Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyanın istefasını tələb edən qüvvələrin hamısı müflisdir” - Zərdüşt Əlizadə

Ermənistan müharibəni uduzub, heç bir resursları yoxdur ki, ordusun bərpa etsin. Xalqa təzədən deyəcək ki, toqqanızın altını bərkidin? Ermənilər acından günorta dururlar”

PIA.az-ın xəbərinə görə, bunu politoloq Zərdüşt Əlizadə Ermənistanda keçirilən ümumxalq mitinqi haqda danışarkən deyib. Politoloqun sözlərinə görə Paşinyanın istefasını tələb edən qüvvələr vaxtilə Ermənistanı acınacaqlı vəziyyətə salıblar:

“Paşinyanın istefasını tələb edənlər vaxtilə Ermənistanı idarə edərək çox acınacaqlı bir vəziyyətə salan qüvvələrdir. Bunların hamısı siyasi, iqtisadi canilərdir. Onların bir-bir adlarını çəkə bilərəm. Vazgen Manukyan Qarabağ Komitəsinin  adamlarından biri olub. Mən onunla 1989-cu ildə Moskvada şəxsən görüşmüşəm. Bu adam sonra gəlib müdafiə naziri oldu. Hansı ki, onda Ermənistan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdi. Daha sonra Levon Ter-Petrosyanın vaxtında baş nazir olub. Daha sonra seçkilərdə Petrosyanın rəqibi olub və iddiasına görə qalib gəlib, amma Petrosyan seçkiləri saxtalaşdırıb. Bununla da o, prezident ola bilməyib. Daha sonra isə o müxalifətə keçib Petrosyana qarşı çıxıb. Petrosyan Ermənistanda sülh istəyən yeganə prezident olub. O, qarşılıqlı güzəşt əsasında sülhdən danışırdı və buna görə onu devirdilər.  Vazgen Manukyanın adını isə Ermənistan parlamentində baş verən terror aktında hallandırırlar, amma istintaq sona qədər davam etmədi və cinayətkar da bilinmədi. İndi isə 75 yaşlı Manukyan guya ki, Ermənistana nicat gətirəcək.

Ermənistan müharibəni uduzub, heç bir resursları yoxdur ki, ordusun bərpa etsin. Xalqa təzədən deyəcək ki, toqqanızın altını bərkidin müharibə edək? Ermənilər acından günorta dururlar. Paşinyan heç olmasa demokratik islahatlar vəd edirdi və bunu qismən də həyata keçirdi. Eyni zamanda, Ermənistanın qərbə doğru yönəlməsini, Azərbaycanla və Türkiyəylə sərhədlərinin açıqlamasını istəyirdi. Gəlin etiraf edək ki, məhz Paşinyanın inadkarlığı nəticəsində Qarabağ müharibəsi başlandı və Ermənistan uduzdu. Bu olmasaydı, problem yenə bir 20 il də davam edəcəkdi və Ermənistan yavaş-yavaş, çürüyə-çürüyə məhv olacaqdı. Ermənistanın bir dövlət kimi axırı yox idi. Düşünürəm ki, Paşinyanın istefasını tələb edən qüvvələrin hamısı müflisdir, Ermənistana böyük ziyan vurublar. Onlara baxanda Paşinyana şükür edirsən”.

Qeyd edək ki, bu gün Ermənistanda ümumxalq mitinqi keçirilir. Xalq yenə Paşinyanın istefasını tələb edir. (moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar