Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Ermənistanın cəhənnəmə çevrildiyini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan fövqəladə vəziyyət üzrə komendaturanın növbəti iclasından sonra ölkəsində vəziyyətin “cəhənnəmə çevrildiyini” açıqlayıb...

Erməni KİV-ləri xəbər verir ki, Paşinyan ölkədə koronavirusa yoluxma hallarının kəskin artmasına görə səhiyyə sisteminin çökdüyünü, yeni xəstələri qəbul edə bilmədiyini, yüzlərlə xəstənin xəstəxanaya yerləşdirilmək üçün növbə gözlədiyini deyib.

Onun sözlərinə görə, situasiya kritik həddi keçib və “cəhənnəmə çevrilib”.

Xatırladaq ki, Paşinyan özü və ailəsi də koronavirusa yoluxub, amma onlar ev şəraitində özlərini təcrid ediblər.

“Bu gün biz ölkədə total karantin tətbiq edilməsi barədə qərar qəbul etməyə çox yaxın idik. Lakin sonda belə qənatə gəldik ki, bu vəziyyəti xilas etməyəcək. Ölkədə antipandemiya hərəkatı başlamalıdır və biz hamımız situasiyaya ciddi yanaşmalıyıq”,-Paşinyan belə deyib.

O, vətəndaşları “koronavirus yoxdur”, “maska taxmaq lazım deyil, çünki xeyri yoxdur”, “hökumət yoluxanların sayını qəsdən şişirdir” kimi şaiyələrə inanmamağa çağırıb. Paşinyana görə vrusun belə sürətlə yayılmasının səbəbi insanların təhlükəyə məhəl qoymaması və laqeydliyidir. Onun fikrincə, insanların davranışı dəyişmədən və epidemiya əleyhinə tədbirlərə sərt riayət olunmadan vəziyyəti dəyişmək mümkün olmayacaq.

Ermənistanda hər gün 600-a yaxın adam koronavirusa yoluxur və artıq bütün xəstəxanalar dolub. Ölənlərin sayı da hər gün artır. Ermənistan Cənubi Qafqazda koronavirusla bağlı ən dramatik vəziyyətin hökm sürdüyü ölkədir.

pia.az


Etiket: Paşinyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar