək fikrində deyil.

Trampın Putinlə görüşməkdən imtina etməsi də, Cənubi Qafqazadakı və Şərqi Avropadakı qarşıdurmaya Vaşinqtonun cavabı sayıla bilər. Rusiyaya qarşı yeni sanksiyalar və s.təzyiq formaları arta bilər. Belə bir şəraitdə şübhəsiz ki, Moskva Bako Saakyan kimi etibarlı agentini qurban vermək fikrində deyil, onun vasitəsilə Paşinyanı təzyiq və təhdid altında saxlamaq fikrindədir.

Paşinyanın Saakyana qarşı çıxışı Vaşinqtonun Rusiyaya xəbərdarlığı sayıla bilər. Çünki nə Paşinyan, nə də Saakyan müstəqil şəxslər deyillər, Moskva və Vaşinqotonun bölgədəki əlaltılarıdır. Onların bir-birilə qarşıdurması da ABŞ-Rusiya qarşıdurmasının təzahürlərdir. Ermənistanın işğal etdiyi Qarabağ və burada yaratdığı separatçı rejim artıq onun təhlükəsizliyinə, müstəqilliyinə təhdidə çevrilir. Əvvəllər, bu işğal Ermənistanın bölgədə iqtisadi təcridi ilə müşayiət olunurdusa, indi bu amil onun siyasi müstəqilliyinin və milli təhlükəsizliyinin əsas mənbəyinə çevrilib.

Nəzakət Məmmədova: “Moskva Bako Saakyan kimi etibarlı agentini qurban vermək fikrində deyil, onun vasitəsilə Paşinyanı təzyiq və təhdid altında saxlamaq fikrindədir”.

Artıq ümumerməni ideyası, Miatsum, “böyük Ermənistan” kimi cəfəng ideologiyalar aşınmaya məruz qalmaq təhlükəsi ilə üzləşib. Qarabağ erməniləri, diaspora erməniləri və Ermənistandakı ermənilər arasında faktiki parçalanma baş verib. Bu “nifrət ücbucağı” ndan qazanan isə böyük dövlətlər olacaq.

Ermənistanın bəşəriyyə üçün zərərli ideologiyası və işğal siyasəti onun öz əleyhinə çevrilib. Qarabağ və Ermənistan erməniləri arasında ixtilaf açıq müstəviyə keçib. Bu, Ermənistana yaxşı heç nə vəd etmir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar