Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanı ucaldan və... ayaq altına atan Soros

İlham Əliyev “Soros Fondu”nun təsisçisi Corc Sorosu yaxşı tanıyır. Ən azı Dünya İqtisadi Forumu çərçivəsində o, İsveçrənin Davos şəhərində "Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşməni ilə şəxsən görüşüb. 2015-ci ilin yanvar ayına təsadüf edən bu görüşdə söhbət nədən gedib? O vaxt fondun yaydığı bəyanatda deyilirdi ki, cənab Soros prezident Əliyevi vətəndaş cəmiyyətinə təzyiqi azaltmağa və qeydiyyatdan keçmiş xeyriyyə təşkilatlarının təqibinə son qoymağa çağırıb.

İlham Əliyevin Corc Sorosa münasibəti mənfidir. Prezident bunu heç gizlətmir də.

1930-çu ildə Macarıstanda doğulmuş yəhudi əsilli Corc Soros dünyanın ən təhlükəli fırıldaqçılarından biridir. Məsələn, 1992-ci il sentyabr ayının 16-sı İngiltərə tarixində "Qara çərşənbə" kimi yadda qalıb. Sorosun keçirdiyi maliyyə əməliyyatları nəticəsində İngiltərənin pul vahidi funt-sterlinqin dəyəri birdən-birə 12 % aşağı düşür ki, bu da Sorosun bir gecədə 1,1 milyard dollardan çox vəsait qazanmasına səbəb olur. Bundan sonra tanınmış iş adamını "İngiltərə bankını dağıdan şəxs" adlandırmağa başlayırlar.

O, sadəcə maliyyə fırıldaqları ilə məşğul olmayıb. Həm də "siyasi fəaliyyət" göstərib. Rəngli inqilabların baş tutmasına maliyyə dəstəyi verib. Nümunə üçün heç də uzağa getmək lazım deyil. Gürcüstanda Eduard Şevardnadze "qızılgül inqilabı" yolu ilə hakimiyyətdən uzaqlaşdırıldı. Gürcü müxalifətinə ayrılmış 3 milyon dollar 2004-cü ildə Mixail Saakaşvilini iqtidara gətirdi. Onu da xatırladaq ki, hələ uzaq 1989-cu ildə Şərqi Avropadakı kommunist rejimlərinin yıxılmasında da cənab Soros müstəsna rol oynayıb.

Şübhəsiz ki, İlham Əliyev Sorosun bu kimi fəaliyyətindən xəbərdar idi. Elə bu səbəbdən də Corc Sorosun Azərbaycandakı fəaliyyətini qadağan etmişdi.

Corc Soros deyir ki, ABŞ-ı məhv etmək arzularımın kulminasiya nöqtəsidir. Niyə bu adam ABŞ-ın dağılmasını istəyir? Onun baxışına görə dünya nizamının qarşısını kəsən əsas maneə Birləşmiş Ştatlardır. ABŞ-ın məhvi dünyaya yeni nizam gətirəcək. Təbii ki, öz ölkəsini dağıtmaq istəyən kəsdən Azərbaycana xeyir gəlməzdi. Bəd əməllərinə görə heç doğulduğu Macarıstanda da cənab Sorosu sevmirlər.

İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Corc Sorosla əlaqələrinə bir neçə dəfə diqqət çəkib. Təbii ki, bu, təsadüfi deyildi. Azərbaycan prezidenti yaxşı bilir ki, Vladimir Putin 2015-ci ildə Rusiya Baş Prokurorluğunun bəyanatı ilə Azad Cəmiyyət İnstitunu “arzuolunmaz təşkilat” elan edib. O da qeyd olunmuşdu ki, bu təşkilat Rusiyanın konstitusiyaya söykənən əsaslarını məhv etmək fikrindədir. Yəni, inqilab yolu ilə Putini devirmək arzusundadır.

Soros məsələsinin Ermənistanın hərbi məğlubiyyətindəki rolu barədə artıq Ermənistan mətbuatı da yazır. Bu baxımdan “armenianweekly.com” saytında gedən bir kitablıq məqalə diqqət çəkir. Levon Brunsonun qələmə aldığı yazıda iddia olunur ki, Ermənistanın Azərbaycan qarşısında biabırçı məğlubiyyətinin əsas iki səbəbi var: Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan Rusiyaİrana qarşı yanlış siyasət apardı: “Birincisi, fil artıq otaqda idi və bunu hamı görürdü. Corc Soros və Açıq Cəmiyyət İnstitutitu (ACİ). Bu təşkilat Rusiyada qadağan olunmuşdu. Ancaq İrəvanda bu təşkilat aktiv şəkildə anti-Putin və pro-Soros təbliğatı aparırdı... Azərbaycanda isə İlham Əliyev bu təşkilatın fəaliyyətin dondurmuşdu. Bank hesabları qapanmışdı, kompüterləri müsadirə olunmuşdu, üzvləri istintaqa ifadə verirdi”.

Müəllif qeyd edir ki, Soros Putin üçün real təhlükə idi. Gürcüstanda baş verən inqilab bu ölkəni Rusiyadan qopardı. Paşinyan da Ermənistanı Rusiyadan qoparmağa çalışırdı. Şübhəsiz ki, Rusiya bunun fərqində idi. Elə bu səbəbdən də Ermənistan Rusiyadan gözlədiyi köməyi ala bilmədi.

Əlbəttə, Qafqazın 3 ölkəsindən ikisini itirmək Rusiya üçün böyük fəlakət olardı. Bunun qarşısını almaq üçün Rusiya Paşinyanın istefasına mütləq nail olmalıdır. Əks təqdirdə Rusiya Qafqazı tamamilə itirə bilər.

Müəllif vurğulayır ki, “Transparency International” təşkilatının seçki proqramlarının keçmiş əlaqələndiricisi Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilib, dövlət nəzarət xidmətinin keçmiş rəisi David Sanasaryan qərbpərəst amerikalı Raffi Ovannisyanın başçılıq etdiyi “İrs” partiyasının yetirməsidir. Məhz Sanasaryan İrəvandakı Rusiya səfirliyinin binasına yumurta atmaqla məşhurlaşıb. Rusiyanın dəmiryol şirkətinin İrəvandakı ofisində axtarışların aparılması və Soros Fondu ilə əlaqəli olan və Moskvanın nifrət etdiyi QHT-lərin filiallarında təcrübə toplamış fəalların yüksək vəzifələrə təyin edilməsi. Və onlarla bu kimi şeylər Ermənistanı Rusiyadan uzaqlaşdırdı.

Məqalədə o da vurğulanır ki, Nikol Paşinyan İranın yağı düşmən hesab etdiyi İsraildə səfirlik açması da bağışlanılmaz səhv idi. Bu addım ilə o, Ermənistan-İran münasibətlərini korladı.

Qeyd edək ki, Soros məsələsinin Ermənistan-Rusiya münasibətlərinə təsiri barədə Rusiya mətbuatında da çox yazılıb.

Məsələn, iyulun 30-da (2020) Rusiyanın “Qazeta.ru” internet-nəşrində İvan Akimovun “Paşinyan və Soros fondu ayrılmaz dostlardır” sərlövhəli məqaləsi dərc edildi. Bu məqalənin adı özlüyündə çox şey deyir.

O vaxt “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktoru Marqarita Simonyan isə erməni xalqına müraciətində belə yazırdı: “Özünüzə kənardan baxın. Görün, siz nə edirsiniz. Özünüzü necə aparırsınız. Siz necə ermənisiniz? Ermənilər vicdanlı, nəcib və qədirbilən xalqdır. Bu xalq həmişə belə olub... Siz yalnız siyasi qisas xətrinə Rusiyanın dəyişməz müttəfiqi Robert Koçaryanı həbs etdiniz. Siz ölkəni anti-Rusiya ruhlu qeyri-dövlət təşkilatları ilə doldurmusuz. Onlar sizin ərazinizdə gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrədirlər. Siz Qafqazda anti-Rusiya qüvvələrinin döyüş meydanına çevrilmisiz. Siz rusiyalı erməni biznesmenləri qovmusuz. Sizin media və sosial şəbəkələr Rusiyanın üzərinə hər an çirkab yağdırır”.

Marqarita Simonyanın müraciətində də adı çəkilməsə də “anti-Rusiya qüvvələrinin döyüş meydanına çevrilmiş” Ermənistanda Soros fondunun hakimi-mütləqə çevrilməsinə işarə edilir.

Elə Rusiyanın özündə də Nikol Paşinyanın Ermənistanın Navalnısı kimi qələmə verilməsi və Aleksey Navalnının erməni inqilabının fəalları tərəfindən təriflənməsi də Paşinyana xeyir gətirmədi. Çünki Putin belə şeylərə xüsusi həssaslığı ilə seçilən birisidir.

O da maraqlıdır ki, hər şeyə rəğmən Nikol Paşinyan hələ də iqtidardadır. Onun istefasının qarşısının alınmaq üçün İrəvandakı Amerika səfirliyi ciddi iş aparıb. Bundan sonra necə olacaq? Corc Soros Nikol Paşinyanın iqtidarda qalmasını təmin edə biləcəkmi, yoxsa Ermənistan erkən parlament seçkilərinə gedəcək? Yaxın həftələdə baş verəcək siyasi proseslər bu suala cavab verəcək. Ancaq birmənalı olan odur ki, Azərbaycan üçün Nikol Paşinyanın iqtidarda qalması son dərəcə önəmlidir. Elə Türkiyə üçün də bu, ən məqbul variantdır. Çünki Nikol Paşinyan tezliklə Ermənistanla Azərbaycan və Türkiyənin münasibətlərini normalaşdırmağa çalışacaq. O, Ermənistanın xilası və inkişafı naminə belə bir addım atmağa məhkumdur. Paşinyanın istefasını tələb edən qüvvələr isə iki ölkə arasında müharibənin yenidən alovlanmasına açıq şəkildə çağırışlar edirlər. O da sirr deyil ki, bu kimi çağırışlar erməni xalqı tərəfindən müsbət qarşılanmır.

Elbəyi Həsənli, Sürix (musavat.com)

Armenia: What’s Next, Not Who (armenianweekly.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar