Şənbə, 07 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Paşinyan axmaq deyil, “ağıllı adamdır”- Metyu Brayza

“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”

Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan etməsi bütün danışıqlar prosesini dayandırır, danışıqların aparılmasını qeyri-mümkün edir.

Virtualaz.org xəbər verir ki, belə açıqlama ilə Minsk Qrupunun keçmiş amerikalı həmsədri, Bakıdakı keçmiş səfir Metyu Brayza Gürcüstanın “Starvision TV” internet televiziyasına müsahibəsində deyib.

“Çünki Dağlıq Qarabağın hüquqi statusu ancaq danışıqlar yolu ilə müəyyənləşməlidir, Ermənistan buna ancaq danışıqların yekununda nail ola bilərdi. Bu axmaqlıqdır ki, danışıqlar prosesində tərəflərdən biri əsas prizi bəribaşdan alır, əvəzində nəsə verməsə”,-keçmiş diplomat bildirib.

Metyu Brayzanın fikrincə Paşinyan axmaq deyil, “ağıllı adamdır” , amma məsələ ondadır ki, o Qarabağ qruplaşmasının çox böyük, dəhşətli təzyiqləri altındadır. “Paşinyan nə qədər bacarıqlı kampanya aparsa, nə qədər populyar olsa da həmin qruplaşma heç vaxt imkan vermək istəməz ki, o siyasi hakimiyyətini aparsın. Həmin qruplaşmanın şimaldan da güclü dəstəyi var”,-Brayza əlavə edib.

Keçmiş həmsədrin bildirdiyinə görə, Paşinyan Qarabağ klanının təzyiqlərindn müdafiə olunmaq üçün belə danışsa da əslində o, Azərbaycanla danışıqları axıradək aparmaq istəyir. “Bu haqda mənə Bakıda da bildirdilər, üstəlik çox yüksək səviyyədə”,-Brayza deyib.

Amerikalı keçmiş diplomat habelə deyib ki, ABŞ-dakı erməni qruplaşmaları da Qarabağ münaqişəsinin həllini istəmir. Məsələn, Amerika Erməni Milli Komitəsi (ANCA) vaxtilə onun səfir təyinatının Konqresdə bloklanmasına nail olmuşdu. Brayzanın sözlərinə görə, ABŞ-dakı erməni təşkilatları da Paşinyana təzyiq edir, çünki onlar üçün Qarabağ münaqişəsi pul qazanmaq, Amerika ermənilərindən pul yığmaq vasitəsidir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Metyu Brayza

Şərh yazın.

loading...

Ən çox oxunanalar