Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Rusiyadakı görüşdən Naxçıvanla bağlı səs yazısı yayıldı

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla qapalı görüşdən səs yazısı yayılıb.

PİA.az xəbər verir ki, təhlükəsizlik xidməti həmin görüşə qatılanlardan mobil telefonları və smartfonları əvvəlcədən yığıb. Görüşün qapalı olduğu onların nəzərinə çatdırılıb, məlumat sızmasının qarşısını almaq üçün digər tədbirlər görülüb. Buna baxmayaraq, Paşinyanın çıxışının bir hissəsini "Armvoice” Teleqram kanalı tərəfindən yayılıb.

Məlum olub ki, Ermənistanın Baş naziri Qarabağda müharibənin başlamasına görə faktiki olaraq Rusiyanı günahkar sayır.

"...Ona görə də birbaşa demək lazımdır ki, bizdə olan status-kvo o həddə qədər qaldı ki, onun mövcudluğu Rusiyanın maraqlarına uyğun gəlirdi. Konyuktura dəyişəndə hər şey dəyişdi və nəyə görəsə haqq ödəmək zamanı gələndə bəlli oldu ki, ya biz bunu edə bilmirik, ya ödəmək istəmirik, ya da ödəməyə heç nəyimiz yoxdur, çünki biz müflisik. Ola bilsin dövlət başçısından belə şeylər eşitmək yersizdir, amma hesab edirəm elə situasiyadır ki, bir-birimizə bunu deməyə məcburuq. Mən qəti əminəm ki, kommunikasiyaların açılması, əlbəttə, əgər biz buna nail ola bilsək, yəni Azərbaycanın Naxçıvana yolunu açmaqla, bu bizim böyük uğurumuzdur. Təsəvvür edin, bizim Rusiyaİranla dəmir yol əlaqələrimiz olacaq. Biz şirkətlərdən investisiya yatırmağı xahiş edirik, amma pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz, sənaye, metallurgiya, İT sahəsi olmalıdır”, - səs yazısında deyilir.(Virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar