Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan cuşə gələrək gömrükxana müdiri roluna keçir

“Baş nazir yaxınlaşanda siz farağat durmalısınız”

Mariam Qriqoryan

ru.1-in.am (Ermənistan), 11.04.2019

Baş nazirin Noraqvit gömrükxana postuna səfər zaman verdiyi bəzi açıqlamalar ekspert, siyasi və mülki meydanlarda bir neçə gün boyunca müzakirə olunub.

Yada salaq – baş nazir əvvəlcə təmizlik barədə bir neçə irad tutub, özəlliklə qeyd edib: “Niyə xüsusən mənim gəldiyim gündə siqaret kötüyü döşəmədə qalıb? 25 ildir, bu ölkəmizin imici məsələsidir. Bura biabırçı dərəcədə zibilli zonadır. Bu, adamlara, bayrağımıza, gerbimizə münasibətdir. Yolverilməz münasibətdir. Bu dəqiqə onların mükafatını azaldın və buranı abıra salın”.

Nikol Paşinyan gömrükxana otaqlarından birinə çatanda formadakı müfəttişə üz tutaraq iradını bildirib: “Baş nazir yaxınlaşarkən siz farağat durmalısınız, belə (onun çiynini göstərir-red.) durmurlar”.

Sonra küncə atılmış bayrağı görərək cinlənib: “Ərizəni yaz, çıx get evinə, eşidirsən? Bu otaqda işləyənlərin hamısını işdən çıxarın. Geyimlərinə, duruşlarına bax, elə bil, küçədə durublar. Yaxşıdır ki, hələ çöməlib oturmayıblar. Nə mənası var ki, kirayə götürülümş binadır. Kirayə mənzildə yaşamağa başlayanda deyirik ki, eybi yox, qoy donuz damına çevrilsin?”

Sosioloq Karen Sərksyanın fikrincə, baş nazir güçü yetmədiyi problemləri həll etməyə məcburdur. O 1-in.am-la söhbətdə deyib: “Faktiki olaraq böyük miqyaslı məsələlərin həllinin gedişində aydın olur ki, hər hansı həllini tapmayan kiçik miqyaslı problemlər var. Baş nazir baş nazir deyil, idarə müdiri kimi işləməyə məcburdur ki, bu da yaxşı deyil”.

Sərksyan əlavə edib: “Problem bundadır ki, baş nazirin gözləntiləri başqadır. Onun ahəngi və əsəbi durum bundan qaynaqlanır ki, belə məsələlərin bir ildən sonra aktual olacağını gözləmirdi. Baş nazir gözləyirdi ki, inqilabi ruh yüksəkliyi əmək sahəsinə də keçəcək. Amma adamlar başqa iş qaydasına lap çoxdan vərdiş ediblər, onlarla maraqlanacaqlarına alışmayıblar. İndi kimsə gəlib və maraqlanır və bu, münaqişə yaradır. Bu mənim üçün sırf sosioloji baxımdan tamamilə aydındır, bu, akademik baxımdan normaldır, amma, əlbəttə, bu durum insanlıq baxımından anormaldır” – həmsöhbətimiz qeyd edib.

Sərksyanın sözlərinə görə, baş nazir belə qərarlar qəbul etməyə məcburdur, duruma nəzarətin başqa mexanizmləri yoxdur: “Baş nazir sərt qərarlar almaqda çarəsiz qalıb, bu qərarların alınması isə birinə “bəli”, o birinə “yox” deməyi bildirir. Sadəcə adamları idarə edəndə başqa deyil, yalnız bir yol seçiminin olması ümumi məqsədə yetmək adına adamları nəsə bir şeydən məhrum etməyi ifadə edir. Bir də qeyd edirəm ki, bu, normal prosesdir, bunsuz mümkün deyil, belə də olmalıdır. Sadəcə, əhalinin bir bölümü nəsə başqa bir şeyə vərdiş edib. Bu adam bir il hakimiyyətdədir, hansısa addımlar atılır, sonra isə aydınlaşır ki, bir ildən sonra bir il qabaqkı problemlərlə üz-üzə dururuq. Kimin əsəbləri tab gətirər? Amma, əslində, mən bunu zəifliyin təzahürü sayıram, bu da onun böyük siyasətdə olmadığının nəticəsidir və onun ən böyük problemi məhz budur”.

Politoloq Qagik Amabryan 1-in.am-la söhbətdə qeyd edib ki, cənab Paşinyan elementar “plagiat”la məşğuldur. “O, rayonlardan birinin fermasına baş çəkərək mal-davarın vəziyyətinə qəzəblənib, bir neçə rayonun rəhbərini vəzifədən azad etmək və ferma ditrektorunu həbsə almağı əmr edən Belarus prezidenti Aleksandr Lukaşenkonun davranışını yamsılamağa çalışıb. Amma cənab Paşinyan unudur ki, hakimiyyətə başqa bir ampluada gəlib – qanunun hakimiyyətini bərpa etməyə, Batkanı yamsılamaq isə Paşinyanın öz üzərinə götürdüyü ampluaya bir qədər uyğun gəlmir”.

Ambaryanın sözlərinə görə, bu cuşa gəlmə, özündən çıxmaq cəmiyyət tərəfindən çox pis qavranılır: “Bu, qanun planında qanuna qarşıdır. Onun müəssisəyə girərək kimin işləməli, kimin işləməməli olduğu haqda göstəriş vermək hüququ yoxdur. Biz qanunlar ölkəsi əldə etmək istəyiriksə, onda, gəlin, qanun meydanında qərar verək. Sual edirəm – bəs Noraqvit gömrükxana məntəqəsinin işçiləri öz otaqlarının gigiyenasına göz qoymağa borcludurlar? Bu müəssisə görünməmiş böyük mükafatlar paylayan DGK-yə (Dövlət Gəlirlər Komitəsi-red.) tabedir, Ananyan iki-üç aydan bir özünü və müşavirini mükafatlandırır. Axı bunun əvəzində xadimələr üçün bir neçə əlavə ştat açmaq olardı ki, adamlar ərazinin təmizliyinə göz qoysunlar?”

Politoloq əlavə edib: “Məsələn, mən ŞDU-da (Şirak Dövlət Universiteti-red.) dərs deyirəm, baş nazir nə zamansa gəlib sındırılmış skamyaları görsə, auditoriyalar isə zibilli olsa, buna mən sorumluyam? Təmizliklə məşğul olmaq mənimlə müqaviləyə daxil deyil. Biz qanuna can atdığımızdan baş nazir cuşa gələrkən verdiyi göstərişlərdə ehtiyatlı olmalıdır. Hətta cənab Paşinyan gördüklərindən hiddətlənirsə, onda normal ölkələrdə buna dördüncü tabelik səviyyəsinin işçiləri deyil, uyğun rəhbərlər sorumludurlar. Bu halda isə həmin Ananyan, ya da gömrükxana başçsı məsuliyyət daşımalıdırlar”.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar