Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyandan daha bir sərsəm açıqlama

Bir tərəfdən Ermənistanın sülh danışıqlarına hazır olduğunu bəyan edən erməni Baş nazir Nikol Paşinyan digər tərəfdən danışıqların əhəmiyyətini heçə endirən açıqlamalarını davam etdirir.

Paşinyan bu dəfə “İntefaks”a müsahibəsində bildirib ki, Ermənistanın əsas hədəfi beynəlxalq aləmin “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımağa nail olmaqdır. Bununla da Paşinyan sülh danışıqlarına hazır olmaq barədə dediklərində səmimi olmadığını ortaya qoyub.

Siyasi analitiklər hesab edir ki, erməni Baş nazirin ziddiyyətli açıqlamar verməsinin bir neçə səbəbi var. Əsas səbəb əlbəttə ki, hakimiyyət məsələsidir. Qarabağdakı eskalasiyanın əsas səbəbkarı Nikol Paşinyandır. Onun təxribatçı açıqlamaları və davranışları münaqişənin alovlanmasını şərtləndirib. Bununla da Ermənistanı fəalkətə sürükləyib. Paşinyan fərqindədir ki, artıq erməni xalqı arasında etimadını itirməkdədir. Onun üçün əsas təhlükə isə Qarabağ klanıdır. Baş nazir keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın liderlərindən olduğu klanı neytrallaşdırmaq üçün Qarabağ məsələsində dirəniş göstərməyi optimal variant hesab edir.

Buna rəğmən sülh danışıqlarına hazır olduğunu dilə gətirməklə isə Qarabağda birmənalı məğlubiyyətinin qarşısını almağı düşünür. Paşinyanın açıqlamalarından aydın şəkildə sezilir ki, onun “sülh” və “hərb” məsələsində alternativləri yoxdur. Yəni, sülhdən danışan eməni Baş nazir bunu Dağlıq Qarabağın müstəqilliyində görür ki, Azərbaycan heç vaxt bununla razılaşmaz. Paşinyan üçün isə sülh məsələsində bundan başqa alternativ yoxdur. Savaşa gəlincə, Ermənistan məğlub durumdadır və yenə də erməni Baş nazirin alternativ savaş planı yoxdur. Hər halda belə görünür.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar