Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyana qarşı koalisiya formalaşır - Daşnaklar Ter-Petrosyanın başına yığışdı...

17 oktyabrda Ermənistan Respublikasının siyasi qüvvələri ilə aparılan məsləhətləşmələr çərçivəsində  terrorçu “Daşnaksütyun”  partiyası bürosunun nümayəndəsi Akop Ter-Xaçaturyan, Ermənistan respublikasının ilk prezidenti Levon Ter-Petrosyan ilə görüşüb. 

PİA.az  xəbər verir ki,  bu haqda erməni mediası  “Daşnaksütyun” ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat yayıb.

“Görüş zamanı tərəflər Ermənistan-Artsaxa qarşı edilən Türkiyə-Azərbaycan təcavüzü nəticəsində yaranan vəziyyəti müzakirə ediblər”.  Terrorçu partiyanın məlumatında belə deyilir.

İşğalçı ölkənin terrorçu hərbi-siyasi rəhbərliyi ilə yanaşı,  digər, eləcə də müxalif siyasi dairələri də Azərbaycan ordusunun müzəffər yürüşü qarşısında başlarını itirərək çıxış yolu axtarır, saman çöpündən imdad umurlar...

Qarabağda ard-ardına məğlubiyyətə uğradqıca ermənilər çıxış yolları axtarır və siyasilər daxildə bir-birinə nifrət etsələr də bu günlərdə məsləhətləşmək adı ilə bir yerə toplaşıblar. Qarabağın işğalında birbaşa məsuliyyət daşıyanlardan biri də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandır. Məhz onun prezidentliyi dövründə Dağlıq Qarabağın ətraf rayonları işğal edilib. Millətçi-terrorçu Daşnaksyutun partiyası heç vaxt yaxşı münasibətləri olmayan Ter-Petrosyanla Qarabağ məsələsini müzakirə etmək üçün görüşüblər. Partiyanın nümayəndəsi İşxan Saqatelyan bildirib ki, “Qarabağın daha yaxşı müdafiəsi üçün Ermənistanın və Dağlıq Qarabağın keçmiş və indi fəaliyyətdə olan prezidentlərini, baş nazirlərini, Daxili işlər və Müdafiə nazirliklərinin başçılarını bu işə cəlb etmək lazımdır”. 
  
Düşmən çıxılmaz vəziyyətdə olduğunu yaxşı anlayır. Vaxtilə 1997-ci ildə Azərbaycanın döyüşdə uduzduğunu, müharibəni uduzmadığını deyən və Azərbaycandan maksimum nə qoparmaq lazımdırsa onu almağı məsləhət verən Ter-Petrosyan zamanında konstruktiv çıxış etsə də, bu hələ onun cinayət məsuliyyətindən kənarda qalacağına dəlalət etmir. Bütün Ermənistan rəhbərləri, qondarma rejimin başçıları 30 illik cinayətlərinə cavab verməlidirlər. Bunların baş məsləhətçisi katalikosları da Azərbaycana yalnız nifrət yaratmaqla məşğul olub və təbliğatını bu gün də davam etdirir.

Düşmənin vəzifədə olanı da, olmayanı da Azərbaycan qarşısında cinayət törədiblər. Öz aralarında hakimiyyət davası aparsalar da, onları bu gün birləşdirən də birgə cinayət əməlləridir. Və cinayətlərinə cavab verəcəklər. (moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar