Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan devrilir

Azərbaycan Ordusunun uğurlu anti-terror əməliyyatının əks-sədası İrəvanda özünü hiss etdirməyə başlayıb.

Ermənistanda bir sıra partiyalar birləşərk Nikol Paşinyan hökuməti qarşısında tələblər səsləndirib. Tələblər haqqında jurnalistlərə Daşnaksütyun Partiyasının liderlərindən İşxan Saqatelyan məlumat verib.

Onun sözlərinə görə, erməni siyasi partiyaları artıq müstəsna həmrəylik və birlik nümayiş etdirirlər.

Qeyd edilib ki, hələ 27 sentyabrda 14 partiya fərqli siyasi fikir ayrılıqlarını bir kənara ataraq imkan və səyləri birləşdirdiklərini açıqlayıb. Məlum olub ki, erməni müxalifətinin əsas fiqurları olan “Qarabağ klan”ı ötən gecə bir araya gələrək uzun-uzadı müzakirələr aparıblar və müəyyən qərara gəliblər. Beləcə müxalifət mövcud vəziyyətdə Nikol Paşinyan hökuməti qarşısında konkret tələblər qoyub:

"Hərbi-siyasi məsələlərin operativ idarə edilməsi üçün-qərar qəbul etmək, əməliyyat tədbirləri planlaşdırmaq və koordinasiya etmək üçün səlahiyyəti olan xüsusi dövlət qurumu yaradılsın. Bu qurumda Ermənistanın keçmiş və indiki prezidentəri, baş nazirləri, xarici işlər və müdafiə nazirləri təmsil olunsun".

Qeyd edək ki, Nikol Paşinyanın bu tələblərlə razılaşması asan görünmədiyi kimi, tam imtina etməsi də indiki mərhələdə real deyil. Paşinyanın buna getməsi faktiki səlahiyyətlərini digər hərbi canilərinə təqdim etməsi deməkdir. Əgər Nikol Paşinyan bu tələbi rədd etsə, məsuliyyəti təkbaşına daşımalı olacaq. Üstəlik bu halda indi ona qarşı səslənən tələblər sabah ultimatumla əvəzlənəcək. Bütün hallarda Ermənistanda siyasi etirazların qızışması bizim üçün daha məqbul variant kimi görünür. Hadisələr göstərir ki, Azərbaycan Ordusunun cəbhədə qələbələri İrəvanda zəlzələ effekti yaradacaq.(Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar