Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Putindən ordu, AES və s. istədi - Rusiya bu istəkləri qarşılıya biləcəkmi?..

Bütün bunların üstündə Ermənistanın baş nazirinin Putindən bir də Qarabağı istəməsi Ermənistanın nə qədər qeyri-ciddi bir dövlət olduğunu bir daha gözlər önünə sərib...

Politoloq: “Ermənistan ordusunun yenidən silahlanması elə danışıqlar səviyyəsində də qalacaq”.

“Paşinyan guya indi Rusiyadan təzə silah-sursat almaq istəyir. Ermənistanın isə təzə silahlar almağa imkanı yoxdur”.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistan ordusunun yenidən qurulmasını və silahlanmasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistanda erkən seçkilərə hazırlıqlar sürərkən istefaya hazırlaşan baş nazir Nikol Paşinyan dünən Rusiyanın paytaxtı Moskvada ölkə başçısı Vladimir Putinlə bir araya gəlib.

Mətbuata qapalı reallaşan görüşün əsas mövzusu Qarabağ olub. Paşinyan söhbət zamanı Rusiya Sülhməramlı Qüvvələrinin Qarabağda varlığının bölgədəki sabitlik və təhlükəsizlik üçün əhəmiyyətindən bəhs edib.

Həmçinin görüşdə Ermənistanda yaxınlaşan erkən seçkilər, yeni nüvə stansiyası tikintisi, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub. Paşinyanın Putinlə görüşündə əsas mövzulardan biri Ermənistan ordusunun yenidən qurulması olub.

Qeyd edək ki, Putin-Paşinyan görüşündən əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı ilə danışmışdı. Bu söhbətin də əsas mövzusu Qarabağ olmuşdu.

Həmçinin Paşinyan Rusiya prezidentindən Ermənistanda yeni AES tikməyi istəyib. Bəs Rusiya Paşinyanın bütün bu istəklərini qarşılaya bilərmi və bu istəklərin reallaşması Rusiya iqtisadiyyatına necə təsir edə bilər? Bütün bunların üstündə Ermənistanın baş nazirinin Putindən bir də Qarabağı istəməsi isə, Ermənistanın nə qədər qeyri-ciddi bir dövlət olduğunu bir daha gözlər önünə sərib.

Qeyd edək ki, məşhur rusiyalı hərbi ekspert İqov Korotçenko Paşinyanın bu istəklərini şərh edərkən, Ermənistanın baş nazirini “müftəxor” adlandırıb.

Bəs geniş ordu islahatları planlaya Ermənistanın iqtisadiyyatı bu xərcləri hansı səviyyədə qarşılaya bilər və Rusiyanın dəstəyi bunun üçün yetərli ola bilərmi?

Putin və Paşinyan görüşünün detallarını və Ermənistanın baş nazirinin hədsiz istəklərini PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Rusiya daha çox istifadə edilmiş silah-sursatları Ermənistana satırdı və Rusiya bunu öz anbarlarını boşaltmaq üçün edirdi”.

Ermənistan ordusunun yenidən qurulması və silahlanması üçün danışıqlar aparılmasının təbii olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, ola bilsin ki, Rusiya Ermənistana hansısa silahları sata bilər. Amma əsaslı olaraq Ermənistan ordusunun yenidənqurma prosesini apara bilməz:

Ermənistanın istəkləri heç bir zaman reallıqlarıa uzlaşmayıb. İstəklə, real imkanlar üst-üstə düşməyənə qədər silahlanmanın, yaxud da ordu quruculuğunun heç bir əhəmiyyəti yoxdur. Həmçinin də Ermənistan Rusiya üçün böyük silah bazarı da deyil. Rusiya daha çox istifadə edilmiş silah-sursatları Ermənistana satırdı və Rusiya bunu öz anbarlarını boşaltmaq üçün edirdi. 44 günlük müharibə onu sübut etdi ki, həqiqətən də Rusiya Ermənistana istifadə edilmiş silahlar satıb.

Ermənistan guya indi Rusiyadan təzə silah-sursat almaq istəyir. Ermənistanın isə təzə silahlar almağa imkanı yoxdur. Rusiya Ermənistana yenidən kreditlə silahlar verə bilər. Amma inanmıram ki, indiki vaxtda Rusiya buna maraqlı olsun.

Ermənistan ordusunun yenidən qurulması və silahlanması üçün danışıqlar aparıla bilər. Müxtəlif fikirlər səsləndirilə bilər. Oola bilsin ki, Rusiya Ermənistana hansısa silahları sata bilər. Amma əsaslı olaraq Ermənistan ordusunun yenidənqurma prosesini apara bilməz. Rusiya iqtisadiyyatının bu yükü üzərinə götürəcəyinə heç də inanmıram. Buna görə də Ermənistan ordusunun yenidən silahlanması elə danışıqlar səviyyəsində də qalacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar