Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın ifasında “Gülnaz nənənin nağılları”

Ermənistan parlamentinin keçmiş vitse-spikeri inqilabi 1 il haqqında

ru.armeniasputnik.am (Ermənistan), 08.05.2019

Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov “Sputnik Armeniya” ilə söhbətdə özünün “Gülnaz nənənin nağılları” siyahısını şərh edib.

Ermənistan parlamentinin keçmiş vitse-spikeri və ERP-nin mətbuat katibi Eduard Şarmazanov “Sputnik Armeniya” ilə söhbətdə Paşinyanın idarəçilik ilini uğursuz adlandırıb.

Şarmazanov bundan qabaq çərşənbə günü Paşinyan hökumətinin uğursuzluqlar siyahısnı Facebook-da dərc edərək bunu “Gülnaz nənənin nağılları” adlandırıb.

“Sputnik Armeniya” üzə çıxardığı nöqsanları daha əyani göstərmək xahişi ilə Şarmazanovla əlaqə saxlayıb.

Keçmiş deputat özəlliklə qeyd edib ki, Paşinyanın baş nazirliyinin birinci ilində Ermənistan əhalisi səkkiz min nəfər azalıb. Şarmazanov qeyd edib – əhali ölkəyə qayıtmaq əvəzinə ölkədən köçür.

Onun sözlərinə görə, iqtisadi fəallıq 2018-ci illə müqayisədə 2019-cu ildə dörd bənd aşağı düşüb, yatırım həcmi azalıb, bütün iqtisadi göstəricilər üzrə əksilmə qeydə alınıb.

O, keçmiş baş nazir Hrant Baqratyanın sözlərinə diqqət yetirib ki, 2017-ci ildə 429 milyard, 2018-ci ildə isə 422 milyard dram yatırım olub. Şarmazanovun sözlərinə görə, ölkədə indiki mərhələdə heç bir böyük yatırım proqramı gerçəkləşdirilmir.

ERP üzvü iddia edir – ixracat, ticarət dövriyyəsi düşüb.

Şarmazanov qeyd edib: “İqtisadçılar iddia edirlər ki, 21 min iş yeri bağlanıb, büdcəyə vəd edilən 800 milyon dollar mədaxil artmayıb, korrupsiya var”.

Bundan savayı ilkin tələbat malları bahalaşıb, mədəniyyət və diaspora nazirlikləri bağlanır.

O deyib: “Ermənistan Milli Məclisi 5 nazirliyin ixtisarı haqda qərar alıb, amma Paşinyan neçə nəfərin ixtisara düşdüyünü belə də deməyib”. Keçmiş parlamentarinin sözlərinə görə, heç nə etməmiş “yeriyən məmurlar” milyonlarla dram mükafat alıblar. Şarmazanov Vətəndaş gününü nəzərdə tutaraq yazıb: “Paşinyan nənələrin və babaların pullarına isə 124 milyonluq xorovasın (təndir kababı-tərc.) dadına baxıb”.

O, “transgenderlərin təbliği, siyasi həbsləri, təqsirsizlik ehtimalının pozulması, cəmiyyətin “qaralar və ağlar”a bölünməsi, parlamentin işinə qanunsuz qarışmağı, xarici agentlər barədə bəyanatları və Qarabağ məsələsində ziddiyyətli addımları” siyahıya daxil etməyi təklif edir.

Şarmazanovun fikrincə, bütün bunlar tam uğursuzluq və Paşinyan tərəfindən vədlərin yerinə yetirilmədiyindən xəbər verir.

Ermənistan baş naziri Nikol Paşinyan çərşənbə axşamı bundan qabaq onun baş nazirliyinin bir ilinə həsr edilmiş böyük mətbuat konfransının gedişində “Bir il boyunca Yeni Ermənistanın uğurlarının 100 bəndi”ni təqdim edib.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar