Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Paşinyan istədiyi adamları vəzifəyə təyin edə bilmir

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Polis rəisi (Ermənistanın daxili işlər naziri- red.) vəzifəsinə istədiyi adamları təyin edə bilmir

Bunu Ermənistanda çıxan “Jamanak” qəzeti yazıb.

Bildirilib ki, Nikol Paşinyan “İşıqlı Ermənistan” parlament fraksiyasının təqdim etdiyi namizədlərin qəbul olunmasını gözləyir.

Məlumata görə, sentyabrın 20-də Ermənistan parlamentində güc strukturlarına rəhbərlərin təyin edilməsi haqqında sənədə dəyişikliklər ikinci oxunuşda qəbul edilib. Dəyişiklik baş nazirə polis rəisi və MTX rəhbərliyinə bu sahənin mütəxəssisi olmayan, Ermənistanın 25 yaşı tamam olmuş, 4 il ölkə ərazisində yaşamış istənilən vətəndaşını təyin etməyə imkan verir.

Bu qanun cari ilin noyabrında qüvvəyə minəcək.

Nikol Paşinyan Polis rəisi vəzifəsinə müvəqqəti olaraq Yerevan meri Hayk Martunyanın dostu Arman Sarkisyanı, Dövlət Təhlükəsizliyi Xidmətinin direktoru vəzifəsinə isə qurumun direktor müavini Eduard Martirosyanı (o həm də Artur Vanetsyanın dostudur) təyin edib. Arman Sarkisyanın bu vəzifədə qalacağı gözələnilən olsa da, Martirosyanın direktor olacağı az ehtimal olunur.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar