Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan etirazçılara qoşuldu – Yenilənib -Video

Paşinyan yerli vaxtla 12:00-da bəyanatla çıxış edəcəyini elan edib

Ermənistanın Baş naziri Nikol Paşiyan Yerevanda keçmiş prezident Robert Koçaryanın sərbəst buraxılması ilə bağlı qərar çıxarmış məhkəmə binasını mühasirəyə alan etirazçılara qoşulub.

Ermənistan mətbuarının məlumatına görə, Paşinyan “Müstəqil məhkəmələr naminə” şüarı altında etiraz aksiyalarının başlanıldığını elan edib.

O, yerli vaxtla 12:00-da bəyanatla çıxış edəcəyini elan edib.

10:33

Ermənistanda baş nazir Nikol Paşinyanın çağırışı əsasında nümayişçilər kütləvi şəkildə məhkəmə binalarının girişlərini bağlayıb.

Bu barədə “RİA Novosti” məlumat verir.

Şənbə günü Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın sərbəst buraxılması ilə bağlı qərar çıxarıb.

Paşinyan buna cavabında, tərəfdalarını ölkənin bütün məhkəmələrinin girişlərini bağlamağa və heç kimi içəri buraxmamağa çağırıb.

Aksiyalar həm Yerevanda, həm də əyalətlərdə keçirilir. Sosial şəbəkələrin Ermənistan seqmentində aksiyalarla bağlı çoxsaylı video və fotoşəkillər yayılır.

Ermənistan Ədliyyə nazirinin sabiq müavini öz “Facebook” səhifəsində Yeravanın Açapnyak rayon məhkəməsinin şüşələrinin sındırıldığını bildirib. Polis rəsmiləri hələlik insidentə münasibət bildirməyib.

Bundan əvvəl Ermənistanın prezidenti Armen Sarkisyan baş nazir Paşinyandan fərqli olaraq, bütün vətəndaşları qanuna riayət etməyə və asayişi qorumağa səsləmişdi.

10:20

Yerevanda hakim iş yerinə pəncərədən daxil olmağa çalışıb.

İnsident Yerevanın Şenqavit məhkəməsinin binası qarşısında qeydə alınıb. Hakim David Babayan xəlvətcə pəncərədən iş yerinə girməyə çalışsa da, nümayişçilər onu itələyib, yerə yıxıblar.

Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Xatırladaq ki, şənbə günü adıçəkilən məhkəmə sabiq prezident Rober Koçaryanın azad edilməsi ilə bağlı qərar çıxarıb.

Buna cavabında N.Paşinyan tərəfdarlarını ölkənin bütün məhkəmə binalarının girişlərini bağlamağa və içəri heç kimi buraxmamağa çağırıb.

Bu gün onun “inqilabın ikinci mərhələsini” elan edəcəyi və “məhkəmə-hüquq sistemində xalqın hakimiyyətinin təsdiq olunması” ilə bağlı bəyanatla çıxış edəcəyi gözlənilir.

Bir sıra siyasi təşkilatlar onun bu hərəkətini konstitusiya düzənini pozma cəhdi kimi qiymətləndirir.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar