Bazar ertəsi, 30 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Paşinyan “İran”qəzetində Türkiyəni suçladı – Azərbaycanın İrandakı səfiri isə ona sərt cavab verdi

İranın rəsmi dövlət qəzeti olan “İran” Qarabağda gedən hərbi əməliyyatlarla bağlı Ermənistanın baş naziri Nikol Paşinyandan, eləcə də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovdan müsahibə götürüb.

İran” qəzetində getmiş hər iki müsahibənin tərcüməsini oxucularına təqdim edirik:

***

İran” qəzetinin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə müsahibəsi

Serqey Barseqyan

“Qarabağ münaqişəsinə xarici müdaxilə” İran Prezidenti ilə Ermənistan Baş nazirinin 30 sentyabrdakı telefon danışığında ortaq narahatlıq idi. Həsən Ruhani bu narahatlığı AzərbaycanRusiya Prezidentləri ilə telefon danışığında da qaldırmışdır. İranın Qarabağ bölgəsindəki hərbi qarşıdurmaya dair mövqeyi müharibənin dayandırılması, ErmənistanAzərbaycan Respublikası arasında beynəlxalq hüquq normalarına əsasən danışıqların başlanması və üçüncü ölkələrin müdaxiləsinin qarşısını almaqdır. Bundan əlavə, İran Ermənistan ilə Azərbaycan Respublikası arasındakı mübahisələrin həllində konstruktiv rol oynamağa hazır olduğunu elan etdi. Ermənistanın Baş naziri də “İran”a eksklüziv müsahibəsində İranın bölgəyə sülh və sabitlik gətirmək üçün atdığı hər bir konstruktiv addımı alqışladı.

Bu söhbətdə Nikol Paşinyan Qarabağdakı toqquşmaların mərmilərinin İran ərazisinə düşməsindən təəssüfləndiyini bildirdi və erməni tərəfinin bu münaqişə zamanı İrana zərər verməmək üçün səy və sayıqlığını əsirgəməyəcəyinə əminlik ifadə etdi.

İran Prezidenti cənab Ruhani ErmənistanAzərbaycan Respublikaları arasındakı mübahisələrin həllində konstruktiv rol oynamağa hazır olduğunu açıqladı. Bu təklifə cavabınız nədir və İranın hansı praktik təşəbbüslə vasitəçilik edə biləcəyini düşünürsünüz?

– Bildiyiniz kimi, Minsk Qrupu Qarabağ məsələsinin həlli üçün tanınan yeganə beynəlxalq istinad mənbəyidir. Vacib ölkələrdən biri kimi, İranın regionda əsaslı rolu və mövqeyi var. Əlbəttə ki, bu rol hazırda hərbi əməliyyatların dayandırılmasına yönəldilə bilər. Biz İranın regiona sülh və əmin-amanlıq gətirmək üçün atdığı hər bir konstruktiv addımı alqışlayırıq.

– Siz xarici qüvvələrin Qarabağ münaqişəsində iştirakı barədə dəfələrlə xəbərdarlıq etmisiniz. Cənab Ruhani ilə söhbətinizdə bu narahatlığı bölüşdünüzmü?

– Bəli, Suriyadan terrorçu muzdluların hərbi əməliyyatlar həyata keçirmək üçün Türkiyə tərəfindən bölgəyə gətirildiyi beynəlxalq səviyyədə sübut edilmişdir və bu, region üçün ciddi bir təhlükədir. Təəssüf ki, region ölkələri bu həqiqəti ciddiyə almadılar. Amma şübhəsiz ki, xarici terrorçuların varlığı regionda nəticələri gələcəkdə görülə biləcək təhdidlər yaradacaqdır. Region ölkələri bu məsələyə daha ciddi yanaşmalıdırlar.

İranda, Qarabağ münaqişəsinin genişmiqyaslı və uzunmüddətli bir müharibəyə çevrilə biləcəyi, eləcə də bölgəyə xarici hərbi qoşunlarla yanaşı qlobal güclərin də müdaxilə etməsi qorxusu var. Sizin bu narahatlığın aradan qaldırılması və məsələnin erməni-azəri dialoq kanalına qayıtması üçün hansı təklif və həll yollarınız var?

Azərbaycan Respublikası geniş şəkildə İsrail PUA-larından istifadə edir və bu fakt xarici güclərin bölgəyə müxtəlif yollarla müdaxilə etməkdə olduğunu sübut edir. Minsk Qrupunun həmsədrlərinin (Rusiya, Fransa və ABŞ) rolundan başqa heç bir xarici müdaxilə qəbul olunmazdır. Əslində Minsk Qrupunun həmsədrlərinin hazırkı hadisələrdə rol oynaya bilməməsi səbəbindən vəziyyət belədir. Bəyanatlar vermələrinə, eləcə də mövqe nümayiş etdirmələrinə baxmayaraq, hadisələrə təsir etmək gücündə deyillər.

– Hazırkı hərbi qarşıdurmanın çoxdan planlaşdırıldığını dəfələrlə qeyd etmisiniz. Bunu sübut etmək üçün hansı dəlilləriniz var və bu əvvəlcədən hazırlaşma münaqişənin gələcəyi üçün hansı perspektivlər vəd edir?

– Qarşıdurmanın başlamasından ay yarım əvvəl Azərbaycan Respublikası Türkiyə ilə birgə hərbi təlimlər keçirdi və hərbi təlimlər bitdikdən sonra Türkiyənin bəzi hərbi qüvvələri Azərbaycan Respublikasında qaldı. Bundan əlavə, Türkiyə suriyalı terrorçuları cəlb edərək Azərbaycan Respublikasına köçürdü. Bu hərəkətdə əsas məqsəd Qarabağdakı gələcək toqquşmalarda həmin qüvvələrin iştirakı idi. Əgər hərbi qarşıdurma planlaşdırılmasaydı, Suriyadan qoşunların Azərbaycan Respublikasına köçürülməsinə heç bir səbəb olmazdı. Bu gün bu terrorçuların varlığı sübut edilib və çoxlu sənədlər nəşr olunub və həqiqiliyi sübut edilib. Bütün bu sənədlər müharibənin əvvəlcədən planlaşdırıldığını göstərir və bu vəziyyətə uyğun olaraq biz bütün bölgəni təhdid edən böyük bir müharibənin içindəyik.

– Sizcə, Qarabağda atəşkəsin bərqərar olunmasına hansı amil mane olur və nə üçün Moskva görüşündən, eləcə də şənbə gecəsi Bakı ilə İrəvan arasında əldə olunmuş razılaşmadan sonra qarşıdurmalar davam edir?

– Açıq-aşkar görünür ki, Türkiyə atəşkəsin bərqərar olmaması üçün daim səy göstərir. Çünki Türkiyənin hədəfləri çox genişdir. Türkiyənin məsələsi təkcə Qarabağ deyil, bəlkə də Cənubi Qafqaz bölgəsindəki varlığıdır.

Vurğulamalıyam ki, Türkiyənin Şərq, Şimal, Cənub və Qarabağın cənub-şərqinə geniş şəkildə nüfuz etməsi özünün imperiya bərpa etmə siyasətidir və bu siyasət regionun bütün ölkələrinə birbaşa təsir göstərir. Ölkələr bu həqiqəti nəzərə almalı, eləcə də bu yanaşma ilə bağlı mövqelərini müəyyənləşdirməlidirlər.

– Bildiyiniz kimi, indiyədək Qarabağ toqquşmalarının mərmiləri bir neçə dəfə İran ərazisinə düşüb və bir neçə PUA İran səmasına daxil olub. İran rəsmiləri münaqişə tərəflərinə dəfələrlə xəbərdarlıq ediblər. Bunun qarşısını almaq üçün hansı həll yollarınız var?

– Əgər erməni tərəfindən belə bir hadisə baş veribsə və təsdiqini tapıbsa mən ona görə çox təəssüflənirəm. Əlbəttə, bu barədə dəqiq məlumatım yoxdur. Ancaq sizi əmin edə bilərəm ki, erməni tərəfi özünün dost ölkəsi İrana heç bir zərər verilməməsi və bu kimi hadisələrin baş verməməsi üçün istənilən səyi göstərir. Erməni tərəfi oxşar hadisələrin təkrarlanmaması üçün əlindən gələni edir və əmin edirəm ki, bu məsələyə daha diqqətlə yanaşılacaq.

İbrahim Beheşti

Bazar ertəsi günü Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevErmənistanın Baş naziri Nikol Paşinyan “TASS” informasiya agentliyinə verdikləri müsahibələrdə müzakirəyə, eləcə də Qarabağ münaqişəsini sona çatdırmağa hazır olduqlarını söylədilər. Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov “İran” qəzetinə verdiyi müsahibədə vurğulayır ki, rəsmi Bakı həqiqətən buna hazırdır, lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasını öz dövlətinin və xalqının haqqı bilir. O, həmçinin təkid edir ki, Azərbaycan ordusunun radikal dini qüvvələrdən istifadə etməsi həqiqətə uyğun deyil, belə ki, bu kimi qüvvələrdən istifadə olunması ölkəsinin vətəndaşlarının etiqadı ilə ziddiyyət təşkil edir. Hüseynov Minsk Qrupunun indiyədək müsbət rol oynaya bilmədiyini vurğulayaraq təkid edir ki, region ölkələri vasitəçilik üçün daha yaxşı potensiala malikdir.

O, həmçinin Qarabağ münaqişəsinə münasibətdə İran İslam Respublikasının mövqeyini konstruktiv adlandırdı və Azərbaycan Respublikası dövlətinin və xalqının İranın mövqeyini yüksək qiymətləndirdiyini bildirdi.

– Son günlərdə iki ölkə – Azərbaycan Respublikası və Ermənistan arasında müharibənin nə üçün başladığı barədə çox müzakirələr aparılıb və hazırda sanki hamı sülh gözləyir. Cənab İlham Əliyev və cənab Paşinyan “TASS” informasiya agentliyinə verdikləri müsahibələrində danışıqlar masası arxasında oturmağa hazır olduqlarını elan etmişdilər. Sülhün bərqərar olmasına ümid etmək olar?

– Qeyd etdiyiniz kimi, ötən müddət ərzində Ermənistan ilə Azərbaycan Respublikası arasındakı münaqişə barədə çox danışılıb və yazılıb. Mən özüm də İran mətbuatında bu məsələ barədə yazıldığını müşahidə etmişəm. Bildiyiniz kimi, Ermənistan ilə Azərbaycan Respublikası arasındakı münaqişə separatizm nəticəsində başlayıb və müharibəyə çevrilib. Biz bu münaqişənin danışıqlar yolu ilə həllini istəyirik. Amma təəssüflər olsun ki, Ermənistan tərəfi məsələnin sülh yolu ilə həllinə iradə nümayiş etdirmədi. Ancaq təxribat xarakterli hərəkətləri ilə atəşi alovlandırdı.

Rusiya regionun vacib ölkəsi kimi, hər iki ölkə ilə qədim və tarixi əlaqələrə malikdir. Biz bir neçə gün əvvəl Rusiya Prezidentinin təklifi ilə razılaşdıq və Azərbaycan Respublikası, ErmənistanRusiyanın Xarici İşlər nazirləri atəşkəs barədə razılığa gəldilər. Atəşkəsi pozan ilk ölkə Ermənistan oldu. Hazırda hərbi mənbələr hansı raketin hansı vaxtda və hansı tərəfdən hansı tərəfə atıldığını və atəşkəsi kimin pozduğunu təsdiq edir. Bu müddət ərzində Ermənistan tərəfi bir mülki şəxsin belə, Azərbaycan Respublikası tərəfindən hədəfə alındığını iddia edə bilməz. Ermənistanın atəşkəsi pozmaqda məqsədi azad edilmiş şəhərləri və döyüş meydanında itirdiyi mövqeləri geri qaytarmaqdır. Azərbaycan Respublikası tərəfi birtərəfli qaydada cəsədləri təhvil verməyə hazır olduğunu elan etdi. Lakin bütün bunlarla yanaşı, bizim fikrimizcə, atəşkəsin bərqərar olması və məsələnin dialoq yolu ilə həlli üçün bir şərt var: Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının ərazilərindən çıxmalıdır.

– Siz əslində BMT-nin məlum qətnamələrini yerinə yetirmək istəyirsiniz?

– Bəli. Biz Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisindən çıxmasını istəyirik.

– Hər halda, müharibənin öz nəticələri və itkiləri var. “İran” qəzeti dünən cənab Abdullah Abdullahdan müsahibə almışdı və o, vurğulayıb ki, “müharibə Əfqanıstan xalqının yaşamaq fürsətini əlindən alıb”. Məhz bu dağıdıcı nəticələr sülh prosesinin sürətləndirilməsini tələb edir. Minsk Qrupunun məsələnin həllində müsbət rol oynaya bilmədiyi qeyd olunur. Sizcə, ortaq cəhətləri və ümumi narahatlıqları olan region ölkələri təşəbbüs göstərməyə və vasitəçilik etməyə daha münasib ola bilərlərmi?

– Bəli, müharibə insanların yaşamaq fürsətini əlindən alır. Artıq 30 ildir ki, bu fürsət Azərbaycan Respublikası əhalisinin böyük hissəsinin əlindən alınmışdır. Bu müharibənin qurbanlarından biri də mən özüməm. Mən İrəvanda anadan olmuşam. Əcdadlarım İrəvana başqa bir yerdən gəlməyiblər. Biz yerli idik, amma bizi qovdular. Halbuki Azərbaycan Respublikasında yaşayan bütün millətlər birgə və yanaşı yaşayır, öz torpaqlarını müdafiə edirlər.

– Qarşı tərəf iddia edir ki, Azərbaycan Respublikası ilə Türkiyənin keçirdiyi birgə hərbi təlimlər təhrikedicidir və sizin müharibəyə hazırlaşdığınızın göstəricisidir?

– Xeyr, Azərbaycan Respublikası müharibəyə hazırlaşmırdı. Azərbaycan Respublikası işğal olunmuş ərazilərimizi azad etməyə hazırlaşırdı. Bəli, bizim Türkiyə ilə Azərbaycan Respublikasında hərbi təlim keçirməyimiz həqiqətdir. Azərbaycan Respublikasının razılığı olmadan Ermənistan Baş nazirinin dəfələrlə işğal altındakı ərazilərimizə gəlməsi və Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərində qondarma “prezident”lərinə andiçmə mərasimi keçirmələri, sizcə, müharibəyə təhrik deyildimi?

– Bu müddət ərzində İran İslam Respublikası vasitəçilik etməyə hazır olduğunu açıqladı və hətta deyəsən, sülh üçün bir plan da hazırlamışdı. Siz İranın mövqeyini necə qiymətləndirirsiniz?

– Biz İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi və işğal olunmuş ərazilərin azad olunması mövqeyini yüksək qiymətləndiririk. Son günlərdə Ali Rəhbərin beynəlxalq əlaqələr üzrə müşaviri, Ali Rəhbərin Şimal-Qərb vilayətlərindəki nümayəndələri, İslam Şurası Məclisinin bəzi üzvləri, valilər, Hökumətin və Xarici İşlər Nazirliyinin sözçüləri Azərbaycan Respublikasının mövqeyini dəstəklədilər. Bütün bunlar bizim mətbuatda da işıqlandırıldı. Azərbaycan Respublikası Hökuməti İranın bu ədalətli mövqeyini yüksək qiymətləndirir.

– Lakin bütün bunlarla yanaşı, İran israrla sülh istəyir.

– Bəli, bu, Azərbaycan Respublikası və İran prezidentlərinin, həmçinin Xarici İşlər nazirlərimizin telefon danışığı zamanı bəyan olunub. Azərbaycan Respublikası tərəfi də region ölkələrinin sülh və vasitəçilik rolunun daha qabarıq olmalı olduğunu rəsmən elan edib. Azərbaycan Respublikası Minsk Qrupundan heç bir nəticə görmədi. Çünki ona üzv olan ölkələr regiondan uzaqdadır və bu məsələ onlar üçün prioritet təşkil etmir. Azərbaycan Respublikasının İran, Türkiyə, Rusiya və digər ölkələr ilə əməkdaşlığının gömrük statistikasına baxın. Azərbaycan Respublikasının işğalçı Ermənistan istisna olmaqla başqa heç bir ölkə ilə əməkdaşlıq etməkdə problemi yoxdur. Əminəm ki, işğal olunmuş ərazilərimizin azad edilməsi ilə İranla Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi artacaqdır. İki ölkənin idxal və ixrac statistikasına baxsanız, görərsiniz ki, İrandan Azərbaycan Respublikasına ixrac olunan məhsulların əksəriyyəti inşaat materiallarıdır.

İran İslam Respublikasının mövqeyini yüksək qiymətləndirdiniz. Bununla yanaşı, rəsmi Tehranın mühüm bir nigarançılığı da var. Cənab Ruhani ilə cənab İlham Əliyevin telefon danışığı zamanı da açıqlanıb. Bu, sərhədlərdə təhlükənin davam etməsi və eləcə də terrorçu qrupların regiona sızmasıdır.

– Bəli, bu narahatlıq Ermənistanın təbliğatından irəli gəlirdi. Təkcə Azərbaycan Respublikasının Ordusu 100 min nəfərdir. Buna görə də müharibəyə kimisə gətirməyə ehtiyacımız yoxdur. İran mətbuatında radikal qrupların varlığına işarə edildiyini gördüm. Mən bir müsəlman və şiə kimi bunları özümə təhqir hesab edirəm. Ermənistan tərəfindən fotoşop edilən şəkillərdə, guya, radikal qrupların Azərbaycan Respublikası üçün döyüşdüyü iddia olunur.

– Bununla belə, sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yayılan videogörüntülərdən məlum olur ki, İranın və həmçinin regionun digər ölkələrinin radikal qruplar barədə narahatlığı doğrudur.

– Baxın, hazırda müharibə yalnız döyüş meydanında getmir. Bu müharibə virtual məkanda da davam edir. Ermənilər dünya mediasında malik olduqları imkanlardan da istifadə edirlər. Yəni, əgər bunlar bu günə qədər etibarlı bir sübut tapsaydılar (radikal qrupların Azərbaycan Respublikası ordusu ilə yanaşı döyüşməsi haqqında) sizin fikrinizcə, bunu açıqlamazdılar?

– Onda, Azərbaycan Respublikasının nümayəndəsi kimi, siz də radikal qrupların varlığını təkzib edirsiniz. Həm də bunu regionun və hətta Azərbaycan Respublikasının mənafeyinə uyğun görmürsünüz? Xüsusilə də bu qüvvələrin sizin cəmiyyətinizin quruluşu ilə zidd olan əqli və inanc ənənələrini nəzərə alaraq.

– Bəli, Azərbaycan Respublikasının Milli Məclisi ölkədən kənarda, radikal qrupların tərkibində döyüşən Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlığını avtomatik olaraq ləğv edən qanun qəbul edib. Bu günə qədər Səfirlik tərəfindən İran Xarici İşlər Nazirliyinə vətəndaşlıqları ləğv olunmuş şəxslərin bir neçə siyahısı təqdim olunub. Biz özümüz terrorun qurbanıyıq. Ermənilər Bakıda metronu partlatmışdılar. Biz 30 min nəfər şəhid vermişik. Bu ittihamlar (radikal qruplardan istifadə) Azərbaycan Respublikası xalqının etiqadı ilə qətiyyən uzlaşmır.

– Bu qrupların qeyri-rəsmi surətdə və Azərbaycan Respublikasının xəbəri olmadan sızması mümkündürmü?

– Bu iddia gülüncdür. Yəni, Azərbaycan Respublikasına necə daxil oldular? Vizanı kim verib? Hansı sərhəddən daxil oldular? Bəli, bunlar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisinə daxil oldular. Müştərək sərhədimizin 132 kilometri əvvəllər Ermənistanın işğalı altında idi. Ora nə İran, nə də biz nəzarət edə bilmirdik. Ancaq indi bizim qüvvələrimiz orada yerləşib. Azərbaycan Respublikası Ordusunun yalnız özlərini partlatmağı bacaran həmin qüvvələrə ehtiyacı yoxdur. Mən bu iddiaları Azərbaycan xalqının etiqadına təhqir kimi qəbul edirəm. Ən azından Azərbaycan xalqının etiqadına xatir bu iddiaların İran İslam Respublikasında yayılmamasını istəyirəm.

– Onda, özünüz də qəbul edirsiniz ki, belə qüvvələrin region ölkələrində varlığı bütün regionun təhlükəsizliyinə ziyan vuracaq?

– Əlbəttə. Nəinki qəbul edirəm, hətta biz İran İslam Respublikasına vətəndaşlığını ləğv etdiyimiz şəxslərin siyahısını da vermişik. Bunu yalnız region üçün deyil, cəmiyyətimiz üçün də təhlükə hesab edirik.

– Son proseslər fonunda baş verən hadisələrdən biri də İranın sərhəd ərazilərinə və konkret olaraq Xudafərin şəhərinə bir neçə mərminin düşməsi oldu. Bir neçə kəndlinin evi dağıldı və bir neçə nəfər yaralandı. Bu məsələdən xəbərdarsınız və İranın bu narahatlığını aradan qaldırmaq üçün bir tədbiriniz varmı?

İranın narahatlığını tam dərk edirik. Mərmilərin düşməsi nəticəsində əziyyət çəkən İran İslam Respublikası vətəndaşlarının dərdinə özümüzü şərik bilirik. Bizim bu haqda İran İslam Respublikasının səlahiyyətli orqanları ilə görüşümüz və yazışmamız olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hədəfi üzbəüz və sağ istiqamətdədir. İran İslam Respublikasının ərazisinə düşən mərmilər Azərbaycan Silahlı Qüvvələrinin solunda və ya arxasındadır. Bunu edənlər ermənilərdir. Tehrandakı Səfirliyimiz hətta bəyanat yayaraq bildirdi ki, İran İslam Respublikasının ərazisinə düşən raket və mərmilər bizim münasibətləri hədəfə alıb. Bildiyiniz kimi, Azərbaycanın Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanat yayıb. Biz İran-Azərbaycan sərhədini fürsət kimi dəyərləndiririk, təhlükə və təhdid hiss etmirik. Əgər bu, Azərbaycan tərəfində baş veribsə və ya ola bilərdisə, iranlı qardaşlarla danışıb bunun səbəbinin nə olduğunu deyə bilərik.

– Söhbət əsnasında Tehran-Bakı münasibətlərinə də toxundunuz. Ortaq tarixi, mədəni və məzhəbi keçmişi olan iki qonşu ölkədən gözlənti budur ki, möhkəm siyasi, ticarət və mədəni əlaqələrə sahib olsunlar. Bu yaxınlarda İranın Bakıdakı yeni səfiri cənab Musəvi iki ölkə arasındakı iqtisadi əlaqələrin həcminin iki xalqın potensialları ilə mütənasib olmadığını və həm dövlət, həm də özəl sektorun bu əlaqələrə daha çox diqqət ayırmalı olduğunu söylədi. İndi bu istiqamətlər hazırdırmı? Ehtimal olunan maneələr nələrdir?

– Müştərəkliklərimiz din, məzhəb, tarix və ədəbiyyatdır. Biz bütün bunlarla fəxr edirik və buna dəyər veririk. Bu, əlaqələrimizi daha da gücləndiririk. Azərbaycan Hökuməti İranın səfiri kimi cənab Musəvinin seçilməsindən çox məmnundur və inanırıq ki, bu təyinat İran-Azərbaycan münasibətlərinə müsbət təsir edəcəkdir. Cənab Musəvi Bakıya yola düşməzdən əvvəl Astaradan sonuncu sərhəd nöqtəmiz Naxçıvanadək səfər etdi. Yəni, hər yerə getdi. Ticarət əlaqələrimiz olan qonşu vilayətlərdə tacirlər və iqtisadi fəallar ilə görüşlər keçirdi. Biz indi hər gün bir-birimizlə məsləhətləşirik. Bu iki ay ərzində, pandemiya səbəbindən dayanan bir çox layihələr yenidən başladı. Mən burada fəaliyyətə başlayanda, yəni, dörd il yarım əvvəl ticarət mübadiləmiz 175 milyon dollar idi. Keçən il bu mübadilə 950 milyon dollara çatmışdı. İranda koronavirusun qeydə alındığı ilk vaxtlarda bütün ölkələr sərhədlərini İranın üzünə bağladılar. Yeganə Azərbaycan İran ilə sərhədi bir saat belə bağlamadı və sərhədin arxasında heç bir yük maşını gözləmədi. Bu səbəbdən də bu il tranzit daşımalarının həcmi üç dəfə artmışdır. İndi İran İslam Respublikasında istehsal olunan məhsullar Azərbaycan Respublikası vasitəsilə Rusiya, Gürcüstan bazarlarına və ya Orta Asiya bazarlarına göndərilir və ya əksinə gətirilir. Koronavirus pandemiyasının idarə olunması və sərhədlərin bağlanmaması əlaqələrin genişləndirilməsi üçün mövcud olan siyasi iradəni büruzə verir. Bu əməkdaşlıq bizim üçün təkcə ticarət baxımından əhəmiyyətli deyil, həmçinin mənəvi dəyəri də var. Bizim sıx münasibətlərimiz var.

– Müsahibəyə iki ölkənin sülhə hazır olduğunu elan etməsi ilə başladım və onunla da bitirirəm. Cənab Əliyev və cənab Paşinyanın hazır olmalarını elan etmələri icra mərhələsindədirmi? Moskvada görüşmələri üçün ortaq bir tarix elan edilibmi, yoxsa hələ hazırlıqları gözləyirsiniz?

– Xeyir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri “TASS” informasiya agentliyinə verdikləri müsahibədə hər iki tərəf iradə nümayiş etdirdi və danışıqlara hazır olduqlarını bəyan etdilər. Ancaq bu qərar Ermənistan Baş nazirinin razılaşmalara əməl etməsindən asılıdır. Ermənistan Baş naziri müharibədən əvvəl danışıqlar üçün 7 şərt irəli sürmüşdü. Azərbaycan Prezidenti də çox açıq şəkildə bəyan etdi ki, bizim bir şərtimiz var, o da Ermənistan qoşunlarının torpaqlarımızdan çıxmasıdır. İndi düşünməli olan Ermənistandır.

– Dağlıq Qarabağın coğrafi mövqeyi və demoqrafik quruluşuna görə orada çoxsaylı erməninin yaşaması bəlkə narahatlıq yaradır ki, iki tərəf arasındakı razılığa əsasən Ermənistan oradan çıxsa, erməni əhali üçün hansı hadisə baş verəcək? Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsində beynəlxalq monitorinqin aparılmasına zəmanət verə bilərmi?

Azərbaycanlı kişilərin erməni qadınlarla evləndiyi ailələr var. Azərbaycanda 30 min erməni yaşayır. Onlarla kimin problemi var? Bu ortaq evlilikdən övlad da dünyaya gəlib. Əsgərliyə də gediblər, işləyirlər də. Rusiyada təxminən 2 milyon azərbaycanlı və 2 milyona yaxın erməni yaşayır. Ermənistan Gəncəyə raket atmışdı. 1942-ci il təvəllüdlü bir erməni qadınının yaşadığı ev dağıldı. İndi virtual məkanda Azərbaycanda yaşayan ermənilərin probleminin olmadığını göstərən videogörüntü var. Siyasi məqsədlər üçün bundan yararlanmaq istəyən bəzi mənfəətpərəstlər var. Azərbaycanda və işğal olunmuş ərazilərdə yaşayan ermənilər bizim vətəndaşlarımızdır və Azərbaycan vətəndaşları üçün yaradılan şərait inşallah işğaldan azad olunmuş ərazilərdə olacaqdır.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa...” - Paşinyan

Ermənilər Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - Fotofakt

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” - Sabiq erməni səfir

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - Video

“YAP hakimiyyəti 27 ildir demirdimi ki...” - Natiq Cəfərli

Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı açıqlama - Video

“Böyük bir müharibə başlaya bilər...” - Senatordan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım

Bayraqla rəqsinə görə qovulan tələbə universitetə bərpa olunub - Foto

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay