Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın “nə hərb, nə danışıqlar” diplomatiyası...

“Paşinyana 2016-cı il aprel döyüşlərində olduğu kimi elə bir dərs vermək lazımdır ki…”

PİA.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Fransada nəşr olunan “Nouvelle d’Arménie” jurnalına müsahibəsində, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirdiyi yeni absurd fikirlərə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Paşinyanın sözlərinə görə, münaqişənin həlli tək hərb və sülh variantlarından deyil, həm də Ermənistanın dövlət kimi güclənməsindən, iqtisadiyyatının inkişafından asılıdır.

Ermənistan hökumət başçısının bu fikirlərini Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli bildirib ki, Paşinyanı reallığa qaytarmaq üçün uğurlu Aprel döyüşlərinin təkrarlanmasına ehtiyac var:

“Paşinyan açıq-aydın deyir ki, Qarabağı vermək fikrində deyil. Bu məsələnin nə hərb, nə də sülh yolu ilə həllinin mümkünsüzlüyünü demək isə o anlama gəlir ki, İrəvan Qarabağ məsələsində hər hansı bir güzəştə getmək istəmir.

Onun düşüncəsi belədir ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi kimi qalmalıdır. Məsələ burasındadır ki, Paşinyan hakimiyyətə gələndən bəri hətta Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonla bağlı da iddialarını gizlətməyib. Bütün bunlar bir dəlinin, divanənin sözlərindən uzağa getməyən fikirlərdir. O başa düşmür ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır, obrazlı desək, döyünən ürəyidir. Bu ürəyi qoparıb bizdən almaq mümkün deyil.

Paşinyan ümid edir ki, belə fikirlər səsləndirməklə, müharibə və danışıqlar ehtimalını da gündəmdən çıxaracaq. Amma bunlar hamısı sayıqlamalardır. Onlar unutmasınlar ki, dünyada 50 milyon azərbaycanlı, cəmi 5-6 milyon isə erməni var. Belə böyük bir toplumun torpaqlarını işğal edib mənimsəmək onların imkanı xaricindədir. Ona görə də Paşinyana 2016-cı il aprel döyüşlərində olduğu kimi elə bir dərs vermək laızmdır, başa düşsün ki, “Artsax” adlandırdıqları Dağlıq Qarabağ erməniləri, özləri də bu ərazilərə gəlmədirlər, onların yaşadıqları yerlər Azərbaycan torpaqlarıdır. Bu torpaqlar uğrunda azərbaycanlıların mübarizəsi heç vaxt ara verməyəcək və Azərbaycan xalqı nəinki ərazi bütövlüyünü bərpa edəcək, hətta tarixi Azərbaycan torpaqlarını da hissə-hissə qaytaracaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar