Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan yenə özünü biabır etdi

Paşinyan növbəti dəfə BBC-nin efirində sualları "cavab"landırmağa çalışıb. Ermənistan Baş naziri elə Ermənistan ordusu kimi davranıb. O, jurnalistin suallarından qaçır, Ermənistan ordusu isə döyüş meydanında Azərbaycan ordusundan.

PİA.az Trend-ə istinadla xəbər verir ki, bir saatlıq müsahibəni bir saatlıq qanlı və gülünc mübahisə adlandırmaq daha düzgün olar. Paşinyan bu müsahibəsində də əvvəlki açıqlamalarında olduğu kimi sülh tərəfdarı olmadığını bir daha göstərir.

Paşinyan bu dəfə "ağıllı" davranaraq sualları erməni dilində cavablandırmaq yolunu seçib, çünki onun daha əvvəl ingilis dilindəki gülünc danışığı ermənilər tərəfindən də sosial mediada xeyli lağa qoyulmuşdu. Lakin erməni dili də Paşinyana çətin suallara cavab verməyə kömək etmədi.

Verilişdə “Qarabağ Ermənistan torpağıdır” kimi təxribatçı sözlər söyləyib ardından başqa bir cavabında “biz güzəştə hazırıq” deməsi onun nə dərəcədə qeyri-ciddi olmasının göstəricisidir.

Gündə dörd dəfə Putinə zəng etməsi və Rusiyadan hansısa yardım olacaqmı məsələsinə də Paşinyan konkret cavab verə bilmir və hansısa beynəlxalq öhdəliklərdən danışır.

Jurnalist soruşur ki, Dağlıq Qarabağın ətrafındakı əraziləri geri qaytarmağa hazırsınızmı? Paşinyan isə bu ərazilərin qaytarılmamasını onunla əlaqələndirir ki, Azərbaycan Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququnu tanımaqdan imtina etdi.

Axı Dağlıq Qarabağın ətrafındakı ərazilərdə ermənilər yaşamır və burada hansı müqəddəratdan danışıla bilər?!

Jurnalistin “BMT qətnamələrində yazılıb ki, o torpaqlar Azərbaycana aiddir. Gəlin bunu dəqiq qeyd edək” deməsindən sonra isə Paşinyan daha aciz vəziyyətdə qalır və bu sualdan ümumiyyətlə yayınır.

Ümumilikdə Paşinyanın bu müsahibəsi və son açıqlamaları bir daha onu göstərir ki, bu müharibə cinayətkarı ilə danışıqlar aparmaq mümkünsüzdür.

Azərbaycan Prezidenti isə xalqa son müraciətində hərbi əməliyyatların dayandırlması ilə bağlı şərtlərini konkret şəkildə açıqladı. Ermənistan işğal olunmuş ərazilərdən çıxmalıdır və bunun dəqiq cədvəli tərtib olunmalıdır.

pia.az


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar