Çərşənbə, 24 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Paşinyan ölkəni neoliberal uçuruma aparır: Hökumətin şüurunda şizofreniya müşahidə olunur – Təhlil

Albert Mikaelyan

worldandwe.com, 10.05.2019

Getdikcə daha da aydın olur ki, Ermənistanın “inqilabi” baş naziri və onun iqtisadi müşavirlərinin təklif etdiyi tədbirlər məhvedici neoliberal reseptlər çərçivəsindən qırağa çıxmır. Bu, Ermənistandan baxarkən özəlliklə açıq görünür. Bir yandan, “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş şəxslər hər tində ölkənin keçmiş rəhbərliyinin gətirdiyi böhran haqda bağırmaqdan usanmırlar. O biri yandan isə, bundan çıxmaq üçün neoliberalizm iqtisadi məktəbinin ən ənənəvi reseptlərini təklif edirlər.

Başlanğıcında Milton Fridman və Fridrix Hayekin durduqları bu nəzəriyyə Çilidə Pinoçet, Böyük Britaniyada Marqaret Tetçer, ABŞ-da isə Ronald Reyqan tərəfindən tətbiq olunub.

Düzdür, bizim balaca Ermənistanı neoliberalizmin heç də ən aşkar uğurlara gətirmədiyi bu ölkələrlə heç cür tutuşdurmaq olmaz…

Məsələn, belə islahatlar sözügedən bütün hallarda Ermənistanda onsuz da, sadəcə, əndazəni aşaraq xalqın tamamilə əsaslı qəzəbini doğuran önəmli sosial təbəqələşməyə gətirib.

Bir də maraqlıdır ki, ABŞ-ın həlledici önəmli yardımı olmasaydı, “Pinoçet iqtisadiyyatı”nın başına nələr gələrdi? Axı həm Marqaret TeTçerin, həm də Ronlad Reyqanın – və bunu yadda saxlamaq gərəkdir – öz ölkələrinin bank sistemlərinin nəhəng maliyyə resursları kimi yaxşı “arxaya” malik idilər. Ermənistanda belə bir şeyin olub-olmadığı ritorik sualdır.

Əksinə, Nikol Paşinyan, sadəcə, neoliberal iqitsadi ilgək olan belə bir yanaşmada Ermənistanın onsuz da yoxsul əhalisinin ödəməli olacağı xeyli xarici borca girməli olacaq. Bunun son olacağı isə artıq heç bir şübhə doğurmur. Çünki hökumət təxirəsalınmaz tədbir kimi proporsional gəlir vergisinin tətbiqini təklif edib. Yəni vergi yükü həm pinəçi, həm də dollar milyoneri üçün eyni olacaq: hamısı indi 23 faiz vergi ödəyəcək. Düzdür, tariflər yeni sistem daxil ediləndən beş il sonra 20 %-ədək düşməlidir. Amma bunun belə olacağı faktlıqdan uzaqdır. Və özəlliklə əsla fakt deyil ki, ən yoxsullar da, Nikol Paşinyan hökumətinin özü də bu “xoşbəxt” çağa qədər “yaşayacaqlar”.

Əlbəttə, Ermənistan “neoliberalları” neoliberalizmə sxolastikcəsinə və ötəri bələddir, ənənə kimi sosial müavinətləri azaltmağı təklif edirlər, özü də bu tədbir işsiz qalanlara da toxunacaq. Və, əlbəttə, “dövlət qulluqçularının sayının ifratcasına azaldılmasının gərəkliliyi” haqda neoliberal mantra dərhal səslənir.

Hökumətin fikrincə, bütün bu coşğun fəaliyyətin nəticəsi “Ermənistan iqtisadiyyatının canlanması, korrupsiyanın kökünün kəsilməsi və Ermənistan əhalisinin yaşayışının ümumi yaxşılaşması” olmalıdır.

Amma şəxsən mənə elə gəlir ki, hər şeydən göründüyü üzrə, xarici erməni diasporlarını sayca önəmli artım gözləyir, çünki hər erməni belə neoliberal axtarışlara tab gətirə və qatlaşa bilməz.

Mən ehtimal edirəm ki, indiki hökumətin şüurundakı ikiləşmə, sadəcə, göz qabağındadır. Onun beyninin bir yarısı görür ki, ölkənin iqtisadi durumu pisləşir və nə etməli olduğunu bilmir.

İkinci yarısı isə qaçılmaz iqtisadi çöküşdən və növbəti dəfə aldadılan əhalinin qəzəbindən qorxaraq nə praktikaya, nə də idarəçilik təcrübəsinə malik olmadan okeanın o tayındakı görkəmli olmaqdan uzaq xarici iqtisadçıların reseptlərindən saman çöpü kimi yapışır və ermənilərin gözünə kül üfürməyə başlayır.

Nikol Paşinyan hökumətinin iqtisadi iqtidarsızlığı gec, ya tez təkcə ölkə içində deyil, həm də xarici siyasət arenasında iflasa gətirməlidir. Və ilk təşvişli siqnal artıq səslənib: Paşinyan və Əliyev arasında 2019-cu il martın 29-da Vyanada baş tutan danışıqları Azərbaycanda qeyd-şərtsiz qələbə kimi qəbul ediblər. Azərbaycan məclisində (MM-tərc.) hesab edirlər ki, İlham Əliyev Nikol Paşinyanı hərfi mənada diz çökməyə vadar edərək onu “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycanla razılaşmağa məcbur edib”. Yada salım ki, Paşinyan Dağlıq Qarabağın özünü saziş tərəfi kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb etməyi birnömrəli vəzifə kimi hər tində car çəkirdi. Amma, necə deyərlər, “türkü çox səslənmədi”… Və Ermənistan baş nazirinin növbəti səs-küylü vədi adicə gəvəzəlik çıxdı. Və indi Ermənistan vətəndaşlarının xeyli hissəsinin gözündəki “məxməri örtük” düşməyə başladıqca hakimiyyət daha pis yollara düşür ki, bu qurumlarda mümkün qədər çox qalsın. Və, budur, 2018-ci ilin sentyabrında Paşinyanın “Mənim addımım” partiyasından İrəvan meri olmuş Ayk Marutyan şəhərdə avtobusla gəzməyə başlayıb. Ola bilsin, bu, ucuz populizm baxımından düzgündür də, amma çox görməyə və oturmağa macal tapacaqmı?

Görünür, Paşinyanı və tərəfdarlarını düşündürən başlıca məsələ gerçək iş deyil, sadəcə, piar və mümkün qədər uzun müddətə öz imiclərini saxlamaqdır. (Strateq.az)

pia.az


Şərh yazın.

loading...