Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Dağlıq Qarabağı yeni terror bazasına çevirmək istəyir?..

Əsgərlərin mülki geyimdə döyüşdüyü videolarda ermənilər dünyaya “türklər və azərbaycanlılar mülki insanları öldürür”, yalanını təqdim edirlər...

Bülent Orakoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 5 oktyabr 2020-ci il

Məlum olduğu kimi, 27 sentyabrda cəbhə xəttindən Azərbaycana hücum edən Ermənistan Dağlıq Qarabağda davam edən müharibədə ağır məğlubiyyətə uğrayıb. 3 milyonluq terror dövləti olan Ermənistanı Azərbaycana qarşı qoyan ölkənin Rusiya olduğuna dair ciddi iddialar olsa da, məncə, türk düşməni Makronu da unutmamalıyıq. Çünki “British Times” qəzetinin verdiyi məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə 3-4 dəfə danışıb və Türkiyənin dəstəklədiyi Azərbaycana qarşı Rusiyanın müdaxilə etməsini tələb edib. Ermənistanın Baş naziri Kremldən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) şərtlərini həyata keçirməsini (və Ermənistanı dəstəkləməsini), həmçinin Bakıya qarşı Yerevana yanında dayanmasını istəyib. Lakin Rusiya bu təklifi rədd etdikdə Paşinyan KTMT-nin baş katibi Yuri Xaçaturovu həbs edib və üstəlik, bir neçə gün sonra ən böyük rəqibi olan və açıq şəkildə ruspərəst olan milyonçu Gagik Zarukyanı da həbs etdirib. Bu vəziyyət isə Moskva tərəfindən birmənalı qarşılanmayıb və Ermənistanla Moskva arasında soyuqluq yaranmasına səbəb olub.

Əslində, Putinin Rusiyası həm də Şərqi Avropadakı rəngli inqilablara görə Paşinyana etibar etmir. Çünki Paşinyanın da bu xətti təmsil etdiyini düşünür. Bu səbəbdən, Rusiyanın regional siyasətində Ermənistanla Azərbaycan arasında bir tarazlıq strategiyası olması açıq şəkildə görünür. Təxminən 30 ildir Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən 1 milyon insanın evlərini tərk edərək Ermənistanın ağır təzyiqlərinə və qəddar siyasətlərinə dözmələri qarşısında Rusiya illərdir səssiz qaldığı üçün, bəlkə də, utanır və Ermənistanın bu problemə müsbət yanaşmayacağını bildiyi üçün Azərbaycanın Dağlıq Qarabağda işğal olunmuş 7 bölgədən 5-nin işğala son qoyulmasının tərəfdarı olduğunu ictimaiyyətlə bölüşür.

Terror dövləti Ermənistan Dağlıq Qarabağı yeni terror bazasına çevirmək istəyir

Ermənistan Suriya, İraq və Livandan gətirdiyi PKK-lı terrorçuları işğal altındakı Dağlıq Qarabağa yerləşdirməyə davam edir. Çox sayda PKK üzvünün İranda keçid üçün hazırlaşdığı barədə kəşfiyyat məlumatı da var. Həmçinin Livan və Suriyadakı radikal ermənilərin də bu bölgəyə köçürülməsi nəzərdə tutulur. Başqa sözlə, Ermənistan bir zamanlar erməni terror təşkilatı ASALA və PKK-nın birlikdə terrorçular yetişdirib, hərbi təlim verdiyi Livandakı Bekaa Vadisi kimi bir terror mərkəzi yaratmağa çalışır. Bu isə yalnız Azərbaycanı deyil, bütün bölgəni qarışdırmaq məqsədi daşıyan çox ciddi bir təhdiddir. Ermənistan Dağlıq Qarabağ bölgəsini uzun müddət əlində saxlaya bilməyəcəyini başa düşür. Çünki Türkiyənin verdiyi dəstəklə birlikdə Azərbaycanın öz ərazilərini işğaldan azad etmək yolundakı hazırlığı və inadkarlığı göz qabağındadır. Ermənistanın orada dayanmağa artıq gücü çatmır. Onsuz da ordusunda fərarilik ciddi şəkildə artır. Ermənistan bölgədəki istehkamlarını PKK kimi terror ünsürləri ilə birlikdə gücləndirmək istəyir. Yəni Dağlıq Qarabağı yeni bir terror bazasına çevirmək istəyirlər.

Rusiya Ermənistanın sərhədlərinə nəzarət edir və buna görə də, Rusiya istəsə, bir PKK üzvünə belə keçməyə icazə verməz. Ancaq PKK üzvləri asanlıqla sərhədin bir tərəfindən digər tərəfinə keçirlər.

Cəbhə bölgəsindəki döyüş texnikaları və əsgərlər baxımından böyük itki itirən Ermənistan quru təbliğatı üçün terror təşkilatı PKK/YPG-nin taktikalarından istifadə edir. Əsgərlərin mülki geyimdə döyüşdüyü videolarda ermənilər dünyaya “türklər və azərbaycanlılar mülki insanları öldürür” yalanını təqdim edirlər.

Əliyev: “İşğal edilmiş bütün torpaqlarımızı geri alacağıq”.

Azərbaycan prezidenti İlham Əliyev: “Biz “dayanın, işləyəcəyik, danışıqlar aparacağıq, kömək edəcəyik” kimi bəyanatları dinləyəcək vəziyyətdə deyilik. Bunları dəfələrlə eşitmişik. Daha 30 il gözləməyə vaxtımız yoxdur. Problem indi həll olunmalıdır”, deyib.

Bu və ya digər şəkildə, hazırda bölgədə yalnız bir reallıq var ki, bu da Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmaq əzmi və bunun üçün ordusunun kifayət qədər imkanları və qabiliyyəti olmasıdır. Əslində, cəbhədən gələn görüntülər və Ermənistan ordusunun çarəsizliyi də bütün bunları təsdiqləyir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar