Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan nə istəyirdi və Vyanada nələr danışıldı?

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq danışıqlar prosesinə yeni təkan verilib

PİA.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, görüşdə əsas hansı mövzuların müzakirə edildiyi ictimaiyyətə məlum deyil:

“Lakin hansısa nüanslara, dövlət başçılarının açıqlamalarına, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına əsasən bildirmək olar ki, danışıqların formatı bundan sonra da dəyişməyəcək. Formatı dəyişmək istəyən Paşinyan vaxt uzatmaq və daxili auditoriyada xal qazanmaq istəyirdi ki, onun bu istəyi baş tutmadı. Görünən odur ki, Paşinyan Ermənistanda olan Qarabağ klanından, radikallardan bir tərəfdən qorxur, digər tərəfdən onlardan istifadə edir. O, xarici ölkələrə, o cümlədən Azərbaycana kompromisə getməməsinin səbəbi kimi bu qüvvələrin varlığını göstərir, özünə qarşı təzyiq olmasını əsas gətirir. Amma bütün bunlara baxmayaraq, danışıqlarda format dəyişmir və işğal olunmuş ərazilərin mərhələli şəkildə azad olunması ətrafında danışıqlar davam etdirilir. Bu, Madrid prinsiplərinin 1-ci bəndində göstərilib. Eyni zamanda danışıqların predmetlərindən biri atəşkəs rejiminə riayət edilməsi və humanitar aksiyalardır ki, bunu hər iki tərəf öz çıxışlarında bildirib”.

Politoloq qeyd edib ki, Paşinyan Qarabağ məsələsi ilə bağlı bütün prosesləri özündən kənarda saxlamağa çalışır:

“Açığı, Paşinyan hələ ki, bütün Ermənistanı idarə etmək gücünə malik deyil. Hakimiyyət rıçaqları onda yoxdur”.

Politoloqun sözlərinə görə, Ermənistan praqmatik siyasət yürütməlidir:

Ermənistan başa düşməlidir ki, regionda vəziyyət gərginləşməyə doğru gedir. Yaxşı olar ki, Ermənistan humanitar və digər məsələlərlə tədricən münaqişənin həllinə doğru addımlasın”.

pia.az


Etiket: Paşinyan Vyana

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir... – Bəs niyə heç kim məculiyyətə cəlb edilmir?

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Ölüm xəbəri yayılan Əməkdar artist: “Səhər tezdən hamı evimə gəlir

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Ən çox oxunanalar