Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın növbəti “demokratiya tamaşası”

Baş nazir məhkəmədə niyə sorğu-sual edildi?

Qarnik Qevorqyan

“1in.am”, Ermənistan, 04 aprel 2019-cu il

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Şenqavit rayon məhkəməsində şahid qismində məhkəmə prosesində iştirak edib. Proses 2017-ci ilin parlament seçkilərində “Çıxış” fraksiyasının etibarlı təmsilçiləri olan Ayk Sarqsyan və “Monax” ləqəbi ilə tanınan Artur Ayvazyanla bağlı baş vermiş insidentlə əlaqədar idi.

Nikol Paşinyan şahid qismində sorğu-sual edilib. O, məhkəmə prosesində tərəflərin bütün suallarına cavab verərək, kifayət qədər uzunmüddətli, iki saatdan çox iştirak edib.

İlk baxışda qeyri-adi görünməyən bu informasiyanı, əslində, qalmaqallı, erməni reallığı üçün sensasiyalı hesab etmək olar. İlk dəfədir ki, ölkənin birinci şəxsi, mahiyyətcə, böyük siyasi əhəmiyyət kəsb etməyən, hakimiyyətlə birbaşa əlaqəsi olmayan bir insidentlə bağlı məhkəmə prosesində iştirak edir. Əvvəllər Ermənistanda heç vaxt belə presedentlər olmayıb. Özü də Nikol Paşinyan bu məhkəmə prosesində, faktiki olaraq, baş nazir kimi deyil, qanuna tabe olan adi vətəndaş kimi iştirak edib. Elə baş verən hadisənin qeyri-adiliyi də məhz bundadır. Baş nazir prosesdə qanuna tabe olan adi vətəndaş kimi yalnız formal olaraq – kameralar qarşısında deyil, mahiyyətcə – məhkəmə zalında olmaqla iştirak edib.

Ümumiyyətlə, Nikol Paşinyan vəzifədə olduğu bir il ərzində çoxsaylı stereotip və şablonları sındırmağa nail ola bilib. Onlardan biri də ötən həftə parlamentdə hökumətin fəaliyyət proqramı haqqında hesabatın müzakirə edilməsidir. Bu müzakirə kifayət qədər uzun çəkib və orada əvvəllər olduğu kimi, hər hansı bir baş nazir müavini deyil, Baş nazir Nikol Paşinyan özü iştirak edib.

Bu da, əlbəttə, əvvəllər köhnə Ermənistanda olmayan yeni siyasi mədəniyyətin ifadəsidir.

Nikol Paşinyan öz idarəçiliyinin bütün çatışmazlıqları, mübahisəli tərəfləri ilə birlikdə, imkan daxilində cəmiyyətdən ayrılmamağa və tutduğu vəzifənin imkan verdiyi qədər cəmiyyət üçün əlçatan olmasına çalışır. Bu, fəaliyyətdə olan bir baş nazir üçün çox müsbət keyfiyyətdir və mümkündür ki, onun cəmiyyət daxilindəki yüksək reytinqi elə bununla şərtlənir. Rəqibləri ona qarşı təbliğat aparmaq, imicini qaralamaq üçün nə qədər səy göstərsələr və resurs sərf etsələr də, o, vətəndaşların əksəriyyəti üçün “onların baş naziri” olmağa davam edir və insanlar, həqiqətən, ona inanırlar. Bu durum əsasən Nikol Paşinyanın şəxsi keyfiyyətləri ilə bağlıdır. Ancaq bunu onun rəhbərlik etdiyi qüvvə haqqında demək olmaz. Nikol Paşinyan cəmiyyətə nə qədər yaxındırsa, onun hakimiyyəti (komandası – tərc.) bir o qədər cəmiyyətdən uzaqdır və ayrı düşüb. Başqa sözlə, Baş nazir Nikol Paşinyanın idarəçiliyində şəxsi və sistem keyfiyyətləri, metodları arasında uyğunsuzluq mövcuddur. Onun vəzifəsi dövlət idarəçilik sistemini öz şəxsi modeli əsasında modelləşdirmək, əlçatanlıq prinsipini institusional, sistemli əsasa oturtmaq olmalıdır.

Əks halda, zaman və ölkədə mövcud olan problemlər Nikol Paşinyanın şəxsi keyfiyyətləri hesabına topladığı nəhəng kapitalı dağıdacaq, sıfırlayacaq.

Ermənistan hökuməti və dövlət idarəçilik sistemi tam sinxronlaşdırılmalı, Nikol Paşinyanın Baş nazir kimi müəyyən etdiyi tamasalara uyğun hala gətirilməlidir. Əks halda – Baş nazirlə dövlət idarəçilik sistemi arasındakı məsafənin artması halında, hakimiyyət həm özü, həm də dövlət üçün mənfi nəticələri olan böhrana girə bilər.

Tərcümə Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar