Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

“Paşinyan tipik Poroşenkodur”

"Bu gün Ukraynada baş verənlər sabah Ermənistanda yaşanacaq”

Mariam Qriqoryan

ru.1-in.am (Ermənistan), 23.04.2019

1-in.am-ın həmsöhbəti Ukrayna analitiki Vitali Bortnikovdur.

–Cənab Bortnikov, Ukraynadakı seçkilərin nəticələrini necə dəyərləndirirsiniz? Şoumen Vladimir Zelenskinin sarıdıcı qələbəsi nəyin nəticəsidir?

–Bu seçkilər seçkilərin birinci turundan sonra görmək mümkün olan tendensiyanı əks etdirir. Cəmiyyət siyasi elitadan, sürən müharibədən yorulub və onun necə və haçan bitəcəyini heç kim deyə bilməz.

Və nəhayət, cəmiyyət Ukraynadakı iqtisadi problemlərdən – yoxsulluq və islahatların çox asta gedişi və ümumən islahatlardan yorulub. Ukrayna cəmiyyətinin böyük bölümü sosial-iqtisadi durumu islahatlarsız yaxşılaşdırmaq olar anlayışı ilə yaşamağa üstünlük verir. Bütün bunlar şoumen Vladimir Zelenskinin qələbəsinin təminatı olub. Siyasi meydanın parçalanmasını bunun üstünə gələk. Onlar seçkiqabağı dönəmdə populist qisas təhlükəsini izah etmək əvəzinə bir-birilə mübarizə apardılar.

–Bəs necə düşünürsünüz, Ukraynanın xarici siyasəti dəyişəcəkmi?

-Onun dəyişib-dəyişməyəcəyini bilmirik, çünki Zelenski indiyədək qabaqkı kursun sürməli olduğu haqda ümumi açıqlama verib. Amma kimin Vladimir Zelenskiylə işləyəcəyini bu günə kimi bilmirik, o bu adamların adlarını çəkmir, kimlərin xarici işlər və müdafiə nazirləri olacaqlarını bilmirik. Biz hələlik tam qeyri-müəyyənlik və burulğanlıq dönəmindəyik. Ümid edirəm ki, bu dövr tezliklə bitəcək və keçid dövrü dövlət institutlarının çöküşünə gətirməyəcək.

-Ermənistan-Ukrayna münasibətlərində dəyişikliklər gözləmək olarmı, hesab edirsinizmi ki, bu münasibətlər şəxsiyyətlərdən asılıdır?

-Ermənistan-Ukrayna münasibətləri dövlət başçısının kimliyindən asılı deyil, çünki bu iki dövlət geopolitik vəziyyətin əsiridir. Rusiya bizim dövlətə qarşı savaş aparır, bu da bizim suverenliyimizə ən böyük təhlükədir. Rusiya Krım və Donbası işğal edib və müstəqil inkişafımıza mane olmaqdan yana əlindən gələni edir. Ermənistan isə Rusiyanın müttəfiqidir, Ermənistan ərazisində Rusiyanın hərbi bazası yerləşir, Ermənistan Rusiya hegemoniyasının iqtisadi strukturunun üzvüdür və oradan çıxmağa hazırlaşmır. Uyğun olaraq, Ermənistan-Ukrayna münasibətləri birinci növbədə iki ölkənin dünyadakı mövqeyindən və Rusiya ilə münasibətlərindən asılıdır.

-Ermənistanda baş verən siyasi dəyişikliklər və Ukraynada hakimiyyətin əvəzlənməsi arasında paralellər görürsünüzmü? İki ölkənin xalqlarının köhnə siyasi sistemdən, ölkədəki iqtisadi durumdan yorulması mənasında…

–Mən bizdəki 2013-2014-cü illər hadisələrilə paralellər görürəm. Cənab Paşinyanın sizdə Maydan olmadığını sübut etməyə bütün səylərinə baxmayaraq, bu, əsil gerçək Ukrayna Maydanı idi. Bu gün bizdə baş verənlər sizin bir neçə ildən sonra cənab Paşinyanın iflasıyla görəcəklərinizdir. Cənab Paşinyan bu gün cənab Poroşenkonun düşdüyü durumda ola bilər. Ola bilsin, cənab Paşinyanı fikrən cənab Zelenski ilə əlaqələndirirlər, amma o, tipik cənab Poroşenkodur. O, oliqarxik sistem dağılandan sonra o cümlədən mövcud münaqişələrin həllində, yoxsulluğun aradanm qaldırılmasında böyük ümidlərin bəslənildiyi adamdır. Amma əhali öz gözləntilərinin doğrulmadığını görəndə cənab Paşinyan da bu gün cənab Poroşenko kimi “sevilməz” ola bilər. Mən deyərdim ki, bu günki Ukrayna hadisələri sabah sizin görəcəklərinizdir.

–Amma, doğrudanmı, Paşinyan üçün belə bir ssenari göz qabağındadır?

-Düşünürəm ki, cənab Paşinyan bu dərsləri mənimsəməli idi. O, xalq sevgisinin necə asanlıqla keçdiyini, ümidlərin necə böyük olduğunu və məyusluğunn necə böyük olacağını görür. Cənab Poroşenko antikriminal inqilabdan sonra birinci turda çox yüksək faizlə qalib gəlmiş prezidnet idi, prezident postunu isə 25%-ə yaxın ictimai dəstəklə tərk edir. Cənab Paşinyan bütün bunların səbəbləri və buna qarşı durmaq yolları barədə düşünməlidir.(Tərcümə Strateq.az)

pia.az


Şərh yazın.

loading...