Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyanın populist bəyanatları danışıqlar prosesinə ciddi xələl gətirir”

 Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib

Bu gün Moskvada Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Mərakeş Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Lotfi Buşaarı arasında görüş keçirilib.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva bürosuna verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Polad Bülbüloğlu, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayaraq Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun yeni qismində fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

Polad Bülbüloğlu Azərbaycan ilə Mərakeş arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Diplomat bu ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının növbəti Zirvə görüşünün keçiriləcəyini qeyd edərək, Mərakeş Krallığının həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümid etdiyini söyləyib. Son zamanlar dünyanın müxtəlif bölgələrində separatçı meyllərin artdığını narahatlıqla vurğulayan səfir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun məlumatı həmsöhbətinin diqqətinə çatdıraraq ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə görə Mərakeş dövlətinə təşəkkür edib. Bundan başqa, Polad Bülbüloğlu Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə son qoyulmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrin icrasının əhəmiyyətini də vurğulayıb.

Eyni zamanda Polad Bülbüloğlu bu ilin 5 avqust tarixində Ermənistan baş nazirinin Xankəndi şəhərində səsləndirdiyi populist bəyanatları qeyd edərək, onların danışıqlar prosesinə ciddi xələl vurduğunu bildirib.

Mərakeş səfiri Lotfi Buşaar Mərakeş Krallığının Azərbaycan Respublikasının suverenliyini tam dəstəklədiyini və münaqişənin tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminliyini ifadə edib. Bundan əlavə, o, 2012-2013-cü illərdə Mərakeşin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanla təşkilat çərçivəsində sıx və faydalı əməkdaşlıq etdiyini xatırladıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar