Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Putinə məhz belə deyib: “Dağlıq Qarabağ problemi həll olunmayıb”

Aprelin 7-də Moskvada Rusiya prezidenti Vladimir Puitinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar olub.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu görüşdə Paşinyan bir daha Azərbaycanda saxlanan erməni əsirlər məsələsini qaldırıb:

“Bizim dəfələrlə müzakirə etdiymiz kimi 9 noyabr bəyanatına görə bütün girovlar, hərbi əsirlər və başqa saxlanan şəxslər vətənlərinə qaytarılmalıdır. Təəssüf ki, Azərbaycanın hələ də saxladığı şəxslər var. Mən şadam ki, bu məsələnin həllinə dair bizim mövqelərimizdə fərq yoxdur”.

Rəsmi Moskva dəfələrlə bəyan edib ki, Qarabağ müharibəsinin bütün hərbi əsirlərinin məsələsi “hamını hamıya” prinsipi ilə həll olunmalıdır.

Azatutyun Rusiyanın RBK agentliyinə istinadən Azərbaycanda hələ də 140-dək erməni hərbi əsirin saxlandığını iddia edir.

Moskvanın “sonraya” saxladığı məsələ

Məqalədə deyilir ki, MoskvaYerevanın mövqeləri bir məslədə də üst-üstə düşür: Bu Qarabağ münaqişəsinin yekun tənzimlənməsi məsələsidir.

Azatutyun yazır ki, Yerevan bu məsələnin hələ də həll olunmadığını dəfələrlə bəyan etsə də, Moskva bu məsələnin hələ vaxtının çatmadığını bildirir.

Aprelin 7-də keçirilən görüşdə Nikol Paşinyan bu məsələni bir daha qaldırıb:

“Çox mühümdür ki, biz Dağlıq Qarabağ probleminin həlli ilə bağlı baxışlarımızı müzakirə edək. Təəssüf ki, problem həll olunmayıb və biz bu məsələ barədə danışmalı, gələcəyə olan baxışlarımızı müzakirə etməliyik”.

Rusiya-Ermənistan qoşun birləşməsinin “bəzi nyuansları”

Azatutyun yazır ki, Paşinyan Putinlə görüşdə Ermənistanda yeni atom elektrik stansiyasının tikilməsinin mümkünlüyü məsələsi barədə də danışıb.

O xatırladıb ki, Türkiyə tez-tez Metsamor stansiyasının bağlanması məsələsini qaldırır.

Danışıqların əsas hissəsi bağlı qapılar arxasında aparılıb.

Lakin Paşinyan söhbətin açıq hissəsində Rusiya-Ermənistan birgə qoşun birləşməsinin fəaliyyəti ilə bağlı “bəzi nyuansları” müzakirə etmək istədiyini bildirib.

Ermənistan baş naziri konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb, lakin əlavə edib ki, RusiyaErmənistanın hava hücumundan birgə müdafiə sistemi var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar