Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Qarabağ münaqişəsini yeni fazaya keçirməyə çalışır?...

Ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını yenidən gündəmə daşıyıblar...

Politoloq: “Madrid prinsipləri adı ilə stolun üstündədir. Madrid prinsipində də Dağlıq Qarabağın müstəqil olması və yaxud da Ermənistana birləşdirilməsi ilə bağlı heç nə yoxdur”.

“Kilikiya katalikosu Aramın Dağlıq Qarabağla bağlı dedikləri puc olmuş ideyanı yada salmaqdan başqa heç nə deyil”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Ermənistan daxilində siyasi mübarizə çərçivəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı atılan addımları PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, Paşinyanın “Qarabağ klanı” ilə mübarizəsi fonunda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı səslər yüksəlməkdədir. PİA.az xəbər verir ki, son olaraq Kilikiya katalikosu Aram Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini vacib hesab edib. Bu ideya Baş nazir Paşinyanın ətrafında da dəstəklənməkdədir.

Ermənistan daxilində siyasi mübarizə çərçivəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı addımların atılmasını mümkün hesab etmək olar və bu səylər ümumilikdə Qarabağ münaqişəsinə hansı təsirlər göstərə bilər? Xüsusən ATƏT-in Minsk Qrupu həmsədr ölkələri RusiyaABŞ-ın Qarabağ münaqişəsində yeni fazanın başladılmasına necə münasibət göstərə bilərlər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Mübariz Əhmədoğlu: “Ermənilər başa düşürlər ki, artıq proseslərin gedişi Dağlıq Qarabağı itirmək istiqamətindədir və ona görə də Dağlıq Qarabağın birləşdirilməsi ideyasın gündəliyə gətirirlər”.

RusiyaABŞ-ın Qarabağ münaqişəsində yeni fazanın başlatmalarını normal münasibət kimi dəyərləndirən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası puş bir ieyadır. Politoloq onu da vurğulayıb ki, Madrid prinsipində də Dağlıq Qarabağın müstəqil olması və yaxud da Ermənistana birləşdirilməsi ilə bağlı heç nə yoxdur:

“Bu məsələyə iki prizmadan yanaşmaq lazımdır. Bunlardan birincisi ümumi erməni tarixi prizması, digəri isə Nikol Paşinyanın şəxsiyyəti prizmasıdır.

Ümumi erməni tarixi prizması ilə məsələyə baxanda deyə bilərik ki, bu yol keçilən yoldur. Yəni 1988-ci ildə də ermənilər Dağlıq Qarabağı işğal edəndə Qarabağın Ermənistana birləşdirilməsi iddiası ilə orataya çıxmışdılar. Onlar sonradan başa düşdülər ki, bu mümkün deyil və 1991-ci ildən Dağlıq Qarabağın müstəqilliyi ideyasın gündəliyə gətirdilər. Guya ermənilər Dağlıq Qarabağı müstəqil dövlət kimi quracaqdılar. Bundan sonra da Dağlıq Qarabağı Ermənistana birləşdirəcəkdilər.

Göründüyü kimi ermənilərin Dağlıq Qarabağla bağlı ideyaları puçdur. Çünki bu günə qədər Ermənistan Dağlıq Qarabağın statusun həll etmək üçün 7-8 sənəd ortaya qoyub. O sənədlərin də hamısı birləşib 2009-cu ildən yenilənmiş Madrid prinsipləri adı ilə stolun üstündədir. Madrid prinsipində də Dağlıq Qarabağın müstəqil olması və yaxud da Ermənistana birləşdirilməsi ilə bağlı heç nə yoxdur. Bu da o deməkdir ki, ermənilərin Dağlıq Qarabağla bağlı bütün ideyaları iflasdır.

Mübariz Əhmədoğlu: “Azərbaycanın Dağlıq Qarabağ tənzimlənməsində gördüyü işlər ABŞ ilə Rusiya arasında rəqabət yaradıb”.

Onu da qeyd edim ki, 1988-ci ildə ermənilər hədsiz güclü idi. İndi isə ermənilər hədsiz çox zəifdirlər. Buna görə də Kilikiya katalikosu Aramın dedikləri puc olmuş ideyanı yada salmaqdan başqa heç nə deyil. Ermənilərin Dağlıq Qarabağla bağlı arzuları reallaşan arzular deyil.

Bu ideyanın məhz indi gündəmə gəlməsində isə Paşinyanın şəxsiyyəti aparıcı faktordur. Hal-hazırda Paşinyan hamı ilə qalmaqaldadır. Paşinyan prezident Armen Sarkisyan ilə, Erməni katalokusu ikinci Qaragin ilə münasibətləri gərgindir. Belə olan halda da Paşinyanın şəxsiyyəti bu mövzuda istər-istəməz skandal yaratmalı idi. İndi də məhz bu skandal yarandı. Buna görə də onlar başa düşürlər ki, artıq proseslərin gedişi Dağlıq Qarabağı itirmək istiqamətindədir və ona görə də Dağlıq Qarabağın birləşdirilməsi ideyasın gündəliyə gətirirlər.

Mübariz Əhmədoğlu: “Azərbaycanın mübarizəsi sonda Ermənistana təzyiqin artmasına və ATƏT-in Minsk Qrupunun fərqli bir mövqe ortaya qoymasına gətirib çıxaracaq”.

Paşinyanın apardığı siyasət Dağlıq Qarabağ məsələsində ortaya heç vaxt ciddi nəysə qoymaq gücündə deyil. Paşinyanın apardığı siyasətə görə bu sözləri deməyə tam əsaslar var.

RusiyaABŞ-ın Qarabağ münaqişəsində yeni fazanın başlatmaları normal münasibətdir. Bu Azərbaycanın gördüyü işdir. Yəni Azərbaycanın Dağlıq Qarabağ tənzimlənməsində gördüyü işlər ABŞ ilə Rusiya arasında rəqabəti gücləndirib. Bu mübarizə sonda Ermənistana təzyiqin artmasına və ATƏT-in Minsk Qrupunun fərqli bir mövqe ortaya qoymasına gətirib çıxaracaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar