Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan nə demək istəyir? - Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razı olur?..

“Qarabağ probleminin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün əlverişli olmalıdır”, ifadəsini işlədərkən nə demək istəyir?

Politoloq: “Ermənistanın baş naziri Nikol Paşinynanın facebook üzərindən Qarabağ münaqişəsinin siyasi həlli bağlı qeydləri əsasən nəticəsiz bir gedişdir”.

Paşinyanın əsas arqumenti budur ki, işğal olunmuş ərazilər geri qaytramaq əvəzinə Qarabağa müstəqillik verilsin”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ haqqında son fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsindən erməni xalqına səslənərək Qarabağ məsələsində maraqlı dinamika müşahidə olunduğunu bildirib və qeyd edib ki, Qarabağ probleminin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün əlverişli olmalıdır. Paşinyan hətta Qarabağla bağlı Ermənistanda referendum keçirələcəyini də istisna etməyib.

Paşinyanın problemin həlli ilə bağlı nikbin notlara dayanan bu açıqlamasını necə şərh etmək olar? Xüsusən Paşinyan “Qarabağ probleminin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün əlverişli olmalıdır”, ifadəsini işlədərkən nə demək istəyir? Bunu Ermənistan Baş nazirinin problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə isti yanaşması kimi dəyərləndirmək olarmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə müraciət edib.

Məhəmməd Əsədullazadə: “Qarabağla bağlı referendumun keçirilməsi Qarabağın Azərbaycandan qoparılması deməkdir”.

Rusiya faktoru olmasa, Paşinyanın Azərbaycanla kompromistə gəlib, beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin həllinə maraqlı ola bilməsini düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, münaqişənin həlli geosiyasi amillərdən asılıdır. Paşinyanın bu mövqeyi yalnız manipulyasiyadır:

Ermənistanın baş naziri Nikol Paşinynanın facebook üzərindən Qarabağ münaqişəsinin siyasi həlli bağlı qeydləri əsasən nəticəsiz bir gedişdir. Ümumiyyətlə Paşinyan yaxşı anlayır ki, konflikt geosiyasi bir münaqişədir burada erməni xalqı sadəcə bir alətdir. Paşinyan qeyd edir ki, bu münaqişə Ermənistan, Azərbaycan və Qarabağ “xalqı” nın maraqlarına cavab verməlidir. Bu tezis münaqişənin həllinə mane olur.

Paşinynanın nikbinliyinə gəldikdə, o cəbhədə nisbi sakitliyi öz hakmiyyətinin uğuru hesab edir və bunu erməni cəmiyyətinə aşılıyır. Onun referendumla bağlı dediklərinə gəldikdə isə, bu münaqişəni öz üzərindən atmaq və erməni xalqının səsinin önəmli ola biləcəyini vurğulamasıdır.

Məhəmməd Əsədullazadə: “Paşinyanın bu planı ərazibütövlüyü çərçivəsində deyil, Qarabağıın müstəqilliyinə hesablanıb”.

Hesab edirəm ki, Qarabağla bağlı referendumun keçirilməsi Qarabağın Azərbaycandan qoparılması deməkdir. Bu siyasi qərar olmalı, referendum burada yalnız münaqişənin həllinin tormozlaşdırılmasına gətirir. Paşinyanın əsas arqumenti budur ki, işğal olunmuş ərazilər geri qaytramaq əvəzinə Qarabağa müstəqillik verilsin. Sarkisyanın vaxtında da bu plan olub. Sadəcə Paşinyan bunu fərqli tərzdə deyir. Onun bu planı ərazibütövlüyü çərçivəsində deyil, Qarabağıın müstəqilliyinə hesablanıb. Onun Azərbaycan xalqının maraqlarına uyğun olmasını dilə gətirməsi əsasən işğal olunmuş ərazilərin qaytarılmasını deməsidir.

Ümumiyyətlə Rusiya faktoru olmasa, Paşinyan Azərbaycanla kompromistə gəlib, beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin həllinə maraqlı ola bilər . Amma, Moskva varlığı buna mane olur. Hesab edirəm ki, münaqişənin həlli geosiyasi amillərdən asılıdır. Paşinyanın bu mövqeyi yalnız manipulyasiyadır”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar