Bazar, 18 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Paşinyanın “İsgəndər” etirafı... - Silahlarının keyfiyyətsiz olması məğlubedilməz Rusiya mifinə necə təsir edir?

Hərbi ekspert: “Rusiya “İsgəndər” raketlərini Ermənistana çəkinmə silahı kimi vermişdi ki, Azərbaycan heç bir halda Ermənistana qarşı güc tətbiq etməyə cəhd etməsin. Rusiyanın planlarına və Ermənistanın gözləntilərinə baxmayaraq Azərbaycan “İsgəndər” raketlərini bir çəkindirmə vasitəsi kimi qəbul etmədi”.

“Nəticə etibarilə baş verən proseslərdə, xüsusilə İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz nailiyyətlərdən sonra Rusiya silahının məğlubedilməzliyinə dair olan mifləri bir daha yerlə yeksan etdiyinin əyani şahidi oluruq”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Ermənistanın baş naziri Nikol Paşinyanın İkinci Qarabağ Müharibəsində “İsgəndər” raketlərindən istifadə etdikləri və lazımı effekti verməməsi etirafını PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan baş naziri Nikol Paşinyan 1in.am agentliyinə geniş müsahibə verib. Müsahibə zamanı Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın “İsgəndər” raketlərinin müharibənin ilk günlərində istifadə olunmaması ilə bağlı verdiyi açıqlamaya cavab verib. Paşinyan Rusiyadan satın alınan həmin raketlərin Qarabağ döyüşlərində tətbiq olunduğunu, sadəcə partlamadığını deyib.

“Qoy cavab versin (Serj Sərkisyan), niyə “İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10%-i partladı?”.

Qeyd edək ki, Kreml həmin raketləri yalnız Ermənistana satmışdı.

Sözsüz ki, Paşinyanın “İsgəndər” raketlərinin partlamaması barədə açıqlaması dünyanın əsas silah istehsalçısı olan Rusiyanın hakim dairələrinin narazılığına səbəb olacaq. Artıq erməni mətbuatı və siyasətçiləri də bu açıqlamaya görə Paşinyanı qınamaqdadırlar. Onlara görə bu açıqlaması ilə Paşinyan yenidən Qərbə mesaj yollayır və Avropanın əsas qorxularından biri olan “İsgəndər” raketlərinin işə yaramadığını önə çəkərək Rusiyaya qarşı olduğunu bir daha ortaya qoyur.

Qeyd edək ki, artıq Rusiyadan Paşinyanın bu açıqlanaslna sərt reaksiyalar gəlməkdədir. Dövlət Dumasının deputatı, RusiyaSuriya parlamentləri arasında dostluq qrupunun rəhbəri Dmitri Sablin RİA Novosti-yə bildirib ki, “Ermənistanın baş naziri Nikol Paşinyanın “İskəndər” əməliyyat-taktiki kompleksinin partlamamış raketləri barədə verdiyi açıqlama ən azından onun səriştəsizliyindən xəbər verir”.

Sabillnin fikrincə, məsələ təkcə Ermənistan baş nazirinin səriştəsizliyində deyil: “Sorosun dərslikləri Paşinyanı yanıltdı. Bu, küçə mitinqləri sayəsində yabançı, düşmən ssenarisi üzrə hazırlanan pafoslu şüarlar altında ölkəsini məhv edən insanın hakimiyyətə gətirməsinin acı sonluğudur. Təkcə Ermənistan vətəndaşları deyil, hamı buna əmin oldu”, deyə deputat əlavə edib.

Bəs Moskvanın Paşinyana cavabı hansı formada ola bilər? Ümumiyyətlə ən yeni Rusiya silahlarınin İkinci Qarabağ müharibəsində keyfiyyətsiz olması məğlubedilməz Rusiya mifinə necə təsir edir?

Rusiya silahlarının İkinci Qarabağ Müharibəsindəki effektivsizliyini PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Rusiya bu raketləri nədənsə indiyə qədər heç bir ölkəyə ixrac etməyib. Hətta Rusiya “İsgəndər” raketlərinin Belarusa çatdırılmasına razılıq verməyib”.

“İsgəndər” raketlərini son 3 ildə bir neçə dəfə araşdırdığını nəzərə çatdıran ekspert PİA.az-a bildirib ki, bu raketlərin Rusiya-Gürcüstan müharibəsindəki, Tacikistan və ya Qazaxıstandakı uğursuz tətbiqlərinə dair kifayət qədər faktlar var:

“Müharibədə məğlubiyyət sindromunu daşımaq çətin və ağrılı-acılı bir prosesdir. Ermənistanda indi hakimiyyətdə olanlar bu məğlubiyyətin səbəblərini əvvəlki hakimiyyətin üzərinə, əvvəlki hakimiyyətdə olanlar isə məğlubiyyətin səbəblərini mövcud iqtidarın üzərinə qoymağa çalışır. Son “İsgəndər” raketi ilə bağlı olan xəbərlər də bundan qaynaqlanır.

Rusiya “İsgəndər” raketlərini Ermənistana çəkinmə silahı kimi vermişdi ki, Azərbaycan heç bir halda Ermənistana qarşı güc tətbiq etməyə cəhd etməsin. Rusiyanın planlarına və Ermənistanın gözləntilərinə baxmayaraq Azərbaycan “İsgəndər” raketlərini bir çəkindirmə vasitəsi kimi qəbul etmədi. Əvəzində isə Azərbaycan bu raketlərdən daha üstün olan “Lora” operativ taktiki raketlərini aldı. Həmçinin Azərbaycan Belarusdan “Polemez” reaktiv raket sistemlərini əldə etdi. Azərbaycan güc balansını öz xeyrinə dəyişdirərək müharibəni qələbə ilə başa vurdu.

Mən “İsgəndər” raketlərini son 3 ildə bir neçə dəfə araşdırmışam. Bu raketlərin Rusiya-Gürcüstan müharibəsindəki, Tacikistan və ya Qazaxıstandakı uğursuz tətbiqlərinə dair kifayət qədər faktları oxucularımızın diqqətinə çatdırmışam.

İkinci Qarabağ Müharibəsində “İsgəndər”lərin tətbiqi isə onu göstərdi ki, bu raketlər heç də deyilən xüsusiyyətlərə uyğun deyil. “İsgəndər”lərin çəkindirmə silahı kimi təqdim edilməsinin yanlış olduğunu da mən daha əvvəl də vurğulamışam.

Ədalət Verdiyev: “Ermənistanın məğlub olduğu müharibədə Rusiya silahlarının keyfiyyətsiz olması barəbə baş nazir səviyyəsində verilın açıqlama Rusiya Müdafiə Sənayesinin imicinə və Rusiyanın silah satışına çox mənfi ziyan vurulmaq deməkdir”.

Rusiya bu raketləri nədənsə indiyə qədər heç bir ölkəyə ixrac etməyib. Hətta Rusiya “İsgəndər” raketlərinin Belarusa çatdırılmasına razılıq verməyib. Ümumiyyətlə isə Vətən müharibəsi zamanı demək olar ki, Rusiyanın Ermənistana verdiyi bütün silah sistemləri özünü ən zəif cəhətdən göstərmiş oldu. Diqqət edin, çəkindirmə silah kimi ictimaiyyətə təqdim olunan və bu məqsədlə də Ermənistan verilən, Azərbaycana mesaj vermək qçün 2018-ci ildə Yeravanda hərbi paradda nümayiş etdirilən o çəkindirmə silahının açılmaması, hətta 10 faiz effektli olmasına dair ciddi şübhələr ortaya çıxır. Ermənistanın məğlub olduğu müharibədə Rusiya silahlarının keyfiyyətsiz olması barəbə baş nazir səviyyəsində verilın açıqlama isə Rusiya Müdafiə Sənayesinin imicinə və Rusiyanın silah satışına çox mənfi ziyan vurulmaq deməkdir.

Nəticə etibarilə baş verən proseslərdə, xüsusilə İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz nailiyyətlərdən sonra Rusiya silahının məğlubedilməzliyinə dair olan mifləri bir daha yerlə yeksan etdiyinin əyani şahidi oluruq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Populyar xəbərlər

Səlim Müslümovun "pensiya islahatı": Əhalinin yarısına pensiya almaq qismət olmur

Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı təfərrüat

Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Mətanət İsgəndərli: “Bakıya qayıtmağı düşünmürəm”

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi

Böyrəkləri bərpa edə biləcək məhsullar hansılardır

Kimsə namusumu ləkələyə bilməz" - Hadisədən Rza Zərrab açıqlamas

Lukaşenkonu “Ənvər Sadat kimi öldürmək” istəyiblər - Video

Qalmaqallı bələdiyyə sədri vəzifəsindən azad edildi

Ən çox oxunanalar