Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın nümayəndələrinin Xankəndiyə yenidən səfərlərinin əsas məqsədi...

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa növbəti heyətini göndərir. Ermənistanın diapor üzrə nümayəndələri Zara Sinanyan və Sara Andjarqolyan yanvarın 22 və 24-də Dağlıq Qarabağda olacaqlar.

Azərbaycan torpaqlarına növbəti qanunsuz gəlişin məqsədi kimi yerli separatçılarla diasporun imkanlarından səmərəli istifadəni müzakirə etmək göstərilir.

PİA.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ermənistandan Azərbaycana gözlənilən növbəti qanunsuz səfəri şərh edib.

O bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun srağagünkü çıxışının mətniqinə görə bu səfərlərdə anormal heç nə yoxdur və Ermənistanla Dağlıq Qarabağdakı separatçılar Laçın dəhlizindən istədikləri kimi istifadə edə bilərlər.

“Məsələ burasındadır ki, dəhliz birtərəfli qaydada istifadə olunur, yəni əsasən Ermənistandan Dağlıq Qarabağa gəlirlər, halbuki, separatçıların təmsilçilərini bu və ya digər məsələnin müzakirəsi üçün Ermənistana çağıra bilərlər. Etmirlər, özləri separatçıların ayaqlarına gedirlər. Deməli, Ermənistandan gələnlərin məqsədi heç də Dağlıq Qarabağ ermənilərinin problemləri ilə məşğul olmaq deyil, bunu rusiyalı hərbçilərə yükləyiblər. Xankəndiyə səfərlərin əsas məqsədi qondarma “Dağlıq Qarabağ Respublikasının” var olduğunu göstərməkdir. Bunu Moskva da anlayır. Əks halda, səfərlərə anormal baxmayan Lavrov erməni rəsmiləri Dağlıq Qarabağa gələrkən təxribatçı açıqlamalardan çəkindirməzdi. Elə Azərbaycan ərazisinə qanunsuz səfərlərin məqsədi məhz budur”. (Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar