Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyan çalışır ki, Kardaşyanın imkanlarından yararlansın” - Elman Nəsirov

"Bu gün Ermənistan baş nazirinin durumu təsəvvür edilməyəcəyi qədər ağırdır. El məsəlində deyildiyi kimi Paşinyan indi saqqalla bığ arasında qalıb. Əgər o, ağ bayraq qaldırsa, onu süpürüb arxivə atacaqlar. Döyüşləri davam etdirsə, daha biabırçı məğlubiyyətlə üzləşəcək. Bu dəfə də onun hakimiyyətdən uzaqlaşdırıb həbsinə qədər mümkün inkişaf ssenarisi ola bilər".

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

O qeyd edib ki, bir zamanlar Paşinyanın həbs etdirdiyi şəxslərin onun həbsinə nail olacağı gözlənilir.

Deputat fikrincə, Nikol Paşinyan çalışdı ki, bu müharibədə mövqeyini yaxşılaşdıra bilsin: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiyanı müharibəyə qoşmaq niyyətində idi. Amma bu alınmadı. Bu məqsədlə o, Azərbaycanın mülki obyektlərinə, Gəncə kimi ikinci böyük bir şəhərə raket hücumları təşkil etdi. Bununla da beynəlxaq terror əməlinə imza atmış oldu. Amma Azərbaycan bunun qarşılığında Ermənistanın Qarabağda yerləşən hərbi hədəflərinə zərbələr endirdi. Çünki Azərbaycanın istiqaməti dinc hədəflər deyil. Ordumuzun əsas hədəfi erməni silahlı birləşmələridir”.

Millət vəkili qeyd edib ki, Paşinyanın BMT Təhlükəsizlik Şurasından, Emmanuel Makrondan və Donald Trampdan olan ümidləri özünü doğrultmadı: “Ona görə də, Paşinyan bütün ümidlərini dünyanın ən qədim peşə sahiblərinə bağlamalı olub. Ən qədim peşə sahiblərindən biri olan ermənilərin özləri üçün “ana” hesab etdikləri məlum imicə malik Kim Kardaşyan Paşinyan tərəfindən açıq şəkildə bu işə cəlb edilib. Paşinyan çalışır ki, Kardaşyanın imkanlarından geninə-boluna yararlansın”.

Elman Nəsirov qeyd edib ki, Paşinyanın və Ermənistanın düşdüyü indiki real durum taleyin ironiyasıdır: “Ermənistan terrorçu dövlətdir. Amma Ermənistanda həm də ən qədim “peşə”nin nümayəndələrinə böyük ehtiram var. Bu “peşə”nin sahibinə bağlanmaq həm də Ermənistanın dövlət siyasətində belə “dəyər”lərin ön planda olduğunu təsdiqləyir. Təbii ki, Kardaşyan da dünyada özü kimiləri, qədim “peşə”nin sahiblərini bir araya toplayıb onlardan imdad diləyir. Kardaşyan öz dostlarına müraciət edir ki, faktiki olaraq Ermənistan dövlətinin xilası onlardan aslıdır. O bildirir ki, yığacaqları vəsaitlər hesabına Ermənistan dövləti xilas olacaq. Kardaşyanın dostlarının da planı ondan ibarətdir ki, bu dövlət xilas olacağı təqdirdə heç də borclu qalmayacaq. Gələcəkləri üçün Ermənistandan da adekvat addımlar gözləyirlər. “Peşə”lərinin perspektivi üçün Ermənistanın çox lazımlı sponsora çevrilə biləcəyi ümidindədirlər. Burada əl-əli yuyar, əl də üzü yuyar prinsipi artıq işə düşüb”.

Deputatın sözlərinə görə, Paşinyanın ailəsində də böyük skandallar yaşanmaqdadır: “Onun həyat yoldaşı Anna Akopyanla arasında çox ciddi ixtilaflar mövcuddur. Qızı sosial şəbəkədə dövlətin ümidlərinin puç olması ilə bağlı məlumatlar yayır. Ermənistanda bu paylaşım sosial şəbəkə seqmetində çox ciddi tənqid edilir”.(Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar