Bazar ertəsi, 21 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Partiyanın idarə olunması qənaətbəxş deyil” – Müsavat başqanlığına namizəd

Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar qəbul edib. Artıq iki namizəd bəllidir...

Bunlar I Qarabağ savaşının iştirakçısı Tofiq Yaqublu və partiyanın Lənkəran təşkilatına rəhbərlik etmiş Yadigar Sadıqlıdır.
Müsavat hazırda Bakı şəhər İcra Hakimiyyətindən yerlə bağlı cavab gözləyir.

Başqanlığa namizədliyini irəli sürmüş Yadigar Sadıqlı bununla bağlı açıqlama da verib.

“Əvvəl də bildirdiyim kimi, öz namizədliyimi irəli sürəcəyəm. Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”,-deyə Y.Sadıqlı bəyan edib.

Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılının da tezliklə namizədliyini elan edəcəyi gözlənilir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar