Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyan İlham Əliyevin qarşısına çıxmaqla biabırçı duruma düşdü” — Xocalının deputatı

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə onu çətin duruma saldı...

PİA.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, görüşdə Paşinyan həyasızcasına əsası olmayan yalanları ilə vəziyyətdən çıxmaq istəsə də, cənab Prezident onu asanlıqla yerinə oturtdu:

"Bu cənab Prezidentin Paşinyana verdiyi ilk tutarlı cavab deyildi. Birinci dəfə deyil ki, Paşinyan Prezident İlham Əliyevdən özünün də gözləmədiyi halda sərt cavablar alır. Bu fakt dəfələlə təkrarlanıb. Amma bu hallar ona heç vaxt dərs olmayıb. Paşinyan cənab Prezidentin qarşısına çıxmaqla biabırçı duruma düşdü. Artıq neçənci dəfədir ki, cənab Prezident onun kim olduğunu beynəlxalq aləmə bəyan edir. Dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistan rəhbərləri hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar. Hesab edirəm ki, cənab Prezident tərəfindən tək Paşinyan yox, bütövlükdə erməni siyasəti və siyasətçiləri layiqli cavabını aldı. Bu cavab, eyni zamanda müxtəlif səviyyələrdə Avropa qurumlarında erməniləri və Ermənistanı müdafiə edən qüvvələrə bir ismarış idi".

E.Məmmədov bildirib ki, Paşinyanın debatda Xocalı faciəsinin guya azərbaycanlılar tərəfindən törədilməsi ilə bağlı səsləndirdiyi iftiraya da cənab Prezident İlham Əliyev tutarlı cavab verdi:

"Dövlət başçısı konkret faktlarla Paşinyanın iftira ilə məşğul olduğunu beynəlxalq aləmə bəyan etdi. Bu, Paşinyan üçün daha ağır zərbə oldu. Bu prosesdə təkcə Paşinyan və Ermənistan dövləti deyil, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi olan ATƏT-in Misk Qrupunun həmsədrləri və digər bəzi beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Paşinyan kimilərin bu cür iftira danışmasına həmin beynəlxalq qurumlar şərait yaratmamalıdır. ATƏT-in Minsk qrupu həmsədrləri, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil!".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar