Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Qarabağ separatçılarına sərt cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın indiki və keçmiş qondarma “liderlərinin” eks-prezident Robert Köçəryanın həbsxanadan buraxılması, onun Şuşanın işğalı münasibətilə keçirilən mərasimlərdə iştirakına icazə verilməsi haqda çağırışını rədd edib

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu haqda jurnalistlərlə söhbətində danışıb. “Mən hesab etmirəm ki, Dağlıq Qarabağ hakimiyyəti hansısa formada Ermənistanın daxili işlərinə qarışa bilər. Və ümumiyyətlə heç kim bunu edə bilməz-Ermənistan müstəqil, suveren ölkədir”-o Bako Saakyanın və Arkadi Qukasyanın çağırışına cavab olaraq bildirib.

Paşinyanın sözlərin görə, Saakyanın və Qukasyanın Ermənistanın baş prokuroruna ünvanladıqları məktubda bəhs edilən “milli birlik” məsələsi də baş tutan deyil. Çünki dövlət vəzifələrində olanların qohumları və ailə üzvləri milyonçuya çevrilirsə belələri ilə milli birlikdən söhbət gedə bilməz.

“Serj Sərkisyan hələ də bu suala cavab verməyib ki, nəyə görə onun ailəsi milyonçu olub, amma əsgər yeməyə çörək tapmayıb. Mən belələri ilə bir ola bilmərəm. Elə şeylər var ki, mən onları bağışlamaram. Bu haqda danışmayacam, amma bağışlamaq fikrim də yoxdur. Mən ailələri milyonçu olan məmurlarla bir ola bilmərəm”-o qeyd edib.

pia.az


Etiket: PAşinyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar