Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan üçün elektrik stulu - İrəvanda terror küləyi, “B planı”

Ölkəni böhrandan çıxarmaq üçün real proqramı olmayan müxalifət riskli planla özünə quyu qazır; elektrik stulu hakimiyyəti zorla ələ keçirmək istəyən iddiaçılar üçün də ölümcül ola bilər...

Ermənistanın radikal-revanşist müxalifəti 4 aydır baş nazir Nikol Paşinyanın istefasına nail ola bilmir. Çünki yetərli sayda protest elektorat toplamağı bacarmır. Bu isə o anlama gəlir ki, cəmiyyətin əksəriyyəti opponentlərin müharibə, qan iyi verən mövqeyini bölüşmür, tələblərini dəstəkləmir. Ən yaxşı halda onlara biganədir.

Az öncə ABŞ-ın nüfuzlu “Gallup” sorğu şirkətinin Ermənistanda apardığı plebissitin nəticələri də ağası-yuxarı bu qənaəti təsdiqləmiş oldu və müxalifət üçün şok effekti yaratdı. Bəlli oldu ki, Azərbaycanla 44 günlük müharibədə kapitulyasiya aktına imza atsa da, Paşinyan yenə ölkədə ən populyar və etimad edilən siyasi xadim olaraq qəbul edilir. O, hətta Qarabağ klanının liderləri - eks-prezidentlər Serj Sərkisyan və Robert Köçəryanın toplam reytinqindən də üstün reytinqə malikdir.

Şübhə yox ki, sorğunun yekunundan həm Rusiya, həm də Qərb məmnun qalıb. Hər necə olmasa, hər iki güc mərkəzi Ermənistanda böyük siyasi təlatümlərin olmasını arzulamır və nə qədər qəribə olsa belə, Rusiya da, ABŞAvropa da Nikolu özünə yaxın sayır. Nikol Paşinyana bu status təbii ki, zorla sırınıb - II Qarabağ savaşı “sorosçu” baş naziri Kreml üçün sözəbaxan rəhbərə çevirməklə. Halbuki daxilən, məfkurə etibarilə o, gizli qərbçi olaraq qalır.



Amma Paşinyan daha əvvəlki həvəslə bunu qabarda, Moskvanı şantaj edə bilmir. Çünki fərqindədir ki, ölkəsi “reanimasiya”dadır və çökmüş iqtisadiyyatın, darmadağın olmuş ordunun bərpası Rusiyasız qeyri-mümkündür...

*****

Əslində bunu revanşist müxalifət də anlayır. O səbəbə Ermənistan üçün hökumətdən fərqli “yol xəritəsi”, “xilas düsturu” ortaya qoya bilmir. Lakin ictimaiyyətin gözündə yaxşı mənada Nikol Paşinyandan fərqlənmək və toplunun saqqızını oğurlamaq, daha kreativ görünmək naminə, - buna o məcburdur, - müxalifət absurd, olduqca təhlükəli siyasi performanslar edir. Erməni xalqına isə miflər yox, vəziyyətdən real qurtuluş sxemi lazımdır.

Məsələ də bundadır: hazırda müxalifətin hakimiyyətə legitim yolla gəlməsinə əngəl olan iki mühüm faktor var: 1. düşərgədə cəmiyyətin birmənalı şəkildə qəbul edəcəyi güclü və nüfuzlu liderin olmaması və 2. Ermənistanı postmüharibə böhranından çıxarmaq üçün işlək proqramın yoxluğu.

Bütün bunlar isə Paşinyan hakimiyyətinin ömrünü sövq-təbii artırır, onun əlinə işləyir. Onu indi yalnız bir yolla postundan salmaq olar - zorakı üsulla, terrorla. Təsadüfi deyil ki, aylardır əsas hədəfinə çata bilməyən müxalifət getdikcə daha açıq şəkildə Paşinyanı fiziki haqq-hesab çürütməklə hədələyir. Ötən şənbə mitinqində bu xüsusda çağırışlar birbaşa vahid namizəd Vazgen Manukyanın dilindən səsləndi. Hakimiyyətə gəlməyin “B planı”ndan danışan Manukyan hamını hökuməti zor gücünə devirməyi nəzərdə tutan həmin plana hər an hazır olmağa səsləyib.

Bu da əsla təsadüfi deyil ki, cəmiyyətdən yetərli dəstək görməyən müxalif düşərgə erkən seçkiləri yalnız Paşinyan istefaya getdikdən sonra mümkün sayır. Faktiki xalqdan ümidini üzən müxalifət həmçinin prezident Armen Sərksiyandan tələb etməyə başlayıb ki, baş naziri boykot eləsin, onun göndərdiyi sənədləri imzalamasın. Bu zaman bir sadə gerçəyi unudurlar ki, Sərkisyanın özünü də elə parlament seçib - harada ki, Paşinyan tərəfdarları mütləq üstünlükdədir...

*****

Əlbəttə ki, Paşinyan da “asan sınan qoz” deyil və öz kontur-tədbirlərini görür. Xüsusən də siyasi mübarizədə terrora çağırış edənlərə qarşı. Artıq bəzi həbslər aparılıb. Diqqətçəkən həm də odur ki, bu həbslərə Rusiya və Qərbdən heç bir etiraz gəlməyib. Bir səbəbi vurğuladıq. “Gallup”un sorğusundan sonra isə heç şübhəsiz, Paşinyan özünü indi daha inamlı hiss edir. Müxalifət, özəlliklə Qarabağ klanının odiozları hələ də möcüzəyə inanırlar.

“Köçəryan çox yaxşı başa düşür ki, Ermənistanın hazırkı baş nazirinin kürsüsü elektrik stuludur. İndi Ermənistanı böhrandan çıxarmaq və itirilənləri geri qaytarmaq üçün dövlət başçısının kürsüsünə oturan hər kəs özünü ölüm təhlükəsinə məruz qoyacaq. Həm yaranacaq ”fürsət pəncərəsi"ndən dərhal istifadə etmək, həm də cəmiyyəti birləşdirmək və orduda islahatlar aparmaq üçün sərt siyasətə, hər şeyə hazır olan fövqəladə dərəcədə hökmlü, təcrübəli və iradəli bir insana ehtiyac var. Bu rola yenə ən yaxşı uyğun gələn odur - Köçəryan".

PİA.az-ın məlumatına görə, sitat Xocalı hərbi canisi Robert Köçəryanı dəstəkləyən bir yerli media qurumunda getmiş yazıdandır.

Lakin “sərt əl”in nəyə gətirdiyini erməni xalqı Qarabağ klanının 20 illik xunta rejimi dövründə əyani şəkildə görüb, öz dərisində yaşayıb. Artıq onu da anlayıb ki, hazırkı acınacaqlı durumun əsas baiskarı Paşinyan komandasından çox, illər uzunu Azərbaycanla konfliktin həllinə imkan verməmiş, cəmiyyəti “cənnət nağılları” ilə yedizdirmiş Qarabağ klanıdır. “Gallup”un son sorğusu da eyni qənaəti təsdiqləyib. Respondentlərin əksəriyyəti 44 günlük müharibənin yekununa görə haqlı olaraq, Nikol Paşinyanı deyil, əvvəlki iqtidarları günahkar çıxarıblar.

Bu mənada müxalifət olduqca riskli “B planI” ilə əslində özünə quyu qazır...(Yeni Müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar