Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan “ağrılı” güzəşt deyərkən nəyi nəzərdə tutur?

Qarşılıqlı güzəştlər çərçivəsində Qarabağ problemini bir dəfəlik həll etmək mümkün görünürmü?..

Politoloq: “Fikrimcə güzəşt deyəndə Paşinyan böyük muxtariyyəti nəzərdə tuturdu”

“İndiki məqamda ermənilərə Azərbaycan tərkibində yüksək səviyyəli muxtariyyət vermək olmaz”.

Bu sözləri politoloq Əhəd Məmmədli Paşinyanın ağrılı güzəştlərə hazır olduqlarını bəyan etməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd.

Dünəndən başlayaraq erməni tərəfi məğlubiyyətlərini etiraf etməyə başlayıblar. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun Laçın dəhlizinə yaxınlaşdığını bildirib. Paralel olaraq Paşinyan “ağrılı” güzəştlərə hazır olduqlarını bəyan edib.

Cəbhədə məğlub olan və ordusu demək olar ki, dağılan Ermənistan güzəşt deyərkən nəyi nəzərdə tutur və bu güzəştlər çərçivəsində Qarabağ problemini bir dəfəlik həll etmək mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Artıq heç bir muxtariyyətdən söz gedə bilməz. Bütün problem bu muxtariyyətdən başımıza gəldi”.

Muxtariyyətın dövlət quruluşumuza zidd və təhlükəli olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, erməniləri Dağlıq Qarabağda tam kapitulyasiyaya vadar etmək lazımdır:

“Fikrimcə güzəşt deyəndə Paşinyan yüksək statuslu muxtariyyəti nəzərdə tuturdu. Hansını ki, biz müharibədən əvvəl ermənilərə bu cür geniş muxtariyyət verməyə hazır idik. Bu geniş muxtariyyət ordu saxlamaqdan başqa ermənilərə bütün digər statutslara sahib olmaq hüququ verirdi.

İndiki məqamda ermənilərə Azərbaycan tərkibində yüksək səviyyəli muxtariyyət vermək olmaz. Paşinyan buna razı olduğlarını dolayısı ilə bildirdi. Artıq heç bir muxtariyyətdən söz gedə bilməz. Bütün problem bu muxtariyyətdən başımıza gəldi. Azərbaycan balaca unitar quruluşa malik olan ölkədir.

Muxtariyyət dövlət quruluşumuza ziddir və təhlükəlidir. Erməniləri Dağlıq Qarabağda tam kapitulyasiyaya vadar etmək lazımdır. Vaxtında təkliflərimizə razı olmaq lazım idi, artıq gecdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar