Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Qarabağ açıqlamaları... - Ermənistan oyun qaydalarını dəyişdirməyə çalışır?..

Dünən Emənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan danışıqları barədə, o cümlədən Ermənistanın yanaşmaları ilə bağlı bir sıra ciddi sayılacaq açıqlamalar verib...

Politoloq: “Ermənistan yenidən guya Azərbaycanın müharibəyə hazırlaşdığını bəyan etməklə bir daha öhdəliklərini icra etməkdən yayınmağa çalışır”.

Rusiya xarici işər naziri Sergey Lavrovun Bakıda ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayanması barədə açıqlaması İrəvan üçün “soyuq duş” effekti yaratdı”.

Bu sözləri politoloq Zaur İbrahimli Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı verdiyi son açıqlamları PİA.az-a şərh edərkən qeyd edib.

Dünən jurnalistlər və bloqerlər üçün mətbuat konfransı keçirən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan danışıqları barədə, o cümlədən Ermənistanın yanaşmaları ilə bağlı bir sıra ciddi sayılacaq açıqlamalar verib.

Paşinyan bildirib ki, beynəlxalq tərəfdaşlar Qarabağın statusu ilə bağlı tələbləri aşağı salmaq barədə dəfələrlə çağırış ediblər. Ermənistanın Baş naziri ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa olunmasını sülh üçün əsas şərt kimi irəli sürüb.

Ermənistanın baş naziri Nikol Paşinyan xatırladıb ki, Qarabağın dağlıq hissəsinə gedən marşrutun dəyişdirilməsi ilə bağlı razılıq Ermənistan, AzərbaycanRusiya dövlət başçılarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən əldə olunub. Laçın şəhərindən yan keçən yeni Xankəndi-Gorus yolu tamamilə Rusiya sülhməramlılarının nəzarəti altında olacaq. Lakin Paşinyanın alternativ Laçın dəhlizinin Ermənistan hissəsində yolun çəkilməsini də vurğlayaraq qeyd edib ki, hazırda bu yol layihələşdirilir. Əslində Paşinyanın bu açıqlaması onu göstərir ki, Ermənistan bütün imkanları ilə laternativ yolun istifadəyə verilməsini yubatmağa çalışacaq.

Nikol Paşinyan həmçinin sərhədlərin delimitasiyası və demarkasiyasının, o cümlədən nəqliyyat dəhlizlərinin açıqlamasına görə Azərbaycanı ittiham edib. Ermənistanın Baş naziri nəqliyyat dəhlizinin açılmasında Ermənistanın daha çox maraqlı olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan yeni müharibə başlatmaq üçün sülh prosesini və nəqliyyat dəhlizlərinin açılmasını istəmir.

Ümumilikdə Paşinyanın dünənki açıqlamalarını, xüsusən Laçın dəhlizi, ATƏT-in Minsk qrupu, nəqliyyat dəhlizlərinin açılması ilə bağlı səsləndirdiyi fikirləri necə dəyərləndirmək olar? Paşinyanın bu açıqlamaları prosesin gedişatı ilə bağlı hansı təssüratı yaradır?

Paşinyanın Qarabağ açıqlamasını PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Lavrov faktiki olaraq Bakıdakı açıqlaması ilə Paşinyan komandasının son iki ildə postmüharibə nizamlanması ilə bağlı strategiyasının üstündən xətt çəkdi”.

Paşinyanın açıqlamaları ermənilərin prosesi hər dəfə uzatmağa çalışdığının göstəricisi olduğunu bildirən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Ermənistan kənarda dəstək axtarır və daha çox real işə yox, manevrlərə üstünlük verir:

Rusiya xarici işər naziri Sergey Lavrovun Bakıda ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayanması barədə açıqlaması İrəvan üçün “soyuq duş” effekti yaratdı. Bu açıqlamadan sonra Ermənistandan hansısa formada təkzib və isterik bəyanatlar gözlənilən idi. Lavrov faktiki olaraq Bakıdakı açıqlaması ilə Paşinyan komandasının son iki ildə postmüharibə nizamlanması ilə bağlı strategiyasının üstündən xətt çəkdi.

Lavrov, həmçinin Moskva tərəfindən Azərbaycanın irəli sürdüyü gündəliyə üstünlük verildiyinə eyham vurdu. Söhbət Minsk qrupunun fəaliyyətinin başa çatmasından gedir. Bu, eyni zamanda Azərbaycanın “Qarabağ münaqişəsi həll olunub” yanaşmasının qəbul edilməsindən gedir. Ermənistan, şəxsən Nikol Paşinyan üçün, bu öldürücü zərbə sayıla bilər. Paşinyan hazırda Minsk qrupu ilə əlaqədar açıqlamaları sırf daxili auditoriyanı sakitləşdirmək üçün verir. Çünki, real vəziyyətin necə olduğunu İrəvanada çoxdan baaş düşüblər və təhlil ediblər.

Zaur İbrahimli: “Bakı danışıqlar xatirinə danışqılar prinsipini qəbul etmir. Azərbaycan Prezidenti də dəfərlərlə bəyan edib ki, Bakı üçün əsas məsələ prkatik addımlardır”.

Paşinyanın Azərbaycan tərəfdən diplomatik görüşlərin təxirə salınması ilə bağlı açıqlamalarına gəldikdə isə Azərbaycan XİN bunun gerçəkdə necə odluğunu açıqlayacaq. Lakin bir məqamı qeyd etmək vacibdir ki, Bakı danışıqlar xatirinə danışqılar prinsipini qəbul etmir. Azərbaycan Prezidenti də dəfərlərlə bəyan edib ki, Bakı üçün əsas məsələ prkatik addımlardır. Azərbaycan vaxt uzatmağa hesablanmış, məzmunsuz danışıqları faydalı hesab etmir.

Paşinyanın açıqlamaları bir daha göstərir ki, ermənilər prosesi hər dəfə uzatmağa çalışır. Kənarda dəstək axtarır və daha çox real işə yox, manevrlərə üstünlük verirlər. Bununla belə, bütün əsas maraqlı tərəflərin Avropa İttifaqı, ABŞ, Rusiya və nəhayətdə Türkiyənin tezliklə tərəflər arasında sərhədlərin demilitasiya və demarkasiyası, nəqliyyat dəhlizləri ilə bağlı razılaşmaların gerçəkləkləşdirilməsini vacib saymaları, Azərbaycanın qəti mövqeyi Ermənistan üçün alternativ qoymur. Ermənistan yenidən guya Azərbaycanın müharibəyə hazırlaşdığını bəyan etməklə bir daha öhdəliklərini icra etməkdən yayınmağa çalışır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar