Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşayevadan Miyatoviçə: Nə vaxta qədər səssiz qalacaqsınız?

Azərbaycanlı iki məcburi köçkün - Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb

Bu mülki şəxslər Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən girov götürülüblər. Artıq neçə vaxtdır Azərbaycan hökuməti "hamı hamıya" prinsipi əsasında hər iki tərəfin saxladığı şəxslərin dərhal azad edilməsi çağırışını edib. Təəssüf ki, hətta bütün insan haqlarına hörmət edəcəyini iddia edən indiki Ermənistan rəhbərliyi Azərbaycanın bu mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir. Nə vaxta qədər Avropa Şurasının müvafiq qurumları Azərbaycanın bu iki mülki şəxsinin taleyi ilə bağlı səssiz qalacaq?

Bu sualı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qrup adından Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçə verib.

Dunya Miyatoviç Avropa Şurasının bu işlə məşğul olduğunu, hər iki ölkənin hakim dairələri və vasitəçilər ilə əlaqə saxladıqlarını bildirib. “İki ölkənin prezidentlərinin görüşündən sonra vəziyyət yaxşıya doğru inkişaf edir. Buna sevinirik. İnsanları sülhə hazırlayırlar. Bu, o deməkdir ki, insan hüquqlarına riayət olunmalıdır. Mən çox istərdim bu şəxslərin azad olmasında iştirak edim. Mən bütün bu prosesləri izləyəcəyəm. Liderlər əmin olmalıdır ki, onların sülhə hazırlığı müəyyən nəticələr verməlidir”, - deyə o bildirib. (Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar