Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyanın həyat yoldaşı “sülh göyərçini” ola bilmədi” - Deputat

Ermənistann baş naziri Nikol Paşinyan əvvəllər Qarabağ məsələsi ilə bağlı sülhpərvər mövqedə olduğunu elan edirdi. Sonradan fikirlərində səmimi olmadığı ortaya çıxdı. Paşinyan iki il əvvəl “münaqişənin nizamlanmasında Azərbaycan xalqının da maraqları nəzərə alınmalıdır” deyirdi. Zaman keçdikdən sonra “sülhpərvər” qəfildən “Qarabağ Ermənistandır” kimi sağlam məntiqə və beynəlxalq hüquqa zidd bəyanatlar səsləndirdi. Dəfələrlə Qarabağa gələrək separatçılarla görüşdü və sərsəm açıqlamalar verdi.

Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

O qeyd edib ki, heç Paşinyanın həyat yoldaşı Anna Akopyan da “sülh göyərçini” ola bilmədi: “Hərbi formada işğaldakı ərazilərə gələrək avtomatla şou göstərdi. Akopyanın Azərbaycan mövqelərini nişan alan fotoları kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayıldı. Halbuki o, “sülhpərvər azərbaycanlı qadınlara müharibəyə imkan verməyin” çağırışı edirdi. Bunlar Ermənistanın birinci ailəsinin riyakarlığını göstərdi”.

Eldəniz Səlimov bildirib ki, iyul hadisələri və Akopyanın hərəkətləri Ermənistan müdafiə nazirinin sözlərini təsdiqləyir: “Erməni nazir Tovuz hadisələrindən əvvəl bildirmişdi ki, Ermənistan yeni ərazilər uğrunda müharibəyə hazırlaşır. İşğalçı Ermənistan Dağlıq Qarabağ məsələsinin sülhlə deyil, müharibə yolu ilə həllini istəyir”.

Millət vəkili bildirib ki, hər iki halda Azərbaycan qalib olacağını konkret şəkildə yəqin edən düşmən proseslər üzərindən siyasi manupuliyasıya edir: Ölkəmiz diplomatik və hərbi cəhətdən Ermənistanı xeyli üstələyir. İndiki halda Paşinyanın və onun xanımının saxta sülh çağırışlarının heç bir əhəmiyyəti yoxdur.

İrəvan hökumətinin və onlara dəstək verənlərin əsl niyyəti bizə bəllidir. Ermənilər məkrli planlarını gizlətməyə çalışsalar da, həqiqətlər gün işığı kimi aydındır. Ermənistan rəhbərliyi bütün hərəkətləri ilə sülhdən uzaq, terrorçu dövlət olduğunu sübuta yetirib. Ona görə də düşməni təmsil edənlərin təxribatçı hərəkətlərinə elə də təəccüblənmək lazım deyil”.(Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar