Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyanın gözləri önündə zəhər içib özümü öldürəcəyəm” - Erməni əsgərin anası

2019-cu il dekabrın 2-də naməlum şəraitdə ölmüş erməni əsgər Artur Acamyanın anası oğlunun kim tərəfindən və nəyə görə öldürülməsinin səbəblərinin aidiyyəti orqanlar tərəfindən müəyyən ediləcəyinə hələ də ümid edir. Hərbi xidmətə həvəslə getmiş, həyat sevən oğlunun özünə qəsd etməsinə əvvəldən inanmayan ana məhkəmə-tibbi ekspertizanın cavabını görəndə şoka düşüb.

Bu barədə Ermənistanda fəaliyyət göstərən xəbər saytları məlumat verib.

Belə ki, 2019-cu il dekabrın 2-də Qarabağın şimal-şərq istiqamətində naməlum şəraitdə ölmüş 1998-ci il təvəllüdlü Artur Acamyanın anası oğlunun ölümünün intihar hadisəsi kimi qələmə verilməsinə etiraz edərək Ermənistanın baş naziri Nikol Paşinyana şikayət edib.

42 yaşlı Göhar Acamyanın dediyinə görə, Ermənistanın müdafiə nazirliyi şikayətləri eşitmir. "Mənim oğlum öldürülüb, o, intihar etməyib. Xahiş edirəm, oğlumu öldürən şəxslər cəzalandırılsın. Əgər dekabrın 2-nə kimi şikayətimə baxmasanız, Azadlıq meydanında özümü zəhərləyib öldürəcəyəm” - deyərək, ölkə rəhbərliyinə səslənib.

Xatırladaq ki, 2019-cu il dekabrın 2-də işğal olunmuş Dağlıq Qarabağın şimal-şərq istiqamətində dislokasiya olunmuş Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət keçən, 1998-ci il təvəllüdlü Artur İşxani Acamyan döyüş növbəsi aparan zaman aldığı güllə yarasından ölüb, 1959-cu il təvəllüdlü David Arutyun Melikbekyan isə yaralanıb.
(qaynarinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar