Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan etirazlarla əlaqədar KTMT-dən İrəvana qoşun yeritməyi xahiş edib

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstandan nümunə götürərək Kremldən KTMT qoşunlarının Ermənistana göndərilməsini istəyib.

Bu barədə “Baza” məlumat yayıb.

Mənbənin sözlərinə görə, KTMT-nin Moskva sammiti ərəfəsində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda Ermənistan sədrlik edir) Paşinyan KTMT-yə rəsmi sorğu göndərib.

“O, Moskvaya Təşkilat üzvlərindən təminat almaq üçün gəlib: İrəvanda vəziyyət Qazaxıstan ssenarisi üzrə inkişaf etsə, o zaman Rusiya və KTMT-nin digər üzvləri qoşun yeridəcək, iğtişaşları yatıracaq və Paşinyanın hakimiyyətdə qalmasına kömək edəcək. İddialara görə, hazırda ölkədə millətçi hərəkat güclənir və bu dövlətin konstitusiya quruluşunu təhdid edir. Buna görə də Təşkilatın Ermənistana hərbi kontingentin göndərilməsi ilə bağlı qərarı zəruridir”, - Rusiya Prezidenti Administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, Prezident Administrasiyasında Paşinyanın xahişi rədd edilib və onun özündən xahişi geri götürməsi tələb olunub, əks halda Ermənistan tərəfinə bunun rəsmi olaraq gündəmdən çıxarılacağı vəd edilib.

Başqa bir məlumata görə, Prezident Administrasiyasının cavabından sonra Ermənistanın baş naziri birbaşa Vladimir Putindən dəstək almağa çalışıb.

“Amma burada da ona rədd cavabı verilib. Paşinyanla ikitərəfli görüş tədbirin sonuna qədər təxirə salınıb ​​və Ermənistan prezidenti Putinlə görüş üçün beş saat gözləyib, lakin sonda problemini rusiyalı hərbçilərinin köməyi ilə həll etməyə razılıq verməyib” , -deyə mənbə bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar