Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanı bu şəxslə əvəz etmək istəyirlər...

Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 30-da Rusiya paytaxtı Moskvaya səfərinin nəzərdə tutulduğu öncədən elan edilsə də, məlum olub ki, səfər baş tutmayıb. Bildirilib ki, səfərin ləğv olunmasının səbəbi Nikol Paşinyanın Rusiya rəhbərliyi ilə yüksək səviyyəli görüş imkanı əldə edə bilməməsi ilə bağlıdır.

Siyasi təhlilçilər hesab edir ki, Paşinyanın Rusiya səfərinin baş tutmaması böyük ehtimalla Vladimir Putinin onunla görüşmək istəməməsi ilə əlaqədardır.

Rusiyaya səfər edib Putinlə görüşə bilməmək Paşinyan üçün ciddi uğursuzluq olacaqdı və bu hadisə Ermənistanda ona qarşı olan qüvvələri daha da ruhlandıracaqdı. Görünür, baş nazir bunu nəzərə alıb və Moskvaya getməyib.

O da istisna deyil ki, Putin Paşinyanla görüşmək istəmədiyini nümayiş etdirməklə “səni qəbul etmirik, artıq getməyin vaxtı çatıb” mesajını verib.

Təsadüfi deyil ki, Kremlin Paşinyandan imtina etməsi, onun yerinə başqa namizəd axtarışında olduğu, hətta tapdığı haqda iddiaları da meydana gəlib. Hakimiyyəti Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana ötürməklə bağlı gizli danışıqlar barədə məlumatlar yayılıb. Anti-Paşinyan hərəkatının təşkilatçılarından biri olan Vanetsyan onun üçtərəfli bəyanata imza atmasını “satqınlıq” hesab edir, buna baxmayaraq, onun bütün bəndlərinin yerinə yetirilməsini zəruri hesab edir. Ekspertlərin fikrincə, Kremlə bu mənada Vanetsyan sərf edir.

Politoloq Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın Rusiyaya səfərinin reallaşmaması böyük ehtimalla Moskvanın sonda mənfi cavab verməsi ilə əlaqədar olub. Çünki Nikol Paşinyan Rusiya ilə bağlı yenə qırmızı xətti keçib. Belə ki, onun ətrafında olan hökumətə işləyən trol qruplar, KİV-lər Rusiyaya qarşı ciddi şəkildə təbliğata başlayıblar. İkincisi isə Ermənistan daxilində baş verənlər göstərir ki, Paşinyan tezliklə hakimiyyətdən gedə bilər və ona görə də Vladimir Putinin Paşinyana vaxt ayırması, onu qəbul etməsi onun hakimiyyətini möhkəmləndirərdi. Bunu isə görünür, Moskva istəmir. İndiyə qədər Rusiyanın Paşinyanla bağlı səbir nümayiş etdirməsinin əsas səbəbi dekabrın 1-nə kimi Ağdam, KəlbəcərLaçın rayonlarının Azərbaycana qaytarılması ilə əlaqədar idi. Hazırda bu rayonlar Azərbaycana qaytarılıb və bundan sonra əsas məsələlərdən biri qarşıdakı dövrdə Rusiyaya yaxın olan şəxsin Ermənistanda hakimiyyətə gətirilməsi olacaq".

Politoloq qeyd etdi ki, müvəqqəti hökumət qurula bilər və bundan sonra seçkilər keçirilməsi ehtimalı böyükdür: “Müvəqqəti hökumətə o şəxs başçılıq edə bilər ki, Ermənistan cəmiyyətində kifayət qədər ciddi imicə malik olsun, yaxud da seçkidə komandası iştirak etməyəcək. Ya keçmiş prezident Levon Ter-Petrosyan, ya hazırkı prezident Armen Sərkisyan müvəqqəti hökumətə başçılıq edərək seçkiləri keçirə bilər. Amma seçkilərdən sonra Ermənistanın yeni baş nazirinin seçilməsində hazırda bir neçə namizədin adı daha çox çəkilir. Onlardan biri də Ermənistanın Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyandır. Artur Vanetsyan Rusiyada FTB Məktəbində oxuyub və Moskvaya yaxın şəxsdir”.

Politoloq Məhəmməd Əsədullazdə isə hesab edir ki, RusiyaErmənistan arasında mövcud əlaqələr bir müddət davam edəcək. Lakin Putin Qarabağla bağlı durumu stabilləşdirəndən sonra Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışacaq: “Paşinyanın apardığı siyasət Rusiyanı qane etmir və onun hakimiyyətdə olması Moskvanın geosiyasi maraqlarını təhdid edir. Amma Ermənistan əhalisi ölkədə növbəti rusiyayönlü bir sistemin qurulmasında maraqlı deyil. Rusiyanın Ermənistanda məhz indi siyasi hakimiyyəti dəyişməsi gərginliyə gətirib çıxarar. Ona görə də, məncə, Moskvanın Paşinyanı dəyişmək planı hələ bir müddət reallaşmayacaq. Lakin bu o demək deyil ki, plan təxirə salınacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar